Icma.az
close
up
RU
Səndən doğma bir dil varmı bu dünyada?…

Səndən doğma bir dil varmı bu dünyada?…

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göz açıram dünyaya mən: bura hara? Azərbaycan. Layla çalır başım üstə müqəddəs bir varlıq olan anam mənim, layla çalır ana dilim. Yuxularım yoğrulur bu şirin dildən. Bədənimə dolur bənzərsiz bir sevgi, istək ana dildə: “ Laylay dedim yatasan sən, şirin yuxu tapasan sən…”

Günlər keçir… Ana dilim hopmuş sözlər mənə duyğu, qanad verir. Böyüyürəm, ana dilim yavaş-yavaş öz dilimdə səslənir, bax: “A” deyirəm, sonra da ki, “N” deyirəm. Anam bir gün sevincindən şaşıb qalır: balam “ana” söyləyir ki! Sonra isə yavaş-yavaş danışıram, Azərbaycan deyirəm, ana dilim Azərbaycan dilində.

Aylar keçir… Ana dildən ilham alıb, qol-qanad açıram mən, böyüyürəm, oynayıram, uşaqları çağırıram ana dildə. Söhbətləşib, gəzişirik şirin dildə. Bir-birimizi başa düşür, hiss edirik ana dildə.

İllər keçir… Boya-başa çatmışam mən. Altı yaşlı bir fidana varmışam mən. Budur, bu gün bir Azərbaycan məktəblisi olmuşam mən. Yollanıram sevinclə mən, təlaşla mən, ana dildə daha nələr öyrənməyə… Günlər keçir… Evdə anam, məktəbdə müəllim əllərimdən tutur mənim. Bax, bu nədir, bu gün mənə verdi müəllim? “Əlifba”dır. İlk hərfi öyrənirik. O, “A”-dır, ana dilim Azərbaycan, doğma Vətən Azərbaycan bu hərflə başlayır ki! Günlər keçir, aylar ötür… Ana dildə “A”-dan “Z”-yə “Əlifba”nın hərflərin öyrənirəm. Ana dildə nağıllar, hekayələr, rəvayətlər oxuyuram. Çoxlu şeir, nəğmələr də öyrənirəm. Azərbaycan-odlar yurdum, göz bəbəyim, ürək param söyləyirəm. Ana dildə “Əlifba”dan gör bir nələr öyrənirəm?

İllər ötür, ana dilim-doğma dilim, şirin dilim, bağlanıram bir qırılmaz tel ilə mən, sənə dilim. Çünki hər kəslə bu dildə dil tapıram. Ana, ata məhəbbətin mən bu dillə qazanıram. Dost tapıram ana dildə, ürək açıb, sirr verirəm ana dildə. Oxuyuram, sual verib, cavab alıb, elmləri əxz edirəm ana dildə, böyüyürəm şirin dildə.

Azərbaycan- ana dilim, indi varlığıma hakimsən. Sənlə yoğrulan bədənin sənlə ötən illərisən. Bu illərdə ana dilim-şirin dilim, gör, mənə nələr öyrətmisən?…Dərk edərək həyatı mən yetkinləşdiyim andan səndən qeyri özüm üçün heç bir həmdəm tanımıram. Anam mənim, Azərbaycan, doğma Vətən, Azərbaycan, şirin dilim, Azərbaycan. Sənlə qürur duyuram mən. Sənə bağlı olduğumçün səndən ayrı yaşamağı heç bir zaman sanmıram mən. Buna görə ana dilim, doğransam da dilim-dilim, başqa dilə dönən deyil. Şirin laylanla oxşayıb böyütdün axı bizləri sən. Bundan sonra haqqım nədir səndən qeyri bir dilə mən dönüb baxam. Yəni səndən şirin, səndən doğma bir dil varmı bu dünyada?…

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see343

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see334

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see325

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see316

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see311

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see303

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see297

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see286

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see279

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see275

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see252

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see235

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see232

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see223

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see220

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see215

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see198

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see188

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see182

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri