Icma.az
close
up
RU
Şəmkirdə qadın keçmiş ərini bıçaqladı TƏFƏRRÜAT

Şəmkirdə qadın keçmiş ərini bıçaqladı TƏFƏRRÜAT

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Şəmkirdə ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin avqustun 31-də rayonun kəndlərindən birində baş verib. 
Kənd sakini, 1990-cı il təvəllüdlü Vüsalə həmin gün saat 21 radələrində yaşadıqları evdə keçmiş əri İslam (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Mübahisəyə səbəb İslamın onun başqa şəxslərlə sevgi münasibətlərində mobil telefonla danışıqlar aparmasına narazılıq etməsinə görə yaranıb. Mübahisə zamanı qadın bıçaqla bir dəfə keçmiş ərinin qarın nahiyəsinə vurub. 
Hadisəni törədən Vüsalənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Vüsalə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, İslam onun keçmiş əridir və boşansalar da, uşaqları ilə birlikdə Şəmkir rayonunun kəndində eyni evdə yaşayırlar: “Avqustun 31-də, saat 21 radələrində evdə olduğumuz vaxt İslamla telefonla danışmaqla bağlı mübahisələrimiz olub. İslam mənim boğazımdan əli ilə tutaraq sıxdı və məni yerə yıxdı. Mən də əsəbləşərək həmin vaxt yanımda olan stolun üzərindəki mətbəxdə istifadə elədiyim bıçağı götürdüm və İslamın aşağı qarın nahiyəsinə bir dəfə bıçaqla vurdum. Sonradan əməlimdən peşman oldum”.
İş üzrə zərərçəkmiş İslamın sözlərinə görə, Vüsalə onun keçmiş həyat yoldaşıdır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm. Fərdi əmək fəaliyyəti ilə məşğul oluram. Biz 2007-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşduq. Rəsmi nigahımızdan dörd övladımız olub. Aramızda heç bir ədavətimiz, düşmənçilyimiz olmayıb. Əvvəllər münasibətlərimiz normal olub. Bizim münasibətlərimiz sonradan pisləşməyə başladı. Bunun üçün də 2017-ci ildə rəsmi olaraq boşandıq. Lakin boşansaq da, bir evdə uşaqlarla birlikdə yaşadıq. Aramızdakı dava-dalaşın əsas səbəbi keçmiş arvadım başqa şəxslərlə sevgi münasibətlərində olaraq mobil telefonda danışması üstündə yaranıb. Bunun üçün tez-tez münaqişələrimiz  baş verib. Biz boşansaqda uşaqların saxlanılması məhkəmə tərəfindən mənə həvalə edilib”. 
Zərərçəkmiş qeyd edib ki, avqustun 31-də, təxminən saat 17 radələrində işdən evə gəlib: “Həmin vaxt cibimdə olan 12 manat pulu uşaqlara xərcləmək üçün verdim. Sonra yatıb axşam tərəfi oyandım. Şalvarımın cibində olan pulu Vüsalədən xəbər aldım. O, isə cibimdə olan puldan xəbəri olmadığını bildirdi. Lakin bundan əlavə Vüsalə mobil telefonla başqa şəxslərlə danışıb. Mən ona kiminlə danışdığını xəbər aldıqda, o, “yaxşı edirəm” dedi. Bunun üçün aramızda mübahisə baş verdi. Baş vermiş mübahisə zamanı keçmiş arvadım nalayiq ifadələr işlədərək söyüş söydü və üstümə gələn zaman onun boğazından tutaraq kənara itələdim. Bu zaman Vüsalə stolun üzərində olan bıçağı götürərək sol ayağımın bud nahiyəsinə bir dəfə zərbə vuraraq mənə bıçaqla xəsarət yetirdi. Mən Vüsalənin əlində olan bıçağı alaraq stolun üzərinə atdım. Daha sonra davamız sakitləşdi. Bir qədər sonra oğlum evə gəldi. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət etdim”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş təqsirləndirilən şəxsə qarşı şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və Vüsalə cinayət məsuliyyətindən azad edilib. O, iş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2025 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see641

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see320

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see310

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see303

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see299

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see298

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see283

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see272

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see265

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see257

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see249

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see244

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see235

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see235

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see235

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see231

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see231

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see229

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see227

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri