Icma.az
close
up
RU
Senat Trampın namizədlərini tez bir zamanda təsdiq etmək niyyətindədir

Senat Trampın namizədlərini tez bir zamanda təsdiq etmək niyyətindədir

ABŞ Senatı yeni administrasiyaya seçilmiş prezident Donald Trampın irəli sürdüyü namizədləri ən qısa zamanda təsdiq etməyi planlaşdırır.

APA xəbər verir ki, bunu jurnalistlərə 119-cu çağırış ABŞ qanunverici orqanının yuxarı palatasında respublikaçı çoxluğun lideri olacaq senator Con Tyun bildirib.

"Biz Trampın namizədlərini mümkün qədər tez nəzərdən keçirəcək və gündəlikdə irəliləyiş əldə etsinlər deyə onların tez bir zamanda təsdiqlənməsi üçün əlimizdən gələni edəcəyik", - deyə Tyun deyib.

O həmçinin bu namizədlərin təsdiqlənməsi üçün onlarla işləməkdə demokratlardan müəyyən səviyyədə əməkdaşlıq gözlədiklərini də gizlətməyib.

seeBaxış sayı:92
embedMənbə:https://apa.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri