Gənc şahmatçılar qrossmeysterlərdən ustad dərsləri alıblar
Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə “Çempionlarla bir ay” layihəsi çərçivəsində 14, 16 və 18 yaş qruplarından olan perspektivli şahmatçılar üçün oktyabr ayı ərzində ustad dərsləri keçirilib.
XQ Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, layihə çərçivəsində ümumilikdə 6 qrossmeysterin iştirakı ilə 7 ustad dərsi təşkil olunub. Tanınmış şahmatçılar Avropa çempionları Rauf Məmmədov, Eltac Səfərli, Azərbaycan çempionu Məhəmməd Muradlı, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, Azərbaycan çempionu Aydın Süleymanlı və Avropa çempionu Şəhriyar Məmmədyarovun ustad dərslərində gənc şahmatçılar debüt seçimi, tipik mövqe qiymətləndirilməsi, mərkəz uğrunda mübarizə və qərarvermə mərhələsində düzgün hesablama texnikası mövzularında biliklərini artırıblar. Həmçinin partiya təhlilləri aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“Çempionlarla bir ay” layihəsi noyabr ayında da davam etdiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 27 Oktyabr 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















