Sənan Abdullayev: “Misli” ilə sponsorluq müqaviləsi başa çatıb” yeni brend gəlir?
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
PFL-in saytında yayınlanan xəbərlərdə vacib məqam diqqətimizi cəlb etdi. Belə ki, qurum artıq ölkənin əsas futbol çempionatıyla bağlı informasiyalarda Azərbaycan premyer-liqası ifadəsinə yer verir. Yəni artıq çempionat Misli premyer-liqası adlanmır. Böyük ehtimalla, bu o deməkdi ki, PFL ilə “Misli” arasında sponsorluq müqaviləsinin müddəti başa çatıb.
Həqiqətən belədimi? Bəs, qurum “Misli” və ya başqa şirkətlərlə sponsorluq müqaviləsi üçün danışıq aparırmı?
Bu suallarla media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. “Football-plus.az”a açıqlama verən qurum rəsmisi sponsorluq müqaviləsinin başa çatdığını təsdiqlədi və əlavə etdi ki, “Misli” ilə növbəti mövsüm üçün əməkdaşlıq yönündə danışıqlar gedir.
Xatırladaq ki, “Misli” 2022-ci ildən bəri premyer-liqanın sponsorudu.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 15 İyul 2026 23:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















