Icma.az
close
up
RU
Səndən tez köçsəm, mənsiz bu dünyada qalma

Səndən tez köçsəm, mənsiz bu dünyada qalma

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar artist Aybəniz Haşımova anası ilə bağlı paylaşım edib.

Axşam.az xəbər verir ki, müğənni anasının doğum günü olduğunu yazaraq, bunları vurğulayıb:

"Anamın beşinci övladıyam. Amma taleyim elə yazıldı ki, təkcə övlad olmadım… Dost oldum, qardaş oldum, sirdaş oldum, bəzən ata oldum, bəzən ana. Bu missiyanın adını bilmirəm, amma illər keçdikcə anladım ki, bu çox ağır, məsuliyyətli və çətindir. Mənim uşaqlığım olmadı… Uşaq yaşımda böyüdüm, vaxtından tez yaşlandım. Çünki qayğıyla böyüyən insan uşaq qala bilmir. Yenə də şükür edirəm. Şükür edirəm ki, anama, atama, ailəmə dayaq oldum. Bu gün də eləyəm. Və heç vaxt “kaş başqa cür olardı” demədim. Əksinə, yaxşı ki, belə böyüdüm. Bu gün alnım açıq deyə bilirəm: mən yaxşı övlad, yaxşı qardaş oldum ata-anama. Çünki yaxşı qardaş ailənin dayağı olar. Mən belə böyüdüm - baxmayaraq ki, qız övladı idim.

Heç vaxt elə bir övlad olmadım ki, anamın halından xəbərsiz öz rahatımı düşünüm. Mənim üçün həmişə əvvəl anam, atam oldu, sonra öz ocağım. Anamın evində çay qaynamırsa, mənim fincanım dolu ola bilməz... Bu gün səni necə təbrik edim, bilmirəm. Bacın, qardaşın,atan-anan, xalan, dayın, əmin kimi hansını desəm ürəyincə olar, Qumru ana? Yoxsa, atamın dili ilə səni təbrik edim: Ayka mama cox ģözəl idi,ģəncliyində. Onu bir biləsiniz necə sevirdim. Səsimlə səni təbrik edim "Canım Anam". Doğum günün mübarək.

Amma bir istəyim var səndən: birdən bu dünyanı səndən öncə tərk edərəm. Mənsiz bu dünyada qalma. Çünki gözüm arxada qalar. Ay mənim ərköyün qızım, səni çox sevirəm, ay mənim segah avazlı mələyim".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:183
embedMənbə:https://axsam.az
archiveBu xəbər 11 Yanvar 2026 21:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see362

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see358

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see339

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see338

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see336

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see310

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see308

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see308

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see299

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see294

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see294

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see289

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavininin dəbdəbəli məclisi

14 Sentyabr 2026 01:21see285

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see277

Yanacaq bahalığı Macarıstana da çatdı...

14 Sentyabr 2026 02:03see254

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see240

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see231

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see229

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see201

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri