“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan media-tur çərçivəsində xəstəxanada görülən işlər və xidmət keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilir. SİA xəbər verir ki, tədbirdə çıxış edən Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli tibb müəssisəsində aparılan monitorinqlərin əsas məqsədinin xidmətlərin yüksək səviyyədə təşkili olduğunu bildirib.
Onun sözlərinə görə, xəstəxanada il ərzində 9 monitorinq həyata keçirilib və bu proses həm infrastrukturun vəziyyətinin, həm avadanlıqların texniki durumunun, həm də pasiyent qəbulunun və qeydiyyatın təşkili kimi vacib məqamların qiymətləndirilməsinə yönəlib:
“Şəmkir Rayon Mərkəzi Xəstəxanasında Xidmətlər Zərfinə daxil olan əsas tibbi istiqamətlər üzrə təminat tam şəkildə mövcuddur. Bu da sakinlərin ehtiyac duyduqları tibbi xidmətləri başqa şəhərlərə üz tutmadan yerində almasına şərait yaradır. Ötən ildən cari ilin iyul ayınadək xəstəxanada 1 083 258 tibbi xidmət göstərilib və icbari sığortanın hesabına əhali bu xidmətlərdən əlavə xərc çəkmədən yararlanıb”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 28 Noyabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















