“Şəmkir” “Xankəndi”ni, PFL və “Xankəndi” “Şəmkir”i günahkar görür forma qalmaqalı
Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.
Srağagün 2-ci liqada arzuolunmaz hadisə baş verib. Belə ki, 17-ci turun martın 9-u, saat 15.00-da start götürməli olan “Şəmkir” – “Xankəndi” oyunu baş tutmayıb. Səbəb isə komandaların forma rənglərindəki oxşarıqdı. Saatyarım gözlədikdən sonra “Xankəndi” nömrəsiz “Barselona” forması ilə oynamağa hazır olduğunu bildirib.
Bu hadisə ilə bağlı həm PFL, həm də adı çəkilən klublar bəyanat yayıb. Maraqlıdı ki, “Şəmkir” “Xankəndi”ni, “Xankəndi” və PFL isə “Şəmkir”i günahkar görür. “Xankəndi”nin dünən yaydığı bəyanatda isə bu klubun oyunun keçirilməsi üçün üzərinə düşən bütün addımları atdığı vurğulanır. “Şəmkir”in bu hadisə ilə bağlı versiyası tam fərqlidi.
Ümumiyyətlə, tərəflərin mövqeyi bir-birindən kəskin şəkildə fərqlənir. Xüsusən də “Xankəndi”nin Şəmkirə ehtiyat forma ilə gəldiyini bildirməsi, amma həmin formaların arxa hissəsində nömrənin olmaması maraqlı məqamdı. Başqa bir maraqlı məqam isə PFL-in birmənalı şəkildə “Xankəndi”nin tərəfini tutmasıdı. Hər şeydən belə görünür ki, bu olaya görə məhz “Şəmkir”ə texniki məğlubiyyət veriləcək.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:189
Bu xəbər 11 Mart 2026 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















