Icma.az
close
up
RU
Menu

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

Benzema “Arsenal”a məsləhət bilinib

Sənət və Qurtuluşun birləşdiyi yer

Sənət və Qurtuluşun birləşdiyi yer

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

1993-cü ilin 15 iyunu– Azərbaycan xalqı üçün sadəcə bir siyasi dönüş tarixi deyil, eyni zamanda mənəvi bir dirçəlişin başlanğıcı günüdür. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması, dövlətçiliyimizin xilası və müstəqilliyimizin qorunması mahiyyətcə yalnız dövlət idarəçiliyində deyil, həm də Azərbaycan incəsənətində, xüsusilə də rəssamlıq sənətində yeni bir mərhələnin başlanğıcı kimi yadda qalıb. 

Qurtuluş Günü ərəfəsində həmsöhbətimiz olan sənətşünas, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi, Prezident təqaüdçüsü Ziyarət Cabarova–Qəhrəmanova bizə bu barədə ətraflı danışdı. Onun dediklərini oxuculara təqdim edirik: 

– Xatirəsini minnətdarlıq və qədirbilənliklə yad etdiyimiz Heydər Əliyevin Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil alması (1939–1941) və rəssamlıqla məşğul olması, gözəlliyi duyub dəyərləndirmək istedadı bir Tanrı lütfü idi. Sovet dönəmində Bakı kimi böyük bir şəhərdə bir dənə də olsun, müasir tələblərə cavab verən sərgi salonunun yoxluğunu qəbul edə bilməyən Ulu öndər   əvvəlcə belə bir mədəniyyət mərkəzinin yaradılmasına qərar verdi. Paytaxtın lap mərkəzində Hökumət Evinin yaxınlığında əsasən tanınmış ziyalıların yaşadıqları çoxmərtəbəli yeni binanın iki mərtəbəsində 70-ci illərin əvvəllərində geniş və işıqlı sərgi salonu açıldı. Rəssam emalatxanalarının sayı çoxaldı. Ölkədə təşkil olunan maraqlı sərgilərin açılışında Heydər Əliyev şəxsən 

iştirak edirdi. Onun diqqəti sayəsində yüzlərlə fırça və tişə ustası fəxri adların daşıyıcısı olub, onlarla yaradıcı Dövlət mükafatına layiq görülüb. Sənətkarların milli mədəniyyətimizin inkişafına xidmətləri də Heydər Əliyevin nəzərindən qaçmayıb və onların xatirəsi layiqincə əbədiləşdirilib.

Ümummilli lider Heydər çıxışlarında dəfələrlə vurğulayıb: “Bir milləti yaşadan yalnız onun torpağı deyil, eyni zamanda, onun ruhu, tarixi, sənətidir”. Məhz bu baxışdan çıxış edərək demək olar ki, Milli Qurtuluş Günü Azərbaycan rəssamlarının ruhunun da azadlığa qovuşduğu gündür. Çünki sənət azad nəfəs, sərbəst düşüncə tələb edir. Rəssamlarımız artıq yalnız siyasi sifarişlə yox, öz ruhlarının diqtəsi ilə işləməyə başladılar. Qədim motivlərə, miniatür sənətinə, xalça ornamentlərinə dönüş başlandı. Bu, sadəcə estetik seçim deyil, milli kimliyin rəssamlıq dili ilə bərpa olunması idi. 

O illərə qədər çox zaman ideoloji məhdudiyyətlər və inzibati təzyiqlərlə üz-üzə qalan sənətkarlar, artıq böyük həvəslə ürəklərinin səsini dinləməyə, xalqın taleyini rənglərlə ifadə etməyə başladılar. Həmin dövrdən başlayaraq Azərbaycan rəssamları artıq qorxmadan çəkə bildi. Millətin ağrısını da, sevincini də, tarixini də silinməz tablolara köçürdülər. Kətanlar üzərində hər bir fırça hərəkəti vətənə, milli birliyə və gələcəyə inamın simvoluna çevrildi.

Heydər Əliyevin ideoloji dəstəyi ilə 90-cı illərin sonlarından etibarən Azərbaycanın tarixi şəxsiyyətləri, dövlətçilik ənənələri, qəhrəmanlıq motivləri rəsm əsərlərində geniş yer almağa başladı. Bu, xalqın kollektiv yaddaşını möhkəmləndirən vizual tarix yaradırdı. Rəssamlar artıq xalqın ruhi dirçəlişində iştirak edən bir fikir daşıyıcısı oldular. 

Bu gün dünya muzeylərində, mötəbər sərgilərin ekspozisiyalarında Azərbaycan ünvanlı təsviri sənət nümunələri bol-bol nümayiş etdirilir. Fırça və tişə ustalarımız   Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şaxtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovdünyada tanınırlar. Onların və ardıcıllarının ərsəyə gətirdiyi rəngarəng əsərlər qalereyalrda sərgilənən tək tablo yox, daha çox millətin qürur hissinin təzahürü olan estetik bir bəyanatdır. Dövlətimizin  yaratdığı imkanlarla rəssamların fəaliyyəti yetərincə stimullaşdırılır, beynəlxalq inteqrasiya   imkanları genişləndi. Bu, həm sənətkarın, həm də milli sənətin dünyaya cəsarətli çıxışı deməkdir. 

Bu gün Milli Qurtuluş Günü incəsənətdə tabloların, heykəllərin, qrafik əsərlərin, hətta teatr və musiqi səhnələrinin mövzu mərkəzinə çevrilib. Şairlər bu günü poetik dillə əbədiləşdirib, bəstəkarlar musiqi ilə ruhlandırıb, rəssamlar isə canlı yaddaş kimi tarixə köçürüblər. Hər bir sənət sahəsində bu günün izi, bu ruhun nəfəsi hiss olunur. Azərbaycan rəssamları 15 İyunla bağlı yaratdıqları əsərlərdə yalnız hadisəni deyil, onun ruhunu – milli qurtuluşun gətirdiyi mənəvi azadlığı, ideoloji sabitliyi və ümumxalq birliyini tərənnüm ediblər. Heykəltəraşlıq nümunələrində xalqın dirənişi, qrafik lövhələrdə dövlətin sütunları, tabloların rənglərində isə vətənin ruhu yaşayır. 

Milli Qurtuluş ideyasının davamlılığı üçün vacib amillərdən biri isə gənc rəssamların yetişdirilməsi idi. Azərbaycan Rəssamlıq Akademiyası və digər sənət təhsil ocaqlarında yaradılan mühit, bu gün müasir sənətçilərimizin uğurunun əsasını təşkil edir.

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Əgər xalq öz mədəniyyətini yaşadırsa, demək ki, onun gələcəyi var.” Bu fikrin sənətdəki qarşılığı isə çox aydındır: sənət – xalqın susmayan şahididir. Rəssamın işi, yalnız bir tablo çəkmək deyil, xalqın tarixi yaddaşını formalaşdırmaq, milli kimliyi qorumaq və gələcək nəsillərə ərməğan etməkdir.

Hazırladı:

Ə.ƏLİYEV 

XQ  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyun 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see339

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see281

Bakı II Beynəlxalq İnvestisiya Forumu astanasında

04 Sentyabr 2026 12:14see246

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see242

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see236

Əməkhaqqı artımı səhiyyə sistemində çalışanların sosial vəziyyətinin yaxşılaşdırılması baxımından mühüm addımdır

04 Sentyabr 2026 11:43see235

Mahsun Kırmızıgül: 12 yaşımdan bu günə kimi anama verdiyim sözü tutdum

04 Sentyabr 2026 16:50see232

El Nino çox güclü gəlir iqtisadiyyat daxil dünyanı sarsıdacaq BMT dən XƏBƏRDARLIQ

04 Sentyabr 2026 14:37see226

Açıq MRT: Qapalı məkan qorxusu (klaustrofobiya) olan xəstələr üçün rahat və təhlükəsiz müayinə

04 Sentyabr 2026 14:16see226

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see223

Məşhur aktyora 12 ilədək həbs tələb edildi

04 Sentyabr 2026 16:47see217

Səhiyyədə insan kapitalının gücləndirilməsi Əməyə verilən dəyər VİDEO

04 Sentyabr 2026 08:47see217

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see205

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see205

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see204

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see202

Vens: Çin ABŞ nin İrana qarşı iqtisadi müharibə tələblərinə cavab verib

04 Sentyabr 2026 04:53see200

Orqanlarını qanunsuz satan şəxsləri 9 min manatadək cərimə gözləyir

04 Sentyabr 2026 16:01see196

Real ın Çempionlar Liqası heyəti fransalı müdafiəçi kənarda qaldı

04 Sentyabr 2026 02:22see188

Benzema “Arsenal”a məsləhət bilinib

04 Sentyabr 2026 04:39see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri