Icma.az
close
up
RU
“Şəmkir” “Xankəndi” matçında nə baş verib? PFL açıqladı

“Şəmkir” “Xankəndi” matçında nə baş verib? PFL açıqladı

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan II Liqasının 17-ci turunda “Şəmkir”–“Xankəndi” görüşü komandaların formalarının rənglərinin oxşar olması ilə əlaqədar baş tutmayıb.

Məsələ ilə bağlı PFL-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, oyun forması ilə bağlı məsələlər II Liqa Əsasnaməsi ilə tam şəkildə tənzimlənir.

“Qaydalara əsasən, meydan sahibi komanda istifadə edəcəyi formanı əvvəlcədən müvafiq qurumlara və rəqib komandaya göndərməlidir, bu oyundan ən gec iki gün öncə saat 16:00-dək olmalıdır. Qonaq komanda isə məhz bu məlumat əsasında öz formasını müəyyənləşdirir. Təəssüf ki, “Şəmkir” klubu Əsasnamənin tələbini pozaraq forma ilə bağlı məlumatı əvvəlcədən təqdim etməyib. İlk problem də məhz bu səbəbdən yaranıb. Oyundan əvvəl hakimlər və komandalar formalar arasında oxşarlıq olduğunu müəyyən edərək bu barədə məlumat veriblər. Bundan sonra PFL tərəfindən məsələ operativ şəkildə araşdırılıb. “Şəmkir” klubu PFL-ə bildirib ki, onların hazırda cəmi bir oyun forması mövcuddur və ikinci forma bu və ya digər səbəbdən təqdim edilməyib. Qonaq komanda olan “Xankəndi” isə əvvəlcədən hazırladığı formaya baxmayaraq, oyunun keçirilməsi naminə hakimlərin və AFFA nümayəndəsinin tələblərini yerinə yetirərək formasını dəyişib. Lakin hakimlər bu variantı da uyğun hesab etməyib və oyunun gedişində problemlər yarana biləcəyini bildiriblər. Məsələ uzandıqca PFL tərəfindən həm hakimlərə, həm də hər iki komandaya bildirilib ki, görüş saat 16:30-a təyin olunub və bu vaxt gün batımı, həmçinin oyunun qaranlığa düşməməsi nəzərə alınaraq seçilib. PFL alternativ variantlardan istifadə etməyə çalışıb. İlk növbədə “Şəmkir” klubu ilə danışıqlar aparılıb və onlara alternativ formaların əldə edilməsi təklif olunub. Lakin klub bu təkliflə razılaşmayıb. Ümumiyyətlə “Şəmkir” klubu ev sahibi olmasına baxmayaraq, problemin həlli üçün hər hansı bir variantlar belə təklif etməyib. Eyni zamanda, qonaq komanda olan “Xankəndi” Əsasnaməyə görə problemin yaranmasına görə məsuliyyət daşımamasına baxmayaraq, oyunun keçirilməsi üçün AFFA nümayəndəsinin və PFL-in tələblərini yerinə yetirərək Azərbaycan futbolunun maraqları naminə alternativ forma tapmağa nail olub. Nəticədə saat 16:15 radələrində oyunun keçirilməsi üçün bütün hazırlıqlar tamamlanıb və komandalar bu barədə AFFA nümayəndəsi tərəfindən məlumatlandırılıb”, - deyə vurğulanıb.

Əlavə edilib ki, buna baxmayaraq, “Şəmkir” klubu oyuna çıxmaqdan imtina edib:

“Qeyd edirik ki, PFL yaranmış vəziyyətlə bağlı üzərinə düşən bütün addımları atıb. Problem məlum olduqdan dərhal sonra məsələ onlayn formatda təcili iclasda müzakirə olunub və oyunun keçirilməsi üçün bütün mümkün imkanlardan istifadə edilib. Bildiririk ki, Əsasnamənin 13-cü maddəsində qeyd olunduğu kimi, oyunun əsas təşkilatçısı AFFA nümayəndəsidir. AFFA nümayəndəsinin oyundan öncə, oyun zamanı, oyundan sonra tələbləri qeyd-şərtsiz yerinə yetirilməlidir. “Şəmkir” klubunun səhlənkarlığı ilə bağlı yaranmış bu vəziyyəti nümayəndə 30 dəqiqədən sonra da protokolu bağlayaraq yekunlaşdıra bilərdi. Amma liqanın bütövlüyü və futbol rəhbər tutularaq sırf “Şəmkir” klubun səhlənkarlığının aradan qaldırılması üçün bütün rəsmilər, PFL və “Xankəndi” müvafiq addımlar atırdı. “Şəmkir”in simasında bütün klublara səslənərək bildiririk ki, oyunların təşkili ilə bağlı bütüb qaydalar müvafiq yarış Əsasnamələrində detallı şəkildə qeyd olunub. Onlardan qaydaları tam oxumaları və riayət etmələri xahiş olunur ki, gələcəkdə belə problemlər yaşanmasın”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Mart 2026 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri