Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

SOL AĞRI

Geyinmişəm əynimə

Ayrılığın biçdiyi

Dərdlərin ən yekəsin.

Yolların bağrın yaran

Səfil kimi gəzirəm

Bu milyonlar ölkəsin.

* * *

İndi mənim ruhumu

Oxşamır o mahnılar,

Oxşamır o nəğmələr.

İndi mənə dağ çəkir

Ruhuma göndərdiyin

Eşq ətirli kəlmələr.

* * *

O xoş günlər vardı ha,

Hamısı bircə-bircə

Silinib yaddaşımdan.

İndi də qucaq-qucaq

Kədər yağır içimdən,

Qəm tökülür başımdan.

* * *

Bu yarımcan ürəyə

Ağırlıq eyləyirsən,

Birdəfəlik yığış, get.

Sol tərəfim yıxılıb,

Sol yanım viran qalıb,

O yandadır çıxış, get.

* * *

Gedəndə elə get ki,

Gedişini görməyim,

Addımın səs salmasın.

Ağlını da götür, get,

Apar onu özünlə,

Ağlın məndə qalmasın.

BUZ QADIN

Ayağı büdrədi xəyallarımın,

Rəngli yuxularım qəfil dağıldı.

Günəşlə ulduzum heç barışmadı,

Bütün fəsillərim soyuqda qaldı.

* * *

Odlu baxışını yan et gözümdən,

Buz dağın əridib qaynadacaqsan.

Sevgi havasına kar idi ruhum,

Sən onu yerindən oynadacaqsan.

* * *

Şeirim asılacaq bir kor ümiddən,

Yarımcan ağrılar çıxacaq üzə.

Yanında min illik hörmətim vardı,

Abrımı tökəcək hissim kağıza...

* * *

Bir ağrı hayqırır sol tərəfimdə,

Ağlım hisslərimə baş əyir indi.

Mənim ürəyimdə doğulan şeir

Sənin nəfəsində yaşayır indi.

* * *

Mən buz qadınıyam şimal

qütbünün,

Alova ögeyəm, atəşə yadam.

Belə isti-isti şeir yaşatma,

Səsində əriyib itirəm, adam...

SƏKKİZ DƏQİQƏ

Atasan qürurunu, keçəsən

inadından,

İncik olduğunu da çıxarasan

yadından,

Boylanıb ümidlərin gündoğan

tərəfinə

Ona məktub yazasan bu gecə

öz adından.

* * *

Yazasan ki, susaraq həsrətimə alışma,

Gedişimə üsyan et, unutmağa çalışma,

Aş bütün əngəlləri, sərhədləri

qırıb tök,

Aramıza sədd çəkən ayrılıqla barışma.

* * *

Yazasan ki, bir addım məsafədə

dayanma,

Vüsal uzaq olsa da, çox yaxındır yol amma.

Hər dönüş bir ümiddir, hər ümid bir başlanğıc,

Ömür gözləmək üçün çox qısadır,

yubanma .

* * *

Yazasan, tənhalığın ağrısı da

səngimir,

Sənsiz şeirlərim də dəyişib

ahəngini,

Ürəyim qəm bağlayıb adını

söyləməkdən,

Gözlərim yuyulmaqdan itirib öz

rəngini.

* * *

Yazasan ki, bilmirsən,

yoxluğuna əsirəm,

Səndən incimirəm e, mən

özümdən küsürəm.

Acığımı çıxıram sən sevdiyin

hər şeydən -

Dodağımı yeyirəm, saçlarımı

kəsirəm.

* * *

Yazasan ki, getməklə öz evimi

yıxmışam,

Sonra giley edəsən: Nə tez

yaddan çıxmışam...

Göz yaşın ləkə sala yazdığın

sətirlərə,

Kağızın sol küncünə yazasan:

darıxmışam...

* * *

Yazasan ki, sənin də qəlbinə

qəm yığılsa,

Gecələrin qoynunda ruhun qəfil

sıxılsa,

Desən ki, “darıxıram, qurban olum,

qayıt, gəl”,

Allah haqqı, gələrəm, lap

dünya da dağılsa...

* * *

Ya da dəli şeytanın dediyinə

uyasan,

Səhərlərin birində qapısını

döyəsən.

Səkkizcə dəqiqəyə sığdırıb

hisslərini,

Bir şeir oxuyasan,

“gəl barışaq” deyəsən...

Sevil Gülnur

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
16 Noyabr 2024 09:09
seeBaxış sayı:180
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Aprel 2025 08:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri