Senat Trampın namizədlərini tez bir zamanda təsdiq etmək niyyətindədir
ABŞ Senatı yeni administrasiyaya seçilmiş prezident Donald Trampın irəli sürdüyü namizədləri ən qısa zamanda təsdiq etməyi planlaşdırır.
APA xəbər verir ki, bunu jurnalistlərə 119-cu çağırış ABŞ qanunverici orqanının yuxarı palatasında respublikaçı çoxluğun lideri olacaq senator Con Tyun bildirib.
"Biz Trampın namizədlərini mümkün qədər tez nəzərdən keçirəcək və gündəlikdə irəliləyiş əldə etsinlər deyə onların tez bir zamanda təsdiqlənməsi üçün əlimizdən gələni edəcəyik", - deyə Tyun bildirib.
O həmçinin bu namizədlərin təsdiqlənməsi üçün onlarla işləməkdə demokratlardan müəyyən səviyyədə əməkdaşlıq gözlədiklərini deyib.
Baxış sayı:30
Mənbə:https://apa.az