Icma.az
close
up
RU
Senat Trampın ABŞ kəşfiyyatına rəhbərlik edəcək namizədini təsdiqləyib

Senat Trampın ABŞ kəşfiyyatına rəhbərlik edəcək namizədini təsdiqləyib

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Qanunvericilər Qabbardın 52-48 səslə namizədliyini dəstəkləyiblər

ABŞ Prezidenti Donald Trampın ölkənin kəşfiyyat aparatını yenidən təşkil etmək cəhdi irəliləməyə hazır görünür. Çərşənbə günü qanunvericilər Tulsi Qabbardı ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təsdiq etdilər. AYNA xəbər verir ki, bu barədə “Amerikanın Səsi” məlumat yayıb.

Bildirilib ki, Senat Qabbardın keçmiş təcrübələri və bəyanatları ilə bağlı narahatlıqlara baxmayaraq, 52-48 səslə onun namizədliyini dəstəkləyib.

Qabbard Senatda olan 53 respublikaçı senatorun 52-sinin dəstəyini qazanıb. Demokrat senatorlarla bərabər onun namizədliyinin təsdiqinin əleyhinə səs verən Respublikaçı senator Mitç Makkonnel oldu.

 “Kəşfiyyat icması öz əsas missiyasına – kəşfiyyat toplamağa və bu məlumatların qərəzsiz təhlilini təmin etməyə yenidən diqqət yetirməlidir”, - Senatda çoxluqda olan Respublikaçıların Lideri Con Tun bazar ertəsi senatorlar Qabbardın namizədliyini müzakirə etməyə başlayarkən bildirib.

 “Bunu təmin etməyə Tulsi Qabbard sadiqdir. Və mən inanıram ki, o, bunun öhdəsindən gəlmək üçün bilik və liderlik qabiliyyətinə malikdir” , - Tun vurğulayıb.

Demokratlar isə daha az həvəsli idilər və son anda respublikaçı həmkarlarını Qabbardın namizədliyini təsdiq etməməyə çağırdılar.

“Biz vicdanla, ən məxfi sirlərimizi Rusiya təbliğatını təkrarlayan və konspirasiya nəzəriyyələrinə inanan birinə etibar edə bilmərik,” - Senatda azlıqda olan Demokartların Lideri Çak Şumer çərşənbə günü səsvermədən əvvəl qanunvericilərə müraciət edərək deyib.

Şumer əlavə edib ki, əksər respublikaçılar da gizlicə eyni fikirdədirlər.

“Əgər gizli səsvermə keçirilsəydi, Qabbard cəmi 10 səs toplayardı,” - o bildirib. “Hər kəs nələr baş verdiyini bilir. Ona görə də bu qədər çox sual qaldırırlar. Lakin Donald Tramp və İlon Mask onları təhdid edir və fikirlərini dəyişməyə məcbur edirlər.”

Tramp noyabr ayında Qabbardı seçərək onun “qorxmaz ruhunu” tərifləyib.

Tulsi Qabbard Havay ştatından keçmiş Demokrat Konqres üzvüdür və daha öncə Demokratlar arasında prezidentlik yarışında iştirak edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://ayna.az
archiveBu xəbər 13 Fevral 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri