Icma.az
close
up
RU
Füzulinin sənət dünyası və akademiyanın Füzulinaməsi AZƏRTAC

Füzulinin sənət dünyası və akademiyanın Füzulinaməsi AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş yekun tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, “Füzulinin sənət dünyası və akademiyanın Füzulinaməsi” mövzusunda keçirilən tədbir Bakı Musiqi Akademiyası nəzdində opera studiyasının konsert salonunda baş tutub.

Əvvəlcə tədbir iştirakçıları Əlyazmalar İnstitutunun Füzuli irsinə dair əlyazmaları və AMEA əməkdaşlarının şairin həyat və yaradıcılığı haqqında kitablarının sərgisi ilə tanış olublar.

Tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamının işığında ölkəmizin digər qurumlarında olduğu kimi, akademiyada da il ərzində silsilə tədbirlər keçirildiyini, dahi şairin həyat və yaradıcılığı ilə bağlı geniş tədqiqatlar aparıldığını, çoxsaylı kitablar nəşr edildiyini bildirib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan alimlərinin apardığı tədqiqatlar Füzulinin Qarabağ bölgəsindən, bayat boyundan olduğunu göstərir. O, Bağdad, İraq, Kərkük-türkmən mühitində yetişib formalaşıb və orta əsrlər Azərbaycan dilinin bütün qüdrətini, özəlliyini əks etdirən dahiyanə əsərlər yaradıb. Füzuli Azərbaycan ədəbiyyatının görkəmli klassiki, türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, eyni zamanda, dünya ədəbiyyatının yaradıcıları sırasında fərqli yer tutan ustad sənətkardır.

“Şairin qəzəllərini dünya ədəbiyyatında yalnız onunla eyni əsrdə yaşamış ingilis dramaturqu və şairi Uilyam Şekspirin sonetləri ilə müqayisə etmək lazımdır”, - deyən AMEA rəhbəri dahi Azərbaycan şairi Füzulinin böyük lirika ustası olduğunu vurğulayıb. Bildirib ki, şairin lirikası istedadla, ilhamla idrakın işığından yaranmış böyük sənətdir.

Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Füzuli böyük ədəbiyyatın, böyük sənətin yaranmasında elmin qüdrətini səmimiyyətlə etiraf və təsdiq edib. Elmi idrakla bədii istedadın vəhdəti Füzuli sənətini yaradıb.

Şairin bir çox şeirlərinin Azərbaycan xalq ədəbiyyatının nümunələri kimi ictimaiyyət arasında geniş yayıldığını və kütləviləşdiyini söyləyən AMEA prezidenti vurğulayıb ki, Füzulinin əsərlərində azərbaycanlı mənəviyyatı, düşüncəsi öz bədii ifadəsini tapıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Füzuli təkcə Azərbaycan xalqının, öz əsrinin deyil, bütün bəşəriyyətin, böyük sənətin böyük oğludur. O, dünya ədəbiyyatında qəzəlləri, pоemaları ilə şöhrət qazanan və qəlb şairi kimi tanınan nadir sənətkarlardandır.

Füzulinin çoxcəhətli bədii-fəlsəfi irsinin Azərbaycanda dərindən tədqiq edildiyini söyləyən AMEA rəhbəri bu baxımdan akademik Məmməd Cəfər Cəfərovun “Füzuli sevir”, “Füzuli düşünür”, “Füzuli yaşayır” adlı silsilə məqalələrini, akademik Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli” monoqrafiyasını, görkəmli yazıçı və ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı” kitabını, professor Mirzağa Quluzadənin “Füzulinin lirikası” əsərini qeyd edib.

Akademik İsa Həbibbəyli müstəqillik illərində də Azərbaycan füzulişünalığının daha dərindən, azad ölkənin azad təfəkkürünün məhsulu kimi inkişaf etdiyini söyləyib, yeni əsərlərin meydana çıxdığını bildirib. Vurğulayıb ki, akademiklər Rafael Hüseynov, Teymur Kərimli, professor Ataəmi Mirzəyev və başqalarının müstəqillik dövründə çap olunan əsərləri həm Azərbaycan ədəbiyyatşünaslığında Füzuliyə həsr edilmiş fundamental tədqiqatlar kimi, həm də dünya füzulişünaslığını zənginləşdirən, klassik füzulişünaslıq ənənələrini yeniləşdirən əsərlər kimi dəyərlidir.

Akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən son beş ildə 10 monoqrafik əsərin çap edildiyini diqqətə çatdırıb.

Çıxışının sonunda AMEA prezidenti qeyd edib ki, Füzuli haqqında aparılan tədqiqatlar dahi mütəfəkkirin əsərlərinin əbədiyaşarlığını bir daha təsdiqləyir.

Tədbirdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin ifasında “Leyli və Məcnun” operası nümayiş olunub.

Qeyd edək ki, müsəlman Şərqinin ilk operası, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılan “Leyli və Məcnun” operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulub. Məhəmməd Füzulinin eyniadlı poeması əsasında yazılan “Leyli və Məcnun” operasının rejissoru Hüseyn Ərəblinski, dirijoru Əbdürrəhim bəy Haqverdiyev olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Noyabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri