Icma.az
close
up
RU
Sənətçilər Mədəniyyət Nazirliyinə etiraz etdilər “Vəziyyət gərgindir”

Sənətçilər Mədəniyyət Nazirliyinə etiraz etdilər “Vəziyyət gərgindir”

Tribuna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyinin Tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva barədə şikayətlərin ardı-arası kəsilmir.

Tribuna.az xəbər verir ki, bir qrup sənətçi həmkarları Nura Surinin şikayətlərindən sonra görüşərək Mənzər Nurəliyevanın əməllərini açıqlayıblar.

Estrada müğənnisi Təranə Mahmudova belə deyib: “Vəziyyət o yerə gəlib çatıb, həyatımda heç vaxt görmədiyim müsiqiçilərlə bir yerə yığışıb, axır ki, öz sözümüzü deməliyik. Vəziyyət o qədər gərgindir ki, neçə illər sənətlə məşğul olub, müsabiqədə qalib gələn, festivallarda iştirak edən, Azərbaycanı təmsil edən caz-vokalçı kimi bütün yollarım Mədəniyyət Nazirliyi tərəfindən bağlanıb. Ən əsası da Mənzər Nurəliyeva tərəfindən. Dəfələrlə xahiş etmişəm ki, Azərbaycanı təmsil etmək istəyirəm, bizdə də caz-vokal olsun. Utana-utana deyirəm, xəcalət çəkirəm. Görün mənim kimi insanı nə vəziyyətə çatdırırlar ki, sizin qarşısınızda bunu deyirəm, vətənimi başqa yerdə təmsil etməyə qoymurlar. Təpədən dırnağa qədər sənətçiyəm. Düşünürəm, bu söhbətlərdən sonra Mənzər Nurəliyeva haqqında ölçü götürülər. Artıq “bıçaq sümüyə dirənib””.

Kamança ifaçısı Şəhriyar Musayev isə deyib ki, altı ay öncə milli musiqi ifaçıları olan sənət dostları ilə eyni məsələ barədə aidiyyəti qurumlara şikayət ediblər: “Təəssüf ki, bu günə qədər problem öz həllini tapmadı. İllərlə bu problemlər davam edib. 2013-cü ildən bəri qastrol səfərlərimiz, mənim adıma gələn dəvət məktublarına imtinalar edilib, alternativ ifaçılar təklif olunub. Qastrol səfərlərimin birində məhz Mənzər Nurəliyeva üçün komanda olaraq müəyyən məbləğdə parfüm təklifləri olmuşdu ki, Mənzər xanımın hədiyyəsi gedib çatmalıdır. Nazirliyin Daxili nəzarət şöbəsindən Fərid müəllim də zəng etmişdi. Bunlar havadan gələn sözlər deyil. Qarşı tərəf yenə narahat olub. Bizə yaşadılan neqativlər davam edir. Dövlət tədbirlərinin təşkilatçısı bizi özünə qarşı düşmənmi görür? Düşünürəm, Mənzər Nurəliyeva haqqında tədbir görüləcək”.

Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solisti Almaxanım Əhmədli də Mənzər Nurəliyevadan şikayətçidir: “Bizə cavab gəlir ki, araşdırma gedir, amma nəticə yoxdur. Bu insanın sənət adamlarından tələbləri olub. Onlara qarşı qeyri-etik davranışları var və bu, illərdir, davam edir. Tədbirlərdə onları alçaldır. Bunun şahidiyəm. Vəzifə səlahiyyətlərindən sui-istifadə edir. Bir çox sənətçilərin dövlət tədbirlərində iştirakına maneə olur, siyahıdan adımızı sildirir. Siyahılarda öz yaxın dostları, rəfiqələri daim yer alır. Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərində, təxminən, on-on beş gün məşqlər oldu. Cənab nazir Adil Kərimli tərəfindən siyahıya salınmışdım, amma konsertə bir gün qalmış Mənzər Nurəliyeva öz pianisti Nərgiz xanıma zəng etdirib dedi ki, adını konsertdən sildirirəm.  On beş-iyirmi günümü sərf etdiyimə görə ondan səbəbini tələb etdim. O məni hədələyərək dedi ki, sənin yaşın imkan vermir, məndən hesabat istəyəsən. Mənə qarşı qeyri-etik ifadə işlətdi. Həmin gün Adil Kərimliyə yenidən müraciət etdim, tədbirdə çıxışım bərpa olundu və Özbəkistana getdim. Mənimlə yanaşı bir neçə ifaçı da çıxarıldı. Bunun qarşılığında üç ay sonra cəmi 300 manat pul almışıq. Lakin Mənzər Nurəliyeva bundan sonra məni bütün tədbirlərdən sildirdi. Bunun qarşılığında bizə müəyyən tələbləri var, amma təəssüf ki, faktımız yoxdur. Nazirliyin Daxili nəzarət şöbəsində iyirmiyə yaxın şikayət ərizəsi var. Məqsədimiz qarayaxma kampaniyası aparmaq deyil. Dövlət qurumlarından rica edirik ki, bu məsələ şəffaf, qərəzsiz şəkildə araşdırılsın. Şahid ifadələrimizi qəbul etsinlər. Bundan əvvəlki üç nazirin vaxtından Mənzər Nurəliyeva bənzər prosesi icra edir”.

Pravda.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 17 Noyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see209

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see198

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see194

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see184

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see166

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see155

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see152

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see150

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see150

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see149

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see149

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see146

Rusiyada “Gelencik” hava limanında məhdudiyyətlər aradan qaldırılıb

31 Dekabr 2025 09:07see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see143

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see142

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see140

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see140

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see137

Şamanlardan 2026 üçün səs küylü proqnoz: Tramp xəstələnəcək!

31 Dekabr 2025 09:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri