Senat Trampın federal səhiyyə xidmətlərinə irəli sürdüyün türk namizədi təsdiqləyib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Senatı türk ürək cərrahı Mehmet Özün federal səhiyyə xidmətləri olan “Medicare” və “Medicaid”in (CMS) direktorluğuna namizədliyini təsdiqləyib.
APA xəbər verir ki, Senatda keçirilən səsvermədə Öz 53 “lehinə” və 45 “əleyhinə” səsi alaraq mərkəzin direktoru vəzifəsinə təyin edilib.
Yaşlılara və aztəminatlı qruplara səhiyyə xidməti göstərən ölkənin ən yüksək qurumunu idarə edəcək Öz bu vəzifəyə təyin olunan ilk türkdür.
Qeyd edək ki, qurum 160 milyon amerikalının illik xərclərinin 1 trilyon dollardan çoxunu əhatə edən tibbi sığortasına nəzarət edir.
ABŞ-da “Medicare” 65 yaşdan yuxarı olan yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta proqramıdır. “Medicaid” isə aztəminatlı ailələri tibbi sığorta ilə təmin edən birgə federal və əyalət proqramıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 04 Aprel 2025 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















