Icma.az
close
up
RU
Sənayeləşmədə yeni mərhələ...

Sənayeləşmədə yeni mərhələ...

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qeyri-neft iqtisadiyyatının aparıcı artım mənbəyi

Azərbaycanda sənayeləşmə təkcə iqtisadi siyasətin tərkib hissəsi kimi deyil, həm də uzunmüddətli dayanıqlı inkişafın təməli kimi müəyyən edilib.  Bu hədəf strategiyasına uyğun olaraq, ölkəmizdə  yeni mərhələyə daxil olmuş sənayeləşmə milli istehsalın artması ilə yanaşı, həm də onun səmərəliliyinin və rəqabət qabiliyyətinin güclənməsinə töhfə verməkdədir. Son illərdə sənaye zonalarının inkişafını təmin edən investisiya təşviqləri sayəsində müasir texnologiyaların tətbiqi, ən qabaqcıl innovasiya infrastrukturunun qurulması və ixracı stimullaşdıran güclü ekosistemlərin yaradılması geniş vüsət almaqdadır. Bu baxımdan Prezident İlham Əliyevin bugünlərdə açılışını etdiyi “AZWOOL” mineral daş yunu zavodu ölkə sənayesinin yeni qollarından biri olmaqla milli sənaye istehsalına dəyər qatacaq müəssisələrdən biri hesab edilə bilər. Qeyri-neft sənayesində və milli ixracımızda özünəməxsus yeri olan “Matanat-A” şirkətinin yeni istehsal bölməsi olan zavod inşaat materialları sektorunda potensialımızı artıracaq.

Ərazisi 10 hektar olan “AZWOOL” mineral daş yunu zavodunda ABŞ, Almaniya və Türkiyədə istehsal edilən müasir avadanlıqlar quraşdırılıb ki, bu da innovasiyayönümlü istehsalın yaradılması deməkdir. İllik istehsal gücü 1,5 milyon kubmetr mineral daş yunu olan müəssisədə məhsullar əsasən yerli xammaldan hazırlanır ki, bu da digər sənaye sahələri ilə əlaqəlini təmin etməklə, məşğulluq üçün də mühüm əhəmiyyət kəsb edir.

İnvestisiya dəyəri 43 milyon manat təşkil edən zavod tikinti sektorunda istifadə olunan, ekoloji cəhətdən təmiz mineral daş yunu istilik və səs izolyasiyasını təmin etməklə yanaşı, enerjiyə qənaətə imkan yaradır. Mineral daş yunu Azərbaycanda rəqabət üstünlüyünə malik yerli məhsullardan biridir. Ona daxili və xarici bazarda böyük tələbat var. Zavodun açılışı yerli istehsalın təşviqi, daxili bazarın tələbatının ödənilməsi və xarici bazarda Azərbaycan məhsullarının rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək. Müəssisə ölkəmizin mineral daş yununa tələbatını ödəməklə yanaşı, idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq. Həmçinin burada istehsal olunan məhsullar Gürcüstan, MDB və Yaxın Şərq ölkələrinə ixrac ediləcək.

Sənaye parkları ixracın artmasını təşviq edir

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mühüm istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafının təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü siyasət və dövlətin təşviqedici qərarları sayəsində rəqabətqabiliyyətli məhsul istehsalı, qabaqcıl texnologiyaların daha geniş tətbiq olunduğu güclü sənaye zonaları bloku formalaşıb. Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkının yaradılması, azad ərazilərdəki sənaye vektorlarının, xüsusilə də Ağdam Sənaye Parkındakı 5-dən artıq müəssisənin fəaliyyətə başlaması, həmçinin “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlərin ilk istehsal mallarının tədarükünün başlanması və digər sənaye zonalarında yeni rezidentlərin qeydə alınması ümumi sənaye potensialının yüksəlməsi və ixracının artmasında öz rolunu göstərməkdədir. Həmçinin cari ilin ortalarında fəaliyyətə başlayan “Laçın Aqro-Sənaye Parkı”ndakı “PIRSHAGHI” və “LATIFA” fabrikləri ölkəmizin sənaye zəncirinə qoşulmaqla ölkə iqtisadiyyatına reinteqrasiyanı təmin etməkdədir.

Naxçıvan və Gəncədə innovativ sənaye bloku yaradılır

Hazırda Naxçıvan Muxtar Respublikasında yaradılan Naxçıvan Sənaye Parkı ölkəmizin iqtisadi imkanlarının daha da artması, qeyri-neft sektorunun davamlı inkişafı və qeyri-neft resurslarının tam hərəkətə gətirilməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Naxçıvan Sənaye Parkının yaradılması ölkəmizin sənaye potensialının və iqtisadi gəlirlərin artmasına əlavə güc qatacaq. Bu sənaye parkı Azərbaycanın sənaye ixracına qoşulmaqla qeyri-neft sənayesinin inkişafına da mühüm töhfələr verəcək.

Eləcə də “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) törəmə şirkəti olan “AzerBlast” MMC tərəfindən Gəncə şəhərində ölkəmizdə ilk dəfə olaraq sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun inşası davam etdirilməkdədir. Ümumi sahəsi 5 min 665 kvadratmetr olan istehsal müəssisəsi regionların sosial-iqtisadi inkişafına dair dövlət siyasətinə uyğun olaraq Kəpəz rayonunda, 15 hektar ərazidə inşa edilir. İllik istehsal gücü 31 min ton həcmində qiymətləndirilən zavodun inşasının cari ilin sonunadək tamamlanaraq istifadəyə verilməsi nəzərdə tutulub. Müasir istehsalat texnologiyaları əsasında qurulan müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri “H-ANFO”, “ANFO”nun istehsalı həyata keçiriləcək.

10 ayda 52 milyard manatdan çox sənaye məhsulu istehsal olunub

Ümumilikdə, respublikamızda fəaliyyət göstərən 9 sənaye parkının potensialının artması qeyri-neft sənayesinin inkişafını təmin etməklə, bu sektorun əsas əlavə dəyəri formalaşdıran fiskal  sahə olduğunu göstərir. Bu ardıcıl xarakter daşıyan sənayeləşmə strategiyasının nəticəsidir ki, sənayenin ÜDM-də və qeyri-neft ixracında payı yüksəlir. Son 5 ildə Azərbaycanın sənaye zonalarına 750 milyon manatdan çox investisiya yatırılıb, 12 milyard manatlıq məhsul satışı həyata keçirilib və 4 milyard manatdan çox sənaye məhsulu ixrac edilib. Sənaye zonalarında istehsal edilən məhsullar 50-dən artıq ölkəyə ixrac olunur.

2025-ci ilin yanvar-oktyabr aylarında ölkəmizdə 52,6 milyard manat həcmində sənaye məhsulu istehsal olunub ki, əlavə dəyərin əsas hissəsi qeyri-neft sənaye sektorunda yaradılıb. Qeyri neft-qaz sənayesində dəyər 4,9 faiz artmaqla, sənayeləşmənin əsas strukturlarının qeyri-neft sütunları üzərində inkişaf etdiyini təsdiqləyir.

Sənaye sahəsinin inkişafı prioritetdir

“Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində sənayenin inkişafı prioritet olaraq müəyyənləşdirilib. Dövlət sənaye sahəsinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında aktiv iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Sənədə əsasən, qeyri-neft-qaz sənayesi hər il orta hesabla 8,4 faiz artacaq, sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15 faiz, ixracda payı isə 25 faiz olacaq.

Dövlətin institusional, iqtisadi və stimullaşdırıcı dəstəyi isə Azərbaycanın yeni sənaye transformasiyasına keçidi sürətləndirməklə, qabaqcıl texnologiyalar və təcrübə mübadiləsinə imkan verən qlobal dəyər zəncirinə inteqrasiyasını təmin edəcək. Bu, öz növbəsində qeyri-neft iqtisadiyyatının aparıcı artım mənbəyi kimi sənayenin aparıcı mövqeyini daha da möhkəmləndirəcək.

ELBRUS CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Noyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see533

Bakıda biznesmenə qarşı 185 minlik DƏLƏDUZLUQ: 12 il sonra HƏBS OLUNDU

29 Avqust 2026 15:33see325

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see299

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see286

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see277

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see270

Süni intellekt bumu dünya iqtisadiyyatını ayaqda saxlayır WSJ

29 Avqust 2026 11:23see267

Kökü qədim, gələcəyi parlaq: Türk dünyasının iki bədəndə bir can

29 Avqust 2026 15:21see264

ABŞ da mədəaltı vəzi xərçənginə qarşı inqilabi dərman təsdiqlənib

29 Avqust 2026 11:26see262

Qazaxıstan və Özbəkistanda Azərbaycanın turizm təqdimatı

29 Avqust 2026 16:03see254

Neft kəşfiyyatçılarımızın “Üstyurt” axtarışları

29 Avqust 2026 16:05see241

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see240

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see237

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see234

7 ayda qeyri neft ixracı 18,3 faiz artıb

29 Avqust 2026 16:03see232

ABB xarici maliyyə bazarlarında mövqeyini gücləndirir

29 Avqust 2026 13:39see231

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see229

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see227

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see214

İqtisadiyyat İnstitutunun baş direktoru Gürcüstanda beynəlxalq elmi konfransda çıxış edib

29 Avqust 2026 14:37see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri