Sən ağıllısan, amma mən də axmaq deyiləm! Mourinyo
Axar.az saytına istinadən Icma.az xəbər verir.
“Real”ın baş məşqçisi Joze Mourinyo “Barselona” ilə qarşılaşma öncəsi komandasının taktiki planları barədə danışmaq istəməyib.
Axar.az Qol.az-a istinadla xəbər verir ki, portuqaliyalı mütəxəssis La Liqanın 10-cu turunda oktyabrın 25-də keçiriləcək “El-Klasiko” öncəsi jurnalistin suallarını cavabsız qoyub.
“‘El-Klasiko” üçün planınız nədir? Hansı taktiki gedişləri düşünürsünüz?” sualına Mourinyo belə cavab verib:
“Sənə cavab verməyəcəyəm. Yaxşısı budur, başqa sual ver. Planlar, kimin oynayacağı və komandanın oyun strukturu barədə danışmayacağam”.
Jurnalist daha sonra “Barselona”nın müdafiədə zəif olduğunu xatırladaraq “Bu səbəbdən daha çox hücum edəcəksiniz?” sualını ünvanlayıb.
Mourinyo isə gülümsəyərək belə deyib: “Sən ağıllısan, amma mən də axmaq deyiləm!”
Qeyd edək ki, “Barselona” 27 xalla turnir cədvəlinə başçılıq edir. “Real” isə 21 xalla üçüncü pillədə qərarlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 24 Oktyabr 2026 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















