Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Semptomlar fərqli, risk yüksək: Qadınlarda infarkt niyə nəzərdən qaçır?

Semptomlar fərqli, risk yüksək: Qadınlarda infarkt niyə nəzərdən qaçır?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qadınların ürək sağlamlığı üzrə araşdırmalar davam etsə də, bu sahədə kifayət qədər məlumatlılıq hələ formalaşmayıb. Məsələn, çoxları qadınlarda infarktın əlamətlərinin fərqli ola biləcəyini bilmir. Bu məsələ bəzən həkimlərin də diqqətindən qaça bilər. Ürək həkimləri qadınların ürəyinə zərər verə biləcək hallar və ürək sağlamlığını qoruma yollarını izah edir.

Qaynarinfo xəbər verir ki, ürək xəstəlikləri qadınlarda bütün xərçəng növlərinin cəminə nisbətən daha çox həyat itkisinə səbəb olur. Lakin qadınların çoxu həyatını xərçəngdən, hətta süd vəzisinin xərçəngindən itirəcəyini düşünür. Bu, təəccüblü deyil, çünki qadınların ürək sağlamlığı uzun müddət diqqətdən kənar qalıb və kifayət qədər araşdırılmayıb. Nəticədə həkimlər bəzən qadınlarda yayğın ürək problemlərini diaqnostik etməkdə çətinlik çəkir. 

"New York Times"ın məlumatına görə, tədqiqatçılar bəzi problemlərin səbəbini hələ müəyyən edə bilmədikləri üçün bu xəstəliklərin qarşısını almaq çətinləşir. Eyni zamanda, bir çox xəstə qadınlarda infarktın fərqli əlamətlər göstərə biləcəyini və nələrə diqqət etməli olduqlarını bilmir.

Bütün bu çətinliklərə baxmayaraq, qadınlar ürək sağlamlığı riskini azaltmaq üçün çox şey edə bilərlər. Bu tövsiyələrin bəzisi ümumi prinsiplərə əsaslanır: qadınlar və kişilər balanslı qidalanmalı, idman etməli, təzyiq, xolesterol və qlükoza səviyyəsini nəzarətdə saxlamalıdır.

Digər faktorlar isə cinsə görə dəyişir. Qadınların ürək sağlamlığı haqqında bilməli olduğu əsas məqamlar bunlardır:

Qadınlarda risk faktorları fərqlidir

Yüksək təzyiq və xolesterol, diabet, siqaret, hərəkətsizlik və ailə tarixi hər kəsin ürək sağlamlığını təsir edən faktorlardır. Lakin qadınlar üçün siyahı bir qədər uzanır. Hamiləlik dövründə preeklampsi və ya gestasiya diabeti yaşayan qadınların gələcəkdə ürək problemləri yaşaması ehtimalı daha yüksəkdir. New York Universitetində ürək sağlamlığı üzrə tədqiqatlar aparan Anais Hausvater qeyd edir: "Xəstələr adətən 20 il əvvəl hamiləlik zamanı preeklampsi keçirdiklərini söyləmək ehtiyacı hiss etmirlər, bir çox həkimlər də bunu soruşmur".

Polikistik yumurtalıq sindromu (PCOS) da ürək xəstəlikləri riskini artıran faktordur. Lupus, revmatoid artrit və autoimmun xəstəliklər qadınlarda daha yayğındır. Xüsusilə 45 yaşından əvvəl menopauza girən qadınlar da nisbətən həssas qrupda yer alır.

Menopauza ürək üçün kritik keçid dövrüdür

Estrogen ürək və damarları qoruduğundan qadınlar adətən kişilərdən təxminən 10 il gec ürək problemləri yaşayır. Buna görə menopauza qadınlar üçün kritik dövrdür. Estrogen azalarkən təzyiq və xolesterol yüksələ bilər, arteriyalar elastikliyini itirir. Con Hopkins Universitetindən həkim Tala Al-Talib deyir: "30 yaşımda xolesterol yaxşı idi. Birdən niyə pis oldu? Hələ də idman edirəm, eyni qidaları yeyirəm".

