Sənaye parklarının rezidentləri 520 milyon manatdan çox vəsaitə qənaət ediblər
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 5 avqust, AZƏRTAC
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında fəaliyyət göstərən sahibkarlara ümumilikdə 1746 ədəd, cari ilin 6 ayında isə 144 ədəd təsdiqedici sənəd verilib.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, bu sənədlər əsasında rezidentlər sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində ümumilikdə 520 milyon manatdan çox, 2025-ci ilin I yarısında isə 14 milyon manatdan artıq şəxsi vəsaitlərinə qənaət ediblər.
Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 05 Avqust 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















