Icma.az
close
up
RU
Kubokla bağlı ədalətsiz qərar? Sənan Abdullayev Sumqayıtla bağlı iddianı belə cavabladı

Kubokla bağlı ədalətsiz qərar? Sənan Abdullayev Sumqayıtla bağlı iddianı belə cavabladı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Məlum olduğu kimi, ölkə kubokunda mübarizə davam edir.

Daha doğrusu, gələn il fevralın 5-6-da 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Final matçı isə iyunun 1-də baş tutacaq. Bəli, hələ həmin günə 6 aydan bir qədər çox vaxt qalıb. Lakin artıq matçın keçiriləcəyi stadion bəllidi. Belə ki, ölkə kubokunun 2024/25 mövsümünün qalibi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda müəyyənləşəcək. Məlumatı Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov təsdiqləyib:

“Bəli, hansısa fors-major hal yaşanmasa, final oyunu bu stadionda baş tutacaq”.


Təbii ki, həlledici görüşün müasir standartlara uyğun arenada keçirilməsi məqsədəuyğundu. Bu üzdən seçimin doğru olduğunu etiraf etməliyik. Onsuz da 9502 tamaşaçı tutumuna malik idman qurğusu ötən il istifadəyə verilib. Ölkəmizin ən böyük dördüncü stadionu statusunu daşıyan arenada hansısa çatışmazlıq yoxdu ki, burda həm premyer-liqa, həm də avrokubok görüşlərinin oynanılması mümkündü. Sumqayıtlı azarkeşlərin məlum futbol sevgisini də nəzərə alsaq, oyun günü tribunalar boş qalmayacaq. Xüsusilə finalçılardan biri “Sumqayıt” olsa...
Diqqətiçəkən məqam da elə budu. “Kimyaçılar” ölkə kuboku uğrunda mübarizədən çəkilməyib. 1/8 final mərhələsində evdə MOİK-i məğlub edən (3:1) komandanın növbəti rəqibi “Sabah”dı. Bəs mövcud durumda final matçının “Mehdi Hüseynzadə”yə salınması nə dərəcədə doğrudu? Konkret seçim üçün bir qədər gözləmək daha məqsədəuyğun olmazdımı? Axı belədə “gənclik şəhəri”nin təmsilçisi üçün əlavə motivasiya mənbəyi yaranır. Bu addımı ədalətli saymaq olarmı?
Bu suallarla PFL-in Media və marketinq üzrə direktoru Sənan Abdullayevə müraciət etdik:

“Futbol camiəsində həmişə əsas xahişlərdən biri kubokun final matçının yerinin öncədən açıqlanması olub. Bunu təşkilatçı qurum olaraq, biz də arzulamışıq. Amma bildiyiniz kimi, infrastrukturla bağlı ehtiyat tədbirlər əksər hallarda buna mane olub. PFL prezidentinin “hər hansı fors-major hal yaşanmasa, Azərbaycan kubokunun finalı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək” ifadəsi də təsadüfi deyil. Buranın seçilməsi futbol şəhəri olmasına baxmayaraq, infrastruktur səbəbindən uzun müddətdi Sumqayıtda final matçlarının keçirilməməsi ilə bağlıdı. Stadionun yeni olması hər mənada artıq imkanları genişləndirir. Futbolun daha bir gözəlliyinin - azarkeş axınının da olacağına şübhə yoxdu. O ki qaldı seçimin ədalətli olması məsələsinə, bu, az qala hər dəfə səslənir və heç vaxt da özünü doğrultmayıb. Dəfələrlə stadion öncədən açıqlandıqda belə, məkanın məxsus olduğu klubun qalib gəlməməsinin şahidi olmuşuq. İki il əvvəl “Baksell Arena”da (indiki “Neftçi Arena” – red.) “Neftçi”nin, finalın “Bank Respublika Arena”da keçirildiyi mövsümdə “Sabah”ın öncədən yenilməsini, Qəbələdə baş tutan həlledici qarşılaşmada “Qəbələ”nin “Keşlə”yə məğlubiyyətini nümunə kimi göstərə bilərik”.


Yeri gəlmişkən, “Mehdi Hüseynzadə” ilk dəfə ölkə kubokunun final oyununa evsahibliyi etmiş olacaq.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 Yanvar 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri