Şənbə üçün NƏZM
Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Bu qədər bəs deyilsə,
bir qədər də sərt darıx.
Mən də çıxıb gedirəm
gedirəm, qürbət, darıx.
Tək görüb də batan dərd,
məni bura atan dərd...
Üzüqoylu yatan dərd,
başını tərpət, darıx.
Gəlmişik ikimiz bir,
dərdimiz, yükümüz bir.
Darıxdıq ikimiz bir,
bir az da xəlvət darıx.
***
Bir cib sıxıntı, bir ürək darıxmaq
Uzaq düşəsən qəfil qohumundan, yadından,
xəbər tutmaya kimsə olduğun ünvanından.
Qeybə çəkildiyini sənin öz qadınından
bir başqa kəs duymaya, danışanın olmaya
öldürəsən özünü, qarışanın olmaya...
Daraya saçlarını yuxuna canı yanmış,
sənə təsəlli verə bu həyatdan usanmış.
Ölüb qalasan elə yer üstündə uzanmış,
boş yerə gözün sıxan, ağlaşanın olmaya,
sonra da adam-adam soruşanın olmaya...
İnsafsızca darıxıb sıxılasan en qədər,
namərdcə düşünən də darıxa səndən betər.
Gedəsən qapısına, getdiyin ola hədər,
çıxıb sənlə gözbəgöz baxışanın olmaya,
gəzəsən küslü-küslü barışanın olmaya...
Qovmaya bir pişiyi küçənin azğın iti,
oyatmaya süd satan səni səhərlər qəti.
Ömür də çox olmaya, ola lap müvəqqəti,
nə əlli, nə altmış - çox da yaşın olmaya,
yatasan torpaq altda, qəbir daşın olmaya.
Ruzbeh Məmməd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 21 Dekabr 2024 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















