Sənədsiz evlərlə bağlı komitə üzvündən SEVİNDİRİCİ AÇIQLAMA
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Tikinti üçün torpaq sənədi olsa da, kadastr məlumatlarındakı ziddiyyətlərə görə çıxarış ala bilməyən vətəndaşlar üçün problem aradan qaldırılır.
BAKU.WS xəbər verir ki, yeni mexanizmə əsasən, müraciətdən sonra ən geci 15 iş günü ərzində əmlakın qeydiyyatı və çıxarışın verilməsi mümkün olacaq.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov BAKU.WS-ə bildirib ki, müvafiq dövlət qurumu təqdim olunan məlumatların dəqiqləşdirilməsi üçün digər qurumlara, o cümlədən arxiv idarələrinə elektron sorğu göndərəcək:
"Sorğulara 15 iş günü müddətində cavab veriləcək. Əgər vətəndaşın təqdim etdiyi məlumatlar təsdiqlənərsə, imtina qərarı verilməyəcək və əmlakın dövlət qeydiyyatına alınması təmin olunacaq.
Bu addım mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Mərhələli şəkildə 400 mindən çox fərdi yaşayış evinin qeydiyyata alınaraq çıxarışla təmin edilməsi planlaşdırılır.
Qeyd edək ki, Bakı və ətraf ərazilərdə sənədsiz evlərin sayı 500 mini ötür. İlkin qiymətləndirməyə görə, onlardan təxminən 70 mini təhlükəli zonalarda – neft buruqları, iri nəqliyyat qovşaqları və yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yerləşir. Bu kateqoriyaya daxil olan tikililərlə bağlı ayrıca hüquqi tənzimləmə sənədinin qəbul olunacağı gözlənilir.
Birinci mərhələdə təhlükəli ərazilərdə yerləşməyən, əsasən həyət evlərinin qeydiyyata alınması ilə bağlı konsepsiya təsdiqlənəcək. Sənəd imzalandıqdan sonra təkcə Bakı və ətrafında 100 mindən çox evin rəsmiləşdirilməsi mümkün olacaq".
Məlumat üçün bildirək ki, ilkin mərhələdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş və təsdiqedici sənədləri olan tikililərə üstünlük veriləcək.
Orxan Hüseyn
Baxış sayı:111
Bu xəbər 20 Fevral 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















