Sənədsiz evlər məsələsi yenidən gündəmə gətirilir
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
“Özbaşına tikilmiş fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı normativ bazanın hazırlanması vacibdir”.
"Cebheinfo.az" xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Bildirilib ki, mənzil hüququnun təmini istiqamətində atılacaq mühüm addımlardan biri də sənədsiz yaşayış sahələrinin sənədləşdirilməsi ilə bağlıdır. Çoxmərtəbəli binalarda yerləşən mənzillərin sənədləşdirilməsi üçün hüquqi baza olsa da, özbaşına tikilmiş fərdi yaşayış evlərinin rəsmiləşdirilməsi mexanizmi hələ də mövcud deyil. Bu isə həmin tikililərdə yaşayan şəxslərin mənzillərindən istifadə və sərəncam hüququnu, habelə digər əlaqəli hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 03 Mart 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















