Icma.az
close
up
RU
Zülmün kulminasiyası, qurtuluşun başlanğıcı Türkanə İsrafilli

Zülmün kulminasiyası, qurtuluşun başlanğıcı Türkanə İsrafilli

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Türkanə İsrafillinin "Xocalı – zülmün kulminasiyası, qurtuluşun başlanğıcı" yazısını təqdim edir.

Xocalı… Bu, sadəcə, xəritədə bir nöqtə deyil; o, bəşəriyyətin vicdanında açılmış dərin yaradır. Bu ad torpağa hopmuş göz yaşlarının, göyə yüksələn fəryadların, tarixin qan yaddaşına həkk olunmuş məsumluğun ürək parçalayan sədasıdır. Xocalı təkcə Azərbaycanın deyil, bütün insanlığın sızlayan vicdanının adıdır. O, zülmün kulminasiyası, mərhəmətin dibini göstərən məşəldir – qaranlıq gecədə insanlığın itirdiyi işığı xatırladan əbədi həqiqətdir. Xocalı bu gün bəşəriyyətə qarşı ən amansız faciənin yaşandığı bir şəhərin yükünü daşıyır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda İNSANLIQ da məhv edildi.

Ermənistan silahlı qüvvələri Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə yuxulu Xocalıya ölüm toxumu səpdi. Evlərin pəncərələrindən boylanan alovlar sakinlərin gözlərindəki son həyat işığını da söndürdü. Beşikdən əsaya qədər hər can bu qanlı gecənin acı qismətini yaşadı.

Qaraqaya hündürlüyü – Xocalının qan yaddaşında əbədi iz buraxmış qara ləkə, xilas yoluna çəkilmiş qanlı pərdə idi… Fevralın 26-sı səhər saatlarında Ağdamın igidləri bu zirvəni fəth etdi, beləcə, Xocalının göz yaşları ilə suvarılmış torpağına azadlıq nəfəsi dəydi, sağ qalanların ümid yolu açıldı.

Qaraqaya əməliyyatı nəticəsində 200-ə yaxın insan girovluqdan azad edildi, 100-dən çox meyit Ağdama gətirildi. Məhşər meydanına çevrilmiş Ağdam cümə məscidinin qübbəsi o gün Xocalının göz yaşları ilə yuyuldu; bu, adi göz yaşları deyildi… Məsumların amansız qətlinə bütün Azərbaycan leysan kimi acı göz yaşları tökürdü. Tabutlardakı canlar yüzlərin, minlərin qəzəbdən düyünlənmiş yumruqları, əsəbdən çatılmış qaşları, ürəkləri partlatmaq dərəcəsinə çatan torpaq, vətən sevgisi və düşmənə nifrət hissi ilə hıçqırıq sədaları altında əbədiyyətə yola salındı. Ana fəryadları minarələrdən yüksəldi, məscidin hər daşı qisas andı içdi...

Bu faciə bizə heyvanların saxlandığı fermanın divarlarına heyvanların qoxusu əvəzinə körpələrin, anaların, yaşlıların fəryadlarının hopduğu, ah-nalələrinin əks-sədasının çökdüyü, məsum insanların amansızca axıdılan qan qoxusunun gəldiyi, ayaq basmağa qıymadığımız müqəddəs yer olduğunu da öyrətdi. Ferma sözü artıq bizim qan yaddaşımızda acı, göz yaşı, ah-nalə, çarəsizlik və kimsəsizlik deməkdir.

1992-ci ildə Xocalıda yaşananlar tamamilə fərqli idi… Xocalıdakı qış gecəsi ölümün nəfəsi kimi soyuq idi; yalın ayaqlar buz bağlamış torpaqlara azadlıq toxumu səpirdi. İnsanlar xilas üçün Allaha pənah gətirib, ondan ayaqlarına güc verməsini diləyirdilər.

… 31 il sonra – 2023-cü ilin sentyabrında 24 saatlıq antiterror əməliyyatı nəticəsində separatçılardan təmizlənmiş ərazilərimizdən biri olan Xocalı təkcə ərazi olaraq azad deyil. Orada yatan bədənlər də, ruhlar da artıq AZADDIR. O gecə Kətik meşəsində soyuqdan donmuş uşaqların, qocaların, qadınların, uşaqlarının öldüyünü görüb ürəyi partlamış atanın, nəvəsini belində daşımış nənənin də ruhu azaddır. O ruhların içərisində Xocalı dəhşətinin kadrlarını ürəkağrısı ilə çəkən Seyidağa Mövsümovun, faciəni lentə alarkən qulaqlarımızdan getməyən səsi ilə “Ay Allah!” – deyə ah-nalə ilə hayqıran, “Uşaqları aparın, uşaqları!” – deyib hönkürə-hönkürə ağlayan Milli Qəhrəman Çingiz Mustafayevin də ruhu azaddır. Ağdamda ilk müdafiə dəstələrinin yaradılmasında rolu olan, qardaşı Eldar Bağırovun yaratdığı “Vətən oğulları” taboruna ölümündən sonra rəhbərlik edən, müstəqil Azərbaycanın bayrağını Ağdamda ucaldan, 1003 nəfər Xocalı sakinini erməni girovluğundan azad edən Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun da, qardaşı Eldar Bağırovun da ruhu azaddır. “Xocalıdan 5 yaşlı qız”ın da ruhu azaddır. Tanıdığımız və tanımadığımız bütün xocalıların bu gün RUHLARI AZADDIR.

Biz artıq Xocalı faciəsinin qurbanlarını Xocalı ilə birlikdə yad edirik. Bu gün az da olsa, sığındığımız təsəllimiz var. Ona görə ki, o ruhlar, torpaq altındakı cansız bədənlər artıq güvəndədirlər. Analar körpələrini qucaqlayıb buraxmadığı kimi biz də Xocalını bərk-bərk qucaqlayıb dərdimizə, acımıza, ağrımıza artıq onunla birlikdə ağlaya bilirik. “Xocalı Azərbaycandır!” nidası dillərimizdə Zəfər nəğməsinə dönəndə qəlbimizdəki Xocalı yarasının ağrısı səngiməyə başladı. Bu şüar sanki içimizdəki ağrıya məlhəm oldu, illərin acısını bir qədər yüngülləşdirdi. Artıq Xocalı adı təkcə faciənin deyil, həm də qürurla dilə gətirdiyimiz qələbənin simvoluna çevrildi. Bu gün biz “Ana harayı”na Xocalıda şərik oluruq.

Bəli, Xocalı azaddır! Amma bu hər şeyin bitdiyi anlamına gəlmir. Xocalı soyqırımını törədənlər hələ də ədalət qarşısında cavab verməyiblər. Dünya susmağa davam etsə də, Azərbaycan susmayacaq. Xocalının qisası yalnız torpaqların azad olunması ilə bitmir – bu qətliamı törədənlər beynəlxalq hüquq müstəvisində cavab verməlidirlər.

Bu gün Xocalı yenidən qurulur, şəhər yenidən ayağa qalxır. Amma bu torpağın altında yatan şəhidlərin ruhu qarşımıza bir vəzifə qoyur: UNUTMAMAQ! Xocalını unutmaq Xocalıya xəyanət etmək deməkdir! Biz bu tarixi nəsildən-nəslə ötürməliyik. Çünki unudulmuş tarix bir gün təkrarlana bilər. Azərbaycan xalqı isə bir daha belə faciənin yaşanmasına imkan verməyəcək!

Xocalı harayı hələ də beynəlxalq ədalətə güvənib gözləyir. Bir gün dünya bu faciəni soyqırımı kimi tanıyacaq, Xocalının qanı yerdə qalmayacaq! Amma o günə qədər biz hər il Xocalını anacaq, hər zaman bu qətliamı dünyaya xatırladacağıq!

Xocalı – sən artıq AZADSAN! Qanlı gecəni unutmadan işıqlı gələcəyə doğru addımlayırıq!

Türkanə İsrafilli

Tramp Selena Qomezi ağlatdı "Spinozanın Tanrısı" filminin premyerası keçiriləcək "Peaky Blinders" serialının davamı çəkiləcək
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://kulis.az
archiveBu xəbər 26 Fevral 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri