Icma.az
close
up
RU
Şəmkirdə qardaşların mülk davası: 52 yaşlı kişi qardaşını baltaladı

Şəmkirdə qardaşların mülk davası: 52 yaşlı kişi qardaşını baltaladı

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şəmkir rayonunda iki qardaş arasında yaranan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin fevralın 27-də rayonun Dəllər qəsəbəsində baş verib. 
Qəsəbə sakini, 1973-cü il təvəllüdlü Anar Əliyev həmin gün saat 11 radələrində özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsində, lakin qardaşı Fizulinin adına olan 0,06 ha torpaq sahəsində olarkən sonuncunun həmin torpaq sahəsinə “Kamaz” markalı yük avtomobili ilə mişar daşları tökdürməsinə iradını bildirib. 
Bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı əlində olan balta ilə zərərçəkmiş şəxs bir dəfə sağ çiyin nahiyəsindən vurub. 
Bundan başqa o, qardaşına ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsindən kənarlaşdırıb və “Kamaz” markalı yük avtomaşını ilə gətirdiyi mişar daşlarını yığışdıraraq aparmayacağı təqdirdə onu balta ilə öldürəcəyini bildirib.
Hədənin real əsaslarla icra ediləcəyini nümayiş etdirmək məqsədilə baltanın kəsici hissəsini qardaşının həyat üçün vacib olan orqanları istiqamətində yönəltməklə hədənin icra ediləcəyi üçün real əsaslarla onu öldürməklə hədələyib. 
Hadisəni törədən A. Əliyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əmək fəaliyyəti ilə məşğul oluram. Ailəliyəm, 2 övladım var. 1-ci Qarabağ müharibəsinin iştirakçısı və müharibə veteranıyam. Zərərçəkmiş şəxs mənim qardaşımdır. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətlərimiz yaxşı olub. Lakin sonradan münasibətlərimiz mülki mübahisə səbəbi ilə pisləşib”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Dəllər qəsəbəsi ərazisində ona məxsus 0,6 hektar torpaq sahəsi olub: “Həmin torpaq sahəsi mərhum atam Əşrəf Əliyevin yaşadığı evin həyətyanı sahəsinə yaxın ərazidə yerləşir. Həmçinin mərhum atamın yaşadığı evin həyətyanı sahəsinə bitişik 0,6 hektar torpaq sahəsi yaşadığımız qəsəbə sakinin adına olub. Həmin vaxt Dəllər qəsəbə ərazisində yerləşən özümə məxsus 0,6 hektar torpaq sahəsini qəsəbə sakininə məxsus 0,6 hektar torpaq sahəsi ilə dəyişən zaman arvadımla rəsmi olaraq boşandım. Həmin vaxt arvadım məndən torpaq tələb etməsin deyə aldığı torpaq sahəsini qardaşım Fizuli Əliyevin adına rəsmiləşdirdi. Lakin hazırda qardaşım həmin torpaq sahəsinin özünə məxsus olmasını iddia edərək, aramızda mübahisələri baş verir”. 
A.Əliyevin sözlərinə görə fevralın 27-də, saat 11 radələrində yaşadığı evin həyətyanı sahəsində qurumuş ağacların budaqlarını kəsən zaman sözü gedən torpaq sahəsinə bir “Kamaz” daş tökülməsini görüb: “Həmin vaxt “Kamaz” markalı yük avtomobilinin sürücüsünə yaxınlaşaraq həmin torpaq sahəsinin mənə məxsus olmasını iddia etdim, daş tökməsinə öz etirazımı bildirdim. Həmin vaxt qardaşım məni təhqir edən zaman əsəbi olduğum üçün yumruğum ilə onu vurdum. Həmin vaxt qardaşımla bir-birimizə vuraraq yerə yıxıldıq. Dalaşan zaman balta mənim digər əlimdə olub. Zərərçəkmiş şəxsi öldürməklə hədələməmişəm”. 
Təqsirləndirilən şəxs deyib ki, daha sonra onların mübahisə etmələrini görən “Kamaz” markalı yük avtomobilinin sürücüsü onlara yaxınlaşıb və onun əlində olan baltanı alıb: “Sürücü yaxınlaşaraq mənimlə işi olmadığını deyərək baltanı istədi. Baltanı verəndən sonra qardaşım hadisənin baş verdiyi yerdən qaçaraq Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdi və baş  vermiş hadisə ilə bağlı məlumat verdi. Daha sonra hadisənin baş verdiyi əraziyə Şəmkir Rayon Polis Şöbəsinin polis sahə rəisi və polis serjantı gəldi. Həmin vaxt əlimdə olan baltanı polis əməkdaşlarına təqdim etdim”. 
İş üzrə zərərçəkmiş F. Əliyevin sözlərinə görə, Dəllər qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır: “Rəsmi olaraq heç bir yerdə işləmirəm, 2-ci qrup əliləm. Ailəliyəm, 2 övladım var. Təqsirləndirilən şəxs mənim qardaşımdır. Qardaşım ilə əvvəllər münasibətlərimiz yaxşı olub. Lakin sonradan mülki mübahisə səbəbi ilə münasibətlərimiz pisləşib. Qəsəbə ərazisində mənə məxsus 0,6 hektar torpaq sahəsi var. Həmin torpaq sahəsini 6 iyun 2016-cı ildə  qəsəbə sakinindən 5000 manata alaraq öz adıma rəsmiləşdirmişəm. Lakin qardaşım həmin torpaq sahənin onun özünə məxsus olmasını iddia edərək, mənimlə mübahisə edir”. 
Zərərçəkmiş qeyd edib ki, fevralın 27-də, saat 11 radələrində həmin torpaq sahəsinə bir “Kamaz” daş tökdürüb: “Həmin vaxt həmin torpaq sahəsinə daş tökdürməyimi görən qardaşım əlinə balta alaraq mənə tərəf yaxınlaşdı və əlindəki baltanın tutacaq yeri ilə bir dəfə çiyin nahiyəmə vurdu. Qardaşım yenidən əlində olan balta ilə məni vurmaq istəyən zaman özümü müdafiə etmək üçün həmin baltanın tutacaq yerindən tutdum. Həmin vaxt hər ikimiz yerə yıxıldıq. Yerə yıxılan zaman sağ qılçamdan xəsarət aldım. Daha sonra mübahisə etməyimizi görən “Kamaz” markalı yük avtomobilinin sürücüsü yaxınlaşaraq, qardaşımı əlində olan baltanı ondan aldı. Lakin o, yenidən baltanı əlinə alaraq məni öldürməklə hədələdi, mənə tərəf gəldi. Daha sonra mübahisənin qarşısını almaq məqsədilə həmin yerdən qaçdım”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə A. Əliyevə hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzası təyin edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 İyul 2025 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri