Icma.az
close
up
RU
“Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində yerli müəssisələrlə görüşlər keçirilib

“Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində yerli müəssisələrlə görüşlər keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən icra olunan “Sənaye 4.0 Hazırlıq” Proqramı çərçivəsində proqrama müraciət etmiş “Konstralab Industries” və “Azertexnolayn” MMC şirkətlərinin rəhbərləri ilə görüşlər keçirilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Konstralab Industries” şirkətinin təsisçisi Orxan Quluzadə ilə keçirilən görüşdə şirkətin Goranboy rayonunun Qazanbulaq kəndində yerləşən gips-karton, astar və üzlük gips məhsulları istehsal edən tikinti materialları zavodunun “Sənaye 4.0 Hazırlıq” Proqramına cəlb olunması müzakirə olunub.

“Azertexnolayn” MMC-nin direktoru Vüqar İzzətli ilə görüşdə ilkin mərhələdə şirkətin Sumqayıt Sənaye Parkında yerləşən Polad Boru Zavodunun proqrama cəlb olunacağı qeyd edilib. Bildirilib ki, “Azertexnolayn” MMC-nin Sumqayıt Sənaye Parkında üç istehsal müəssisəsi fəaliyyət göstərir. Gələcəkdə digər müəssisələrin də bu proqramdan yararlanması imkanı qeyd olunub.

Görüşlərdə müəssisələrin texnoloji vəziyyətinin ilkin qiymətləndirilməsi, texnoloji transformasiya potensialının müəyyənləşdirilməsi və proqram çərçivəsində həyata keçiriləcək diaqnostika prosesinə hazırlıq məsələləri müzakirə olunub.

“Sənaye 4.0 Hazırlıq” Proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir və yerli sənaye müəssisələrinin texnoloji transformasiyasını sürətləndirməyi, əməliyyat səmərəliliyini artırmağı və innovasiyalar vasitəsilə onların rəqabət qabiliyyətini gücləndirməyi hədəfləyir.

Proqram çərçivəsində istehsal yönümlü və ixrac potensialı yüksək olan müəssisələrin texnoloji yetkinlik səviyyəsi beynəlxalq metodologiya əsasında qiymətləndirilir. Müstəqil ekspertlər tərəfindən aparılan bu diaqnostikanın nəticəsində şirkətlər texnoloji transformasiya üçün fərdi yol xəritəsi əldə edir. Yol xəritələrinin icrası mərhələsində müəssisələrə Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən güzəştli kreditlərin verilməsi və beynəlxalq mütəxəssislərin iştirakı ilə ekspertiza dəstəyinin göstərilməsi nəzərdə tutulur.

2024-cü ildə proqramın pilot mərhələsi uğurla yekunlaşıb və bu müddətdə “Metak”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinin texnoloji transformasiyasına dəstək göstərilib.

Proqrama qoşulmaq istəyən şirkətlər industry4.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər. İştirak tamamilə ödənişsizdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see243

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see199

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see193

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see181

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see174

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see153

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see152

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see151

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see151

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see148

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see143

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see140

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see137

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see136

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see136

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see132

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see130

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri