Icma.az
close
up
RU
Şənbə üçün NƏZM

Şənbə üçün NƏZM

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Tək bayraq dalğalanır,

Dayanıbdır yüksəkdə.

Təkbaşına dolanır

Ətrafında külək də.

Zirvənin bəzəyidir

Bu bayrağın üç rəngi.

Möhtəşəmlik rəmzidir

Bu qürurlu ahəngi.

Yaşılında dirilik,

Qırmızısında qan var.

Göyündə göylər qədər

Böyük bir asiman var.

O, böyük bir millətin

Azadlıq nəfəsidir.

Sancıldığı hər zirvə,

Öz xalqının səsidir.

Baş qoyub, and içməyə,

O, Qurana tən gəlir.

Tək bayrağın ardınca,

Bu Ana Vətən gəlir.

***

Mən xəstə adamam, ozan,

Gəl aldatma, doğrunu çal.

Simləri çək, aha köklə,

Al qopuzu, ağrını çal.

Görürsən, Haray quşuyam,

Bir ağacda budağım var.

Üz tutmuşam göyə sarı,

Yer altında otağım var.

Sən çal ki, bir də oxuyum,

Səsim də başıma düşsün.

Bütün ömrümün avazı,

Sinəmin daşına düşsün.

Çal, elə yandır ki, məni,

Közə düşüm, külə dönüm.

Bir daşı da dilləndirim,

Gözəl bir şəkilə dönüm.

Azan deyim, səsim uçsun,

Bu yerdən ötənə gedim.

Son nəfəsi ala bilib,

Sağ olan Vətənə gedim.

Mən xəstə adamam, ozan,

Bu çatlayan bağrımı çal.

Simləri çək, aha köklə,

Al qopuzu, ağrımı çal.

***

Bir az gecə düşür günün üzünə,

Bir az günəş qonur pəncərəmizə.

Bir az dirilən var, bir az da ölən,

Bir az duman çökür gözlərimizə.

Bir az küləkləri yola salırıq,

Bir az yağış yağır qərib nəfəsdə.

Bir az özümüzə səsimiz çatır,

Bir az quruyan var ayağı üstə.

Bir az quşlar belə nəğmə oxuyur,

Bir az bacalarda tüstü yorulur.

Bir az qapıların zəngi çalınır,

Bir az ömrümüzə oyun qurulur.

Bir az dünyamız da yazıya gəlir,

Bir az gəzən olur səhifəmizdə.

Bir az ruhumuzu köçürmək üçün,

Bir az düyün düşür əllərimiz də...

***

Çox şey istəmirik ki...

Bir az əmin-amanlıq...

Adamlardan adamlıq...

Diriləcək insanlıq...

Çox şey istəmirik ki...

Çox şey istəmirik ki...

Göz görəsi uzaqlıq...

Əllər çatan yasaqlıq...

Bir azca da azadlıq...

Çox şey istəmirik ki...

Çox şey istəmirik ki...

Sığal çəkən havalar...

Rahat olan yuvalar...

Bitə bilən davalar...

Çox şey istəmirik ki...

Çox şey istəmirik ki...

Ürəyimizə təpər...

Kədərimizə çəpər...

Açıla bilən səhər...

Çox şey istəmirik ki...

Çox şey istəmirik ki...

Yaşamaq üçün həvəs...

Dolanmaq üçün nəfəs...

Səslərə səs verən səs...

Çox şey istəmirik ki...

Çox şey istəmirik ki...

Ölümü dayandırmaq...

Haqsızlığı yandırmaq...

Ruhları oyandırmaq...

Çox şey istəmirik ki...

***

Bu ayın bu günündə açan səhər üşüyür,

Suyun içində batan bizim şəhər üşüyür.

Ağaclar torpaq üstə, damcılar yarpaq üstə,

Kəlmələr dodaq üstə, qərib əllər üşüyür.

Göyün üstündə duman, həyat gözündə güman,

Vaxtın üzündə zaman, qaçan sellər üşüyür.

Yalan içində gerçək, sözünü udan külək,

Hardasa bir kəpənək qonan güllər üşüyür.

Varlığa qəliblənən, sevgiyə ümidlənən,

Adına kilidlənən yetim dillər üşüyür.

Bu soyuq havalarda, hamıdan uzaqlarda,

Titrəyən yuvalarda ötən illər üşüyür.

Xanım İsmayılqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
Şənbə üçün nəzm
12 Aprel 2025 08:13
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Dekabr 2024 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri