Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sənə baxan gözlərim,

Yoluna baxır indi...

Köksümdə xatirələr,

Elə darıxır indi...

Əllərindən ayrılan,

Əllərim yetim qalıb..

Nəfəsin toxunmayan,

Tellərim yetim qalıb...

Zəng etmirsən, telefon

Əlimdə can üstədi..

Sənsiz duyğularım da,

Hisslərim də xəstədi...

Ən xoş keçən gün belə,

Sənsiz adi gün olub...

Sən gedəndən xəyalım,

Arxanca sürgün olub...

Tapa bilmirəm indi,

Özümü itirmişəm...

Sənə söyləmədiyim,

Sözümü itirmişəm...

Sənlə keçən günlərim,

Şirin yuxuya dönüb...

Gedişin ürəyimdə,

Dərdə, ağrıya dönüb...

Bir qurtum da su keçmir,

Boğazımdan biləsən...

Sən sinəmi göynədən,

Görən hansı naləsən...

Sənə bir yol əlvida,

Deməyə dilim gəlmir...

Nə sən gəlirsən, nə də,

Bir dəli ölüm gəlmir...

Sən yaralı pərvanə,

Mən indi tənha şamam...

Eh..,ayrılıq ömrümü,

Yedi qurtardı tamam...

Niyə əhdimizə de,

Axı doğru olmadıq..,

Birimiz od olsaq da,

Birimiz su olmadıq...

Sənə baxan gözlərim,

Yoluna baxır indi..,

Köksümdə xatirələr,

Elə darıxır indi...

***

Necə keçdi bilmirəm,

Ömür, qırxa çatmışam...

O suları quruyan,

Köhnə arxa çatmışam...

Keçdiyim hər cığırdan,

Bir xatirə dərmişəm...

Üşüyər deyə üstə,

Ürəyimi sərmişəm...

Baxıram hərəsində,

Bir az məndən qalıbdı...

Sevə-sevə çəkdiyim,

Dərddən, qəmdən qalıbdı...

Ocaq bilirdim, ömür,

Bir ağac misalıymış...

Bir az da öz-özüylə,

Bir savaş misalıymış...

Nə ağlı, nə ürəyi,

Nə ruhu saymayır o...

Sönən qaynar gəncliyin,

Külüylə oynayır o...

Canı sağ olmuş elə,

Eh, nəyə köklənibdi...

Adını bilmədiyim,

Nəğməyə köklənibdi...

Günlər aylara döndü,

Aylar da ki, illərə...

Dən də düşdü xəbərsiz..,

Eh, bu zülmət tellərə...

Güvəndiyim dağlara,

Yağan qar da əridi...

İndi sanki ürəyim,

Ayrılıq şəhəridi...

Yolum üstə bitən o,

Güllər tər qalmayıbdı...

Sevgi dolu günlərdən,

Bir əsər qalmayıbdı...

İndi daha yaşamaq,

Yanmaq deyil, sönməkdi...

Bu ölümdən dönməyib,

Sevgidənmi dönməkdi..?

Suallarla üz-üzə,

Cavablarla baş-başa...

Söyləyirəm özümə,

Şair, birtəhər yaşa...

Nə yaxşı ki yenə də...,

Bəxtin üzü bəridi...

Arzularım ölsə də,

Ümidlərim diridi...

***

Adını nə qoyum sənin,

Təzə dərdim, təzə dərdim...

Gəlməyəsən heç bir zaman,

Gözə dərdim, gözə dərdim...

Sualsanmı, cavabsanmı,

Günahsanmı, savabsanmı..

Gözlədiyim əzabsanmı,

Bat sinəmə nizə dərdim...

Ruhuma çök, fikrimə bax,

Damla-damla könlümə ax..

Oxu məni varaq-varaq..

Çək yaramı közə, dərdim...

Sənə qəza, qədər deyim,

Xeyir yoxsa, de, şər deyim..

Səni necə gətirməyim,

Sözə dərdim, sözə dərdim...

Əzizləyim beşikdəmi,

Evdəmi ya eşikdəmi..

Söylə qalım keşikdəmi,

Sənə əsə-əsə, dərdim...

Utanma, su-çörək verim,

Arzu verim, dilək verim..

Bəlkə ürək-dirək verim,

Narahatsan.. nəsə, dərdim...

Baxma ömür-gün başqadı,

Çəkdiyim zülüm başqadı...

Yaşamağın budur adı..

Anla məni kəsə, dərdim...

Qaraçaylı, bu mən, bu sən,

İnanarsan, söylə, desəm..?

Yazdığım ən son nəğməsən,

Gözəl dərdim, gözəl dərdim...

***

Həyat adlı bu qəfəsdə,

Açılmayır hər dan, ömür...

Aldığımız bu nəfəs də,

Yalan imiş, yalan, ömür...

Bəhanəymiş hər doğru da,

Hər sual da, hər sorğu da..

Canımızdakı ağrı da...

Qalan imiş, qalan, ömür...

Sorma hansı aləmdi bu..

Borcdu yoxsa, sələmdi bu...

Qızıl deyil ki, qəmdi bu..,

Kimdir bizdən alan, ömür...

Doğru Allah, düz,-Allahdı,

Ocaq Allah, köz,- Allahdı..

Ən qiymətli söz,-Allahdı...

Allah, Allah... balam ömür...

Qoşqar Qaraçaylı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyul 2026 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri