Icma.az
close
up
RU
“Sənaye 4.0 Hazırlıq” proqramı çərçivəsində müəssisələrin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir

“Sənaye 4.0 Hazırlıq” proqramı çərçivəsində müəssisələrin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 14 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) həyata keçirdiyi “Sənaye 4.0 Hazırlıq” proqramına müraciət edən müəssisələrin texnoloji hazırlıq səviyyələrinin müəyyənləşdirilməsi prosesi davam edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə artıq bir neçə müəssisədə yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə texnoloji transformasiya üzrə yerində qiymətləndirmə aparılıb. “Azərsun Holding”in “Sun Tea” çay fabrikində, “Azertexnolayn” MMC-nin Sumqayıt Sənaye Parkında yerləşən polad boru zavodunda, “Azəri Taxıl” MMC-nin quşçuluq təsərrüfatında, “KonstraLab Industries” QSC-nin tikinti materialları istehsalı müəssisəsində və “STP Polimer” zavoduna baxış keçirilib.

İstehsal prosesləri, əməliyyatların idarə olunması, texnoloji infrastruktur, avtomatlaşdırma səviyyəsi və rəqəmsallaşma potensialı təhlil olunub. Müəssisələrdə, həmçinin dayanıqlı inkişaf istiqaməti üzrə qiymətləndirmələr aparılır, enerji səmərəliliyi, resursların idarəedilməsi, tullantıların optimallaşdırılması, sosial məsuliyyət və korporativ idarəetmə üzrə mövcud vəziyyət araşdırılır. Növbəti mərhələdə toplanmış məlumatlar əsasında müəssisələrin cari vəziyyətini əks etdirən ətraflı qiymətləndirmə hesabatları hazırlanacaq.

“Sənaye 4.0 Hazırlıq” proqramı İqtisadiyyat Nazirliyinin dəstəyi ilə həyata keçirilir və ölkə sənayesində texnoloji transformasiyanı sürətləndirməyi, innovasiya əsaslı istehsal modellərinin tətbiqini genişləndirməyi, müəssisələrin əməliyyat səmərəliliyini və rəqabət qabiliyyətini artırmağı hədəfləyir. Proqrama qoşulan yerli sənaye müəssisələrinin həm texnoloji transformasiya, həm də dayanıqlı inkişaf göstəriciləri beynəlxalq metodologiya əsasında qiymətləndirilir və hər bir müəssisə üçün fərdi inkişaf üzrə yol xəritəsi hazırlanır.

Proqrama qoşulmaq istəyən şirkətlər “industry4.az” platforması üzərindən qeydiyyatdan keçə bilərlər. İştirak tamamilə ödənişsizdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see299

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see217

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see210

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see179

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see172

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see159

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see143

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see140

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see139

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see137

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see132

Rubl ucuzlaşdı, avro isə bahalaşdı RƏSMİ

13 Noyabr 2025 09:17see125

Yandırılmış sabitlik: İran öz ekoloji fəlakətinin əsirinə çevrilib

13 Noyabr 2025 11:52see121

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see120

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see120

İlon Maskdan gələcəklə bağlı daha bir proqnoz

13 Noyabr 2025 09:20see120

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see120

Saakaşvili xəstəxanadan ÇIXDI

12 Noyabr 2025 21:23see120

Avropada “snayper turizmi”: varlılar pul ödəyib insan ovuna çıxıblarmış...

13 Noyabr 2025 08:31see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri