Şəmkirdə bağça və məktəbəqədər uşaqlar üçün şənlik keçirildi
Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının və Şəmkir Təhsil Sektorunun birgə təşkilatçılığı ilə bağça və məktəbəqədər uşaqlar üçün şənlik keçirildi
Şəmkir Gənclər evində baş tutan tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir şəhər ərazi partiya təşkilatının sədri Pərviz İbrahimov, Şəmkir Təhsil Sektorunun nümayəndələri və Şəmkir Təhsil Sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri, körpələr evi-uşaq bağçalarının müəllim kollektivi, körpələr və valideyinlər iştirak ediblər.
Şənikldə qeyd olunub ki, Müstəqil Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyev uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur. Ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün isə Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Bağçaların pedaqoji kollektivləri tərəfindən hazırlanmış şənliklərdə uşaqlar müxtəlif səhnəciklər nümayiş etdirib, rəngarəng mahnılar və rəqslər ifa edərək, şeirlər söyləyib, öz məharətlərini göstəriblər.
Sonda fərqlənən müəllimlərə təşəkkürnamələr təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 04 İyun 2026 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