Belə dəyişikliklər baş verəndə həkiminiz sizə uyğun həll yolları təklif edə bilər. Bu, həyat tərzi dəyişiklikləri, dərman müalicəsi və ya hər ikisi ola bilər.

Menopauza yaşına çatmamış qadınlarda risk aşağıdır, amma sıfır deyil. Təzyiq və xolesterolun təsiri illərlə yığılır, yəni 20–30 yaşlarınızda etdikləriniz gələcəkdə təsir edə bilər.


Qadınlarda infarkt əlamətləri fərqli ola bilər

Qadınlarda infarkt hər zaman döşdə sıxılma və ağrı şəklində müşahidə olunmur. Bu səbəbdən həkimlər və xəstələr bu əlamətləri tez-tez nəzərə almır. Ən yayğın simptom döş ağrısıdır. Lakin qadınların çoxu bunu "basqı” və ya "ağırlıq” kimi təsvir edir. Atria Tibb və Araşdırma İnstitutu tədqiqatçısı Natalie Bello bildirir ki, kişilər ağrını "ağrıyır” kimi, qadınlar isə "basqı və ya ağırlıq” kimi izah edir.

Həmçinin qadınlar infarkt zamanı nəfəs darlığı, başgicəllənmə, ürəkbulanma, çənə və bel ağrısı, soyuq tərləmə və anormal yorğunluq kimi bir neçə simptom yaşaya bilər. Yale Tibb Fakültəsi həkimi Erika Spatz qeyd edir ki, ailə məsuliyyətləri olan qadınlar öz sağlamlıqlarını geri plana atır və ya simptomları başqa səbəblərlə izah etməyə çalışır.

Qadınlarda infarkt səbəbləri də fərqlidir

Kişilərdə infarkt adətən böyük arteriyanın tıxanması nəticəsində baş verir. Qadınlarda isə kiçik damar xəstəlikləri, koronar arter spazmları və doğum sonrası rast gəlinən "spontan koronar arter disseksiyonu” daha yayğındır. Menopauza sonrası isə "qırıq ürək xəstəliyi” (Takotsubo kardiyomiyopati) baş verə bilər.

Qadınlara fərqli testlər tətbiq oluna bilər

Tipik olmayan infarkt standart testlərdə görünməyə bilər. Buna görə təcili tibbi yardımda qadınların simptomları fərqli qiymətləndirilə bilər. Nəticələr normal gələndə belə, daha sonra ürək həkiminə müraciət məsləhətdir. Narula və Spatz bildirir ki, PET, ürək MRT və ya koronar funksional testlər tələb oluna bilər.


Aaşdırma sahələrində ciddi boşluqlar mövcuddur

Qadın sağlamlığı üzrə araşdırmalar genişlənsə də, tibbi tədqiqatlarda cins eqoistliyi hələ də xidmət keyfiyyətinə təsir edir. Narula qadınların dərman, müalicə və tibbi cihazlarla bağlı tədqiqatlarda kifayət qədər təmsil olunmadığını qeyd edir.

Qadınlar çox vaxt təzyiq və xolesterol dərmanlarına gec başlayır. Bəzən həkimlər hamilə qalma ehtimalı olan yaşdakı xəstələrə dərman yazmaqdan çəkinir. Hausvater deyir: "Bunu tez-tez görürəm". Spatz əlavə edir ki, hamiləlik zamanı dərman istifadə oluna bilməz, amma bu, qadının dərmanı ümumiyyətlə istifadə edə bilməyəcəyi demək deyil.

Bəzən qadınlar həkim tərəfindən həyat tərzi və çəki barədə qiymətləndirilməkdən çəkinərək, ürək sağlamlığı məsələsini müzakirə etməkdən imtina edirlər. Natalie Bello bildirir ki, bu məsələdə xəstələri günahlandırmaq yox, onlara kömək yollarını izah etmək vacibdir.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 Yanvar 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri