Icma.az
close
up
RU
Sənət və ədəbiyyatın harmoniyasını nümayiş etdirən sərgi Səttarın Füzulisi VİDEO AZƏRTAC

Sənət və ədəbiyyatın harmoniyasını nümayiş etdirən sərgi Səttarın Füzulisi VİDEO AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 dekabr, AZƏRTAC

Dekabrın 11-də Səttar Bəhlulzadənin ev-muzeyində “Səttarın Füzulisi” adlı sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycanın Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 115 və dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr edilib.

Sərgidə Səttar Bəhlulzadənin Füzulinin şeir dünyasından ilhamlanaraq yaratdığı və şairin poetik irsini rənglər və formalar vasitəsilə ifadə etdiyi əsərlər nümayiş olunub.

Tədbirdə çıxış edən muzeyin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova Xalq rəssamı Səttar Bəhlulzadənin yaradıcılığı barədə ətraflı məlumat verib. O, çıxışında Səttar Bəhlulzadənin dahi şair Məhəmməd Füzuliyə və onun ölməz əsəri “Leyli və Məcnun” poemasının baş qəhrəmanlarına həsr olunmuş əsərlərindən danışıb.

Muzeyin direktoru sərginin yaranma ideyası barədə də söz açıb. O, həmçinin müəllifi olduğu “Səttarın Füzulisi” adlı kataloqun ilk nüsxəsini tədbir iştirakçılarına təqdim edib.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında Səttar Bəhlulzadənin yaradıcılığının Azərbaycan mədəniyyətində tutduğu xüsusi yeri və rolu vurğulayaraq onun sənət dünyasına gətirdiyi yeniliklərdən danışıb. Qeyd edib ki, Səttar Bəhlulzadə milli təsviri sənətimizin inkişafında əvəzsiz rol oynayıb və yaradıcılığı ilə Azərbaycanın mədəni irsinə böyük töhfə verib.

Adil Əliyev əlavə edib ki, Səttar Bəhlulzadənin əsərləri təkcə incəsənət aləmində deyil, həm də milli-mənəvi dəyərlərimizin qorunması və təbliği baxımından əvəzsizdir. O, həmçinin belə tədbirlərin keçirilməsinin Səttar Bəhlulzadə kimi dahi şəxsiyyətlərin irsinin yaşadılmasında mühüm rol oynadığını bildirib.

Sonra Adil Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin arxivində saxlanılan Səttar Bəhlulzadəyə aid təltifnamənin orijinalını muzeyə hədiyyə edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi rəssamın dahi Azərbaycan şairi Məhəmməd Füzulinin irsinə olan marağını xüsusi qeyd edib. O vurğulayıb ki, Səttar Bəhlulzadənin şairin “Leyli və Məcnun” poemasının obrazlarına həsr etdiyi əsərlər onun şeir dünyasının incəliklərinin rənglərlə ifadəsidir. Bu əsərlər Azərbaycan mədəniyyətinin müxtəlif sahələrini birləşdirən, poeziyanı təsviri sənətlə vəhdət halında təqdim edən möhtəşəm nümunələrdir.

Tədbirdə çıxış edən Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev Səttar Bəhlulzadə sənətindən, onun Füzuliyə həsr edilmiş portretlərindən bəhs edib. Bildirib ki, belə tədbirlər milli mədəniyyətimizin inkişafında mühüm rol oynayır.

Sonra Füzuli, Məcnun və Leylinin Səttar Bəhlulzadə tərəfindən yaradılmış obrazlarının əks olunduğu videoçarx nümayiş edilib.

Tədbir muğam üçlüyünün çıxışı ilə davam edib. Xanəndə Məmməd Nəcəfov Füzulinin qəzəlləri əsasında yazılmış musiqi əsərlərini ifa edib.

Sonda rəssamın şəxsi kolleksiyalarda qorunan, böyük əksəriyyəti ilk dəfə nümayiş olunan və Füzuli mövzusuna həsr edilmiş boyakarlıq və qrafika işlərinə baxış keçirilib. Sərgidə “Şəbi-hicran”, “Füzuli”, “Məcnun”, “Leyli” və başqa əsərlər təqdim olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri