Icma.az
close
up
RU
Mənə təcili pul at... İnsanlar bu psixoloji tələyə niyə düşür?

Mənə təcili pul at... İnsanlar bu psixoloji tələyə niyə düşür?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Son illər ən çox rast gəlinən kiberdələduzluq sosial şəbəkələrdə və mesajlaşma tətbiqlərində insanların profillərinin ələ keçirilməsi ilə həyata keçirilir. Dələduzlar istifadəçinin hesabını ələ keçirdikdən sonra onun yaxınlarına "təcili pul lazımdır", "kartım işləmir", "mənim yerimə bunu ödə" və yaxud, profilimə daxil ola bilmirəm, göndərdiyim linki kliklə  kimi mesajlar göndərərək pul və ya şəxsi məlumat əldə etməyə çalışırlar.

Maraqlıdır ki, bu cür fırıldaq üsulları barədə məlumatlı olan insanlar belə bəzən həmin tələyə düşürlər. Bəs insan niyə tanıdığı şəxsin adından gələn mesaja dərhal inanır? Dələduzlar hansı psixoloji üsullardan istifadə edirlər? Belə mesaj alan şəxs emosiyalarına qapılmadan özünü necə "dayandırmalı" və qərar verməzdən əvvəl nələrə diqqət etməlidir?

Qaynarinfo mövzunu Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovla müzakirə edib.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bunun əsas səbəbi məlumat çatışmazlığından çox, insan psixologiyasının necə işləməsi ilə bağlıdır:

"İnsanların sosial şəbəkələrdə və mesajlaşma tətbiqlərində ən çox üzləşdiyi dələduzluq üsullarından biri tanış şəxsin profilinin ələ keçirilməsi və həmin hesabdan yaxın çevrəyə təcili pul və ya hər hansı linkə daxil olmaqla bağlı müraciət göndərilməsidir. Maraqlıdır ki, bu cür halların qurbanları arasında təhlükədən xəbərdar olan, kifayət qədər məlumatlı insanlar da olur. Bunun əsas səbəbi məlumat çatışmazlığından daha çox insan psixologiyasının necə işləməsi ilə bağlıdır".


Psixoloq deyir ki, insan beyni gündəlik həyatda qərarları sürətlə vermək üçün etibar etdiyi psixoloji qısayollardan istifadə edir:

"Mesaj tanımadığımız bir nömrədən deyil, uzun illər ünsiyyətdə olduğumuz dostumuzdan və ya qohumumuzdan gəldikdə, beynimiz avtomatik olaraq həmin şəxsə olan etibarı aktivləşdirir. Bu vəziyyətdə insanlar əvvəlcə məlumatın doğruluğunu yoxlamaq əvəzinə, qarşı tərəfə kömək etməyə fokuslanırlar. Dələduzlar da məhz bu psixoloji mexanizmdən istifadə edirlər".

Elnur Rüstəmov yazılan bu cür mesajlarda insanlara təsir etmək üçün ən çox işlədilən sözləri də vurğulayaraq bildirib ki, adətən "çox təcilidir”, "heç kimə demə”, "indi kömək et”, "telefonum işləmir” kimi ifadələr işlədilir:

"Bu sözlər insanda vaxt təzyiqi yaradır. Vaxt təzyiqi altında insanın tənqidi düşünmə qabiliyyəti zəifləyir, emosional qərarvermə isə güclənir. Xüsusilə yaxın insanın çətin vəziyyətdə olduğu təəssüratı yarandıqda empatiya və məsuliyyət hissi məntiqi analizdən önə keçir”. 

Psixoloq deyir ki, bu cür vəziyyətlərdə psixoloji dayanıqlılığı qorumağın ən vacib yolu emosiyaları deyil, yoxlama davranışını aktivləşdirməkdir:

"İlk reaksiya pul göndərmək və ya linkə daxil olmaq deyil, məlumatı təsdiqləmək olmalıdır. Həmin şəxsə adi telefon zəngi etmək, videozəng vasitəsilə əlaqə saxlamaq və ya başqa bir ailə üzvündən vəziyyəti dəqiqləşdirmək ən doğru addımdır. Əgər qarşı tərəf zəngə cavab vermirsə və yalnız yazışmaqda israr edirsə, bu, artıq şübhə yaradan əlamətlərdən biri hesab olunmalıdır. İnsanlar özlərinə sadə bir psixoloji qayda formalaşdırmalıdırlar. Məndən təcili pul, bank məlumatı, təsdiq kodu və ya linkə daxil olmağım istənilirsə, əvvəlcə dayanmalı, sakitləşməli və məlumatı mütləq başqa kanalla yoxlamalıyam. Bir neçə dəqiqəlik yoxlama bəzən ciddi maddi və mənəvi ziyanın qarşısını ala bilir".

Elnur Rüstəmov son olaraq qeyd edib ki, rəqəmsal təhlükəsizlik artıq yalnız texniki məsələ deyil, psixoloji savadlılığın da bir hissəsidir:

"İnsan nə qədər emosiyalarını idarə edə, tələskənlik hissini nəzarətdə saxlaya və qərar verməzdən əvvəl faktları yoxlaya bilirsə, kiberdələduzluğun qurbanına çevrilmə ehtimalı da bir o qədər azalır. Cəmiyyətdə bu istiqamətdə maarifləndirmənin gücləndirilməsi, ailələrdə və təhsil müəssisələrində rəqəmsal davranış mədəniyyətinin formalaşdırılması müasir dövrdə psixoloji təhlükəsizliyin vacib şərtlərindən biridir".

Günay İlqarqızı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Avqust 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see517

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see446

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see407

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see285

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see283

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see281

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see275

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see272

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see268

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see259

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see249

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see242

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see237

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see227

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see217

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see210

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see208

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see204

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see200

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri