Icma.az
close
up
RU
Şəmkiri tanımaq olmur…

Şəmkiri tanımaq olmur…

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

     Şəmkirə yolu bir neçə il düşməyən adam bu şəhərə yenidən gələndə ilk baxışdan hiss edir ki, nəsə dəyişib. Küçələr daha səliqəlidir, binalar daha baxımlıdır, park və xiyabanlar tamam başqa ovqat yaradır. Şəhəri addım-addım gəzəndən sonra isə eyni fikir hər kəsin dilinə gəlir: “Şəmkiri tanımaq olmur…”

     Bu dəyişiklik təsadüfi deyil. Son illər rayonda həyata keçirilən abadlıq və quruculuq işləri şəhərin simasını əhəmiyyətli dərəcədə dəyişib. Küçələr yenilənir, yaşayış binaları müasir görkəm alır, şəhərin memarlıq-estetik görünüşü ildən-ilə daha da gözəlləşir.

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında şəhərsalma və memarlığın inkişafı, yaşayış məntəqələrinin müasir tələblərə uyğun yenilənməsi və rahat yaşayış mühitinin formalaşdırılması əsas istiqamətlərdən biridir. Təsadüfi deyil ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması da bu sahədə görülən işlərə yeni təkan verib.

     Şəmkir rayonunda da abadlıq və quruculuq tədbirləri Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş fəaliyyət planına uyğun olaraq ardıcıl davam etdirilir. Görülən işlər təkcə şəhər infrastrukturunun yenilənməsinə deyil, həm də onun memarlıq-estetik görünüşünün yaxşılaşdırılmasına, sakinlər üçün daha rahat və daha gözəl yaşayış mühitinin yaradılmasına xidmət edir.

     Son illər rayonda yollar yenidən qurulur, əsaslı təmir edilir, dam örtükləri dəyişdirilir, park və xiyabanlar abadlaşdırılır, küçələrdə kompleks yenidənqurma işləri həyata keçirilir. Son beş ildə görülmüş işlər nəticəsində abadlıq tədbirləri artıq şəhərin 13-cü küçəsinə qədər olan ərazini əhatə edib. Bununla yanaşı, Rəşad Yusibov küçəsinin 16-cı küçəyədək olan hissəsi də əsaslı şəkildə yenilənərək şəhərin müasir simasına uyğunlaşdırılıb.

     Bu günlərdə isə şəhərin əsas küçələrindən biri olan Səməd Vurğun küçəsinin Şıxəli Qurbanov küçəsi ilə kəsişməsindən Yasamal aşırımlarınadək uzanan hissəsində aparılan abadlıq işləri tam yekunlaşıb. Görülən işlər nəticəsində küçənin memarlıq görünüşü müasir tələblərə uyğunlaşdırılıb, ərazinin estetik siması isə nəzərəçarpacaq dərəcədə dəyişib.

     Abadlıq işləri çərçivəsində divarlar sement-əhəng məhlulu ilə suvanıb, binaların fasadları rənglənib, əhəng daşından üzlük tavalar quraşdırılıb. Aqlay haşiyələrdən və təbii qaya daşlarından istifadə edilməklə dekorativ tərtibat işləri görülüb. Bütün bunlar küçəyə yeni nəfəs gətirməklə yanaşı, şəhərin ümumi memarlıq ansamblını da tamamlayıb.

     Bu gün Şəmkirdə aparılan abadlıq və quruculuq işləri təkcə binaların və küçələrin yenilənməsi demək deyil. Bu işlər şəhərin vahid memarlıq konsepsiyası əsasında inkişafına, mövcud tikililərin estetik görünüşünün yaxşılaşdırılmasına və gələcək nəsillərə daha müasir, daha gözəl bir Şəmkirin miras qalmasına xidmət edir.

     Şəhərdə abadlıq və quruculuq işləri qarşıdakı dövrdə də mərhələli şəkildə davam etdiriləcək. Yeni layihələr həyata keçiriləcək, yeni küçələr yenilənəcək, Şəmkir isə hər ötən il daha da gözəlləşəcək.

     Ona görə də bu şəhərə uzun fasilədən sonra gələnlərin dediyi bir cümlə təsadüfi səslənmir:

     -Şəmkiri doğrudan da tanımaq olmur…

         Hamlet Qasımov,
XQ-nin Gəncəbasar müxbiri

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 İyul 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see600

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see531

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see356

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see283

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see247

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see246

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see235

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see234

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see230

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see230

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see208

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see206

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see203

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see191

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see187

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see179

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see178

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see168

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri