Sənan Ağayev: “Gənc şahmatçılar üçün Vüqar Həşimov şahmat akademikidir”
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
O 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat Olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış etmişdir. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanmışdır.
Vüqar Həşimov 2014-cü il yanvar ayının 11-də müalicə aldığı Almaniyanın Heydelberq şəhərindəki klinikada vəfat edib. Onun xatirəsi bu gün də şahmatsevərlər tərəfindən hörmətlə yad edilir.
Gənc şahmatçılar onun uğurlarından nə öyrənə bilərlər?Bu barədə Bizimyol.info xəbər portalına danışan Xəzər rayonu, Şağan Olimpiya-İdman Kompleksi, məşqçi-müəllim Sənan Ağayev bildirib ki, Vüqar Həşimovun dünyanın ən tanınmış oyunçuları ilə möhtəşəm qələbələri var: “Vüqar Həşimov dəfələrlə Ümumdünya İntellektual Oyunlar qalibi, dəfələrlə Azərbaycan çempionu olub. Avropa Komanda yarışı Vüqarın sayəsində əldə edilib. Ensiklopedik biliyə malik şahmat bilicisi olub. Bir neçə xarici dilləri mükəmməl bilirdi. Şahmatda həm strategiyası, həm də taktikası olduqca yüksək səviyyədə olub. Onun dünya şahmat elitasının ən tanınmış oyunçuları üzərində möhtəşəm qələbələri var”.
Sənan Ağayev deyib: “Gənc şahmatçılar üçün Vüqar Həşimov şahmat akademikidir. Vüqarın hər oyunu, istənilən partiyası ən gözəl dərs mövzusudur və dəyərli nümunədir. Şəxsən mənim hər bir dərsimdə Vüqar Həşimovun bir oyunu təhlil edilir, şagirdlərə isə həmin oyunlarla bağlı mütləq ev tapşırıqları verilir.
2024-cü ildən Vüqar haqqında, onun yaradıcılığına həsr olunmuş iki cildlik əsər yazıram, bu ilin sonuna bitirməliyəm”.
Sənan Ağayev əlavə edib: “Vüqar Həşimov haqqında nə qədər danışsaq belə, yenə də bitməz. Bu insan olduqca yüksək intellektə malik zəka sahibi idi. Həm şahmat qabiliyyəti, həm də yüksək insani keyfiyyətləri ilə seçilən bir insan idi”.
Allah rəhmət eləsin!
Günel Həsənova, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 24 İyul 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















