Icma.az
close
up
RU
Şənbə üçün nəzm

Şənbə üçün nəzm

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Ağlıma gəlməyən başıma gəldi.

Bəlkə biz bu işə bir əlac qılaq?

Görüşüb ayrılmaq xoşuma gəldi,

Gəl yenə görüşək, yenə ayrılaq...

Gəl yenə görüşək, bir sevgi istə,

Saxta gülüşlərlə, saxta baxışla,

Yenə də adi bir səhvimin üstə,

De ki, mən gedirəm, məni bağışla...

Mən də razılaşım, susum - lal kimi,

İzləsin qəm dolu baxışım səni.

Cavabı olmayan bir sual kimi,

Gələndən, gedəndən soruşum səni...

Kaş mənim yanımda qalaydın, ya da,

Nə bilim, başqa bir yolu seçəydin...

Ürəyin belə çox yanırdısa da,

Aramızdan keçən suyu içəydin...

***

Deyirlər, sən artıq çox dəyişmisən...

Əvvəlki adamdan əsər də yoxdur.

Deyirlər, tanınmaz hala düşmüsən,

Hardasan, necəsən, xəbər də yoxdur!

Deyirlər, küsmüsən bəxtə, qismətə,

Qırışıb üz-gözün, ağarıb saçın,

Nəinki sevgiyə, saf məhəbbətə,

Bircə xoş sözə də var ehtiyacın...

Deyirlər, hər səhər əlin əsərək,

Köhnə bir şəkli öpüb gülürsən,

Ayağın tutulub qoca qarıtək,

Divardan yapışıb gəzə bilirsən...

Deyirlər, bir sənsən, bir də boş otaq,

Təkliyə qapılıb fikirləşirsən,

Kiminsə adını sayıqlayaraq,

Özündən çıxırsan, əsəbiləşirsən...

Deyirlər, ilk görüş yerindən hər gün,

Boş oturacağa baxıb keçirsən

Gözünün yaşını gizlətmək üçün,

Əlini üzünə sıxıb keçirsən...

Deyirlər, yalandan gülürsən üzdə,

Ürəyin kədərə bürünür yenə,

Hər gecə qaranlıq həyətinizdə,

Bir kişi kölgəsi görünür yenə...

***

Yoxluğun çətindir mənə əzizim.

Bəlkə qayıdasan...? Düşün dərindən.

Bir məktub yazıram sənə, əzizim,

Ayrılıq gününün ilk səhərindən.

Bu evdə hələ də var ayaq izin,

Otaqdan-otağa aparır məni.

Daraqda saçların, güzgüdə üzün,

Mən necə bir yerə toplayım səni?

Ümidim əriyir daha get-gedə,

Qəlbimin küncünə qısılıb qalıb.

Sənin ən sevdiyin köynəyimdə də,

Saçının bir teli asılıb qalıb...

Gözüm bir nöqtəyə baxır anbaan,

Diqqət et, gör hardan-hara gəlmisən?

Ən uzun cümləyə sığmayan adam -

Kiçik bir nöqtəyə sığa bilmisən...

Gedənə ağlamaq qəribə işdir.

Gülümsə, gələndə... Ağla, gedəndə...

Səndən də heç gözüm su içməmişdi,

Bu qədər göz yaşı hardandı məndə?

***

Yuxumu gözümdən oğurlayan qız,

Ağ günə çıxdımı qara gözlərin?

Elə ağladım ki, arxanca sənin,

Yuyuldu yollardan ayaq izlərin...

Daha tükənmişəm, daha bitmişəm,

Sənin nə vecinə rahat yatırsan...

Mən sənə haqqımı halal etmişəm,

Sən niyə yuxuma haram qatırsan?

Qayıtmaz o günlər, bilirəm indi.

Qoyardın başını, sinəmə hərdən.

Gecəni ikiyə bölürəm indi,

O yanında sən yat, bu yanında mən...

Xəzər Süleymanlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:183
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyul 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri