Icma.az
close
up
RU
Sənədsiz evlərin aqibəti ilə bağlı komitə sədrindən MÜHÜM AÇIQLAMA

Sənədsiz evlərin aqibəti ilə bağlı komitə sədrindən MÜHÜM AÇIQLAMA

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Yanvarın 29-da yerli özünü idarəetmə orqanlarına - bələdiyyələrə seçkilər keçirildi. Nəzərə alaq ki, bu dəfə bələdiyyələrin sayı xeyli az idi. Bu da bələdiyyələrin fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır.
 

MÖVZU İLƏ BAĞLI:
Sənədsiz ev sahiblərinə ŞAD XƏBƏR


Mütəxəssislər hesab edir ki, bələdiyyələrin nüfuzunun artmasında mühüm addımlardan biri də vaxtilə bələdiyyələr tərəfindən vətəndaşlara satılan və bu günə qədər dövlət qeydiyyatına alınmayan torpaqların de-yure tanınmasıdır.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, bu gün dövlət hər bir məsələyə həssaslıqla yanaşır:
“Azərbaycan Prezidenti bütün çıxışlarında deyir ki, insanlara qayğı, diqqət bizim başlıca vəzifəmizdir. Bu vəzifəni ölkə başçısı dövlət məmurlarının da qarşısında qoyur. Bu günki reallıq odur ki, Prezident qarşıya qoyduğu vəzifəyə 100 faiz əməl edir. Lakin bəzi məsələlərə görə insanları ayrı-ayrı qurumlardan və məmurlardan narazı qalır.
Narazılıq yaradan məsələlərdən biri də sənədsiz evlərin sənədləşdirilməsinin ilbəil uzadılmasıdır. Təsadüfi deyil ki, bu məsələ ilə bağlı mən və digər həmkarlarım dəfələrlər parlamentdə məsələ qaldırıb”.
Bu problem həm də bələdiyyələrin nüfuz məsələsidir
Müsahibimiz qeyd edib ki, son zamanlar bələdiyyələrin funksionallığını artırmaq üçün bəzi addımlar atılıb:
“Məqsəd odur ki, bələdiyyələrin cəmiyyətdə nüfuzu artsın və ictimai- sosial həyatımızda yerli özünü idarəetmə qurumlarının yeri görünsün. Hesab edirəm ki, bələdiyyələrə inamın artırılmasında mühüm addımlardan biri sənədsiz evlərin dövlət reyestrinə alınmasıdır. Çünki həmin evlərin xeyli hissəsi bələdiyyələrin qərarları ilə inşa edilib.

Vətəndaş həmin torpaq üçün bələdiyyələrlə alqı-satqı edib. Ola bilsin ki, sənədləşdirmədə hansısa məqam düzgün aparılmayıb. Amma bu vətəndaşın günahı deyil. Vətəndaş pul verib torpaq alıb. Ona görə də həmin vətəndaşların əmlak hüququ tanınmalıdır”.
İstisnalar olmalıdır
Komitə sədri vurğulayıb ki,  bu məsələdə kommunikasiya xətlərinin üstündə, yüksək gərginlikli elektrik xətlərinin altında, palçıq vulkanları ərazisində tikilən evlərə münasibət fərqli olmalıdır:

“Belə torpaqlar dövlət qeydiyyatına alınmasa da onlara alternativlər təklif edilməlidir. Onlara alternativ variantlar - yeni torpaq sahəsi və yaxud hansısa formada kompensasiya təklif olunmalıdır. Çünki bu çox ciddi problemdir. Problemi uzatmaqla biz ancaq vaxt itiririk. Bu məsələdə təkcə vətəndaş yox, həm bələdiyyə, həm də dövlət itirir. Ona görə də ölkə başçısının sənədsiz evlərlə bağlı sərəncamı nə qədər tez icra olunsa, bir o qədər yaxşı olar”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Fevral 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri