Icma.az
close
up
RU
Sən başqalarından fərqlisən Bu ifadə niyə sizi psixoloji tələyə salır?

Sən başqalarından fərqlisən Bu ifadə niyə sizi psixoloji tələyə salır?

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

"Sən başqalarına bənzəmirsən”, "Sən əvvəllər tanıdığım insanlara oxşamırsan” və ya "Sən özəl və digərlərindən fərqlisən” kimi ifadələr ilk baxışdan kompliment təsiri bağışlaya bilər. Lakin psixoloqlar xəbərdarlıq edir ki, bu cür cəlbedici sözlərin arxasında emosional təzyiq və rollaşma riski dayanır. 

Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı psixoloq Mark Trevers "Forbes” nəşrində yazıb.

O bildirir ki, belə ifadələr insanda özünü "uyğun" göstərmək öhdəliyi yaradır və insan təbii halında olmaq əvəzinə, müəyyən bir rolu davam etdirməyə məcbur qalır. Belə münasibətlər isə əslində şərtsiz sevgiyə deyil, gizli gözləntilərə əsaslanır.

Tənhalıq və özündən uzaqlaşma hissi

"Sən digərlərindən fərqlisən” kimi ifadələr çox zaman unikallığın tanınması kimi qəbul edilir. Amma psixoloqun fikrincə, bu sözlər əks effekt verə bilər: onlar insana "adi insanlar” çevrəsindən kənarda olduğunu hiss etdirir və fərqlilik hissi ilə yanaşı tənha qalma, həddindən artıq ehtiyatlı davranmaq və rahat ola bilməmək duyğuları doğurur.

Araşdırmalardan biri göstərib ki, insan nə qədər çox özünü nəzarətdə saxlayırsa və sosial təmaslarda "doğru obrazı” yaratmağa çalışırsa, bir o qədər emosional enerjisini itirir, az həzz alır və digərləri ilə bağ qurmaqda çətinlik çəkir.

Obraza uyğunlaşmaq məcburiyyəti

Belə sözlər insanı "digərlərindən fərqli olmaq” obrazına uyğunlaşmağa vadar edir. Xüsusilə romantik münasibətlərdə bu sosial təzyiq daha güclü olur. Psixoloji araşdırmalar göstərir ki, emosional bağlılıqda narahatlıq yaşayan şəxslər özlərini daha çox "ideal” göstərməyə çalışır və daim başqaları ilə müqayisə edilmək qorxusu yaşayırlar. Bu isə öz dəyərinə şübhə ilə yanaşma və daimi "xoş görünmə” ehtiyacı yaradır.

Digərlərini kiçiltmək, səni ucaldan maska

Bu "kompliment”lərin başqa bir təhlükəli tərəfi də odur ki, o, sizi başqalarından üstün göstərməklə, əslində, başqalarını dəyərdən salır və sizi müəyyən kalıba salmaq cəhdidir. Bu kalıba uyğun olan insan isə çox tələbkar olmayan, partnyorun rahatlığını pozmayan, nəzarət altında olan şəxsdir. Romantik münasibətlərdə belə "şərti qəbul” halları, yəni sevginin müəyyən davranışlara görə verilməsi, insanın özünü azad və dəyərli hiss etməsinə ciddi zərbə vurur. Nəticədə insan dəyişir, özünü sıxışdırır və olduğu kimi qalmaqdan uzaqlaşır.

Nəticə

Psixoloq Trevers hesab edir ki, münasibətlərdə bu cür sözlərə qarşı ayıq olmaq vacibdir. Sevgi və qəbul, fərqli olmaq şərtilə deyil, insanın olduğu kimi dəyərləndirilməsi ilə formalaşmalıdır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyun 2025 01:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri