Icma.az
close
up
RU
Yazarlardan Mədəniyyət Nazirliyinə ÜSYAN

Yazarlardan Mədəniyyət Nazirliyinə ÜSYAN

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadənin müsahibəsindəki cavabı ədəbi camiada və yaradıcı mühitdə ciddi narazılıq doğurub. Onun “dövlət yazıçı və şairlərə dəstək olsa, bütün işsiz-gücsüzlər əsər yazacaq” fikri həm dövlətin mədəniyyət siyasətinə, həm də yaradıcı insanların əməyinə münasibətdə suallar yaradır. Bu yanaşma bir tərəfdən ədəbiyyat adamlarının sosial rifahını kiçildir, digər tərəfdən dövlətin mədəni irsə və intellektual istehsala prioritetlərinə dair qeyri-ciddi təsəvvür formalaşdırır.

Maraqlıdır: Dövlət dəstəyi yazıçı və şairlərin işsiz-gücsüz olması iləmi ölçülür? Yoxsa mədəniyyət siyasəti elə aparılır ki, bu sahədə çalışan insanlar məhz bu cür ifadələrlə dəyərdən salınır? Yaradıcı insanlar üçün sosial mexanizmlər qurmaq əvəzinə onları “işsiz” kimi təqdim etmək nə dərəcədə doğru yanaşmadır?

Əgər dövlət dəstəyi bütün yaradıcıların “əsər yazmağa hücum etməsinə” səbəb olacaqsa, bu, mədəniyyət sisteminin özünün zəif qurulduğunu göstərmir?

Yazıçılar mövzu ilə bağlı Tribuna.az-ın sorğusunu cavabladılar.

Azad Qaradərəli

Mən Mədəniyyət Nazirliyinin ümumiyyətlə yazıçılara, kitaba qarşı apardığı siyasəti uzun illərdir ki, bəyənmirəm. Bu onların gördüyü işi yalnız kompaniya xarakterli edir. Mədəniyyət Nazirliyi bu saat ölkədə ancaq dağıdıcılıqla məşğuldur. Kitabxanaları, mədəniyyət evlərini sökürlər. Bakıxanov qəsəbəsində Adil İskəndərov adına böyük bir mədəniyyət sarayı var idi. Onu uçurdub xaraba qoydular. Yəqin ki, yerində göydələn tikəcəklər. Daha mədəniyyət heç kimə lazım deyil. Küçələrə tonlarla kitablar tökülüb. Kitabları və kitabxanaları dağıdırlar. Onların keçirdiyi “Qızıl kəlmə” mükafatını həmişə lağa qoymuşam. İndi hansı dövrdür ki, yox bir, “qırmızı kəlmə”. Və o “Qızıl kəlmə” mükafatına verilən əsərlərin 80 faizi geydirmə əsərlər idi. Onlar özləri çalıb, özləri də oynayırdılar. Ona görə də Mədəniyyət Nazirliyinin nümayəndəsinin verdiyi açıqlama elə o şəkildə də olmalı idi. Bu adama bir otaq verin, əlinə də ya qələm ya telefon verin. Oturub nəsə yazsın. Hətta o, bizi İsveçlə müqaisə edib. Görün, nə qədər dayaz və səviyyəsiz bir adamdır ki, o, yazıçılara qarşı bu ifadələri işlədib. Mən yazı-pozu adamı kimi demək istəyirəm ki, yazıçı heç bir orqandan asılı olmamalıdır. Keçmişdə adil padşahlar vardı. Nizaminin və başqalarının əsərlərinə qiymət verirdilər. Eyni zamanda onları özlərindən asılı vəziyyətə salırdılar. Yazıçı tam müstəqil, heç kimdən asılı olmayan bir adam kimi görürəm. Nə AYB-nin, nə də Mədəniyyət Nazirliyinin yazıçılara dəstəyini qəbul etmirəm. Yazıçı öz dərdini özü çəkməlidir. Sadəcə bir insan, bir vətəndaş kimi yaşadığı ölkənin problemləri ilə məşğul olan adam kimi görürəm. Hərçənd, bu problemlərlə məşğul olan başqa adamlar olmalıdır. Olmayandan sonra nə edə bilərik ki?

Rasim Qaraca

Vasif Qurbanzadə “yazıçı və şairlərə” sözünü dırnaq arasına almağı unudub, buna görə də fikirləri narazılıq doğurub. Çünki “yazıçı-şair” adı ilə ortaya atılan, kitablar çıxardan, hətta Yazıçılar Birliyinə üzv olan saysız-hesabsız insan var. Və bunların hansının “əsl ədəbi dəyər” yaratdığını müəyyən etməkdən ötrü hansısa bir mexanizm yoxdur. Dövlət qurumu olaraq Yazıçılar Birliyi yaxşı əsərləri təsnif etməkdə cavabdehdir, lakin son 25 ildə bu təşkilatın sıraları təsadüfi adamlarla doldurulub, əvvəllər təşkilatın 300 nəfər üzvü var idisə, indi bu say 3000 nəfərdən artıqdır. “Yazıçını dəstəkləmək” söhbəti meydana çıxarsa, o zaman dövlət bu 3000 nəfərə dəstək verməlidir, belə çıxır. Çünki hər birinin rəsmi olaraq “yazıçı/şair” vəsiqəsi var. İndiki halda Mədəniyyət Nazirliyi və ya hansısa başqa qurum “yazıçılara” dəstək verməyə başlasa, onların hamısı bu dəstəkdən yararlanmaq istəyəcək və bunun faydalı bir nəticəsi olmayacaq. Məncə, dövlət olaraq, ədəbiyyat sahəsindəki köhnə idarəetmə üsulundan imtina edilməlidir. Mədəni ölkələrdə, məsələn, uzağa getmək lazım deyil, dünənə qədər bizimlə eyni statusda olan Latviyada, Estoniyada bu işlər necə tənzimlənir, model olaraq alınıb tətbiq edilməlidir. Yayğın olan metod budur ki, yazıçılar nəşriyyatların və ya agentliklərin ətrafında toplaşır, nəşriyyatların təqdim etdiyi kataloqlar əsasında hansısa dərəcədə qiymətləndirmə və ya dəstək həyata keçirilir. Çünki, nəşriyyatlar və agentliklər müəlliflərin PR məsələrində maraqlıdır, yaxşı əsər irəli çıxacaq, çox satılacaq və yazıçı da bundan fayda görəcək.

Cavid Zeynallı

Əgər bu fikir həqiqətən ciddi etiraz yaradıbsa, deməli, hədəfə dəyib. Sərt şəkildə ifadə olunub, amma doğru təsbitdir. Hətta tamamilə doğru təsbit. Ətraf doludur istedadsız, amma iddialı yazıçı-şairlə. Məsələn Yazıçılar Birliyinin 2000 üzvü var. Elə bilirsiniz, onlara dözmək, onları başa salmaq, onları inandırmaq asandır? İstedadsız söz adamının təmənnası hüdudsuz olur. Deyingənliyinə dözmək olmur. Həmişə nəsə istəyirlər. Həmişə günahkar axtarırlar, qurban tələb edirlər. Düzgün mexanizm qurulsa, prinsiplər sərt olsa, məhz istedadlı adamlar dövlətin imtiyazı altında yetişər, inkişaf edər. Əsas odur ki, bu mexanizm inkişaf etmiş cəmiyyətlərin kitab sənayesi modelində qurulsun. Və bunun üçün hələ uzun illər iş aparılmalıdır. Sistemi və sənayeni qurmaq sehrli çubuqla başa gəlmir. İnanıram ki, Mədəniyyət Nazirliyinin bu istiqamətdə işi kitab sənayesinin inkişafına ciddi təkan olacaq. İstəyimiz, təmənnamız, gözləntimiz ancaq budur.

Günel Natiq

Bu sözlərdən belə çıxır ki, yazmaq ciddi peşə deyil. Halbuki ədəbiyyat intellektual əməkdir, zaman, istedad, məsuliyyət və mədəniyyət tələb edir. Bu cür yanaşma yaradıcılığı aşağılamaqdan başqa bir şey deyil. Eyni zamanda, dövlətin mədəniyyətə və yaradıcılığa dəstək olmaq siyasətinə də ziddir.
Digər tərəfdən, “işsiz-gücsüzlər”in kitab yazması niyə kimisə qorxutmalıdır? Kitab yazmaq, yaratmaq, düşünmək daha yaxşı deyilmi, nəinki depressiyaya qapılmaq, pis vərdişlərə aludə olmaq, Həsən Kür kimi intihar etmək?
Kaş ki, səlahiyyətli şəxslər açıqlama verərkən sözlərini yüz ölçüb bir biçəydi. Və kaş ki, mədəniyyətə doğrudan da mədəni baxış mövcud olsaydı.

Sara İbrahim

Sözügedən müsahibəni oxumuşam. Vasif Qurbanzadənin manşetə çıxarılan sözlərinin rezonans yaradacağı gözlənilən idi. Bu, məncə yerində işlədilməmiş fikirdir. Vasif müəllimin dediyi kimi, kitab yazmaq asan iş deyil; hər yerindən duran yaza bilər, amma yazdığı kitab deyil, oxucusunu tapa bilməyən, sonda maklaturaya çevrilmiş kağız yığını olacaq. Yazıçılara və eyni zamanda nəşriyyatlara dövlət dəstəyi vacibdir. Biz ədəbiyyat sahəsində də dünyaya çıxmalıyıq. Bunu dövlət dəstəyi olmasa, yazıçının yaratdığı əsər şedevr olsa da, sərhədləri aşa bilməyəcək.
Bu gün Mədəniyyət Nazirliyinin yazarlarla təşkil etdiyi görüşə mən də dəvət almışam. Bu məsələlər barədə həmin görüşdə əgər imkan olarsa, fikirlərimi çatdırmağa çalışacağam.

Zahid Sarıtorpaq

Təbii ki, yazıçı və şairlərin hansı durumda olduğu göz önündədir. Qələm adamlarının bu günkü həyat tərzi olduqca acınacaqlıdır. Amma bununla belə yazıb yaradırlar.
Dövlət dəstəyi mütləq vacibdir. Səhv etmirəmsə, müsahibələrimdən birində, bir dəfə də demişəm; ölkəmizdə özəl sektorda saysız-hesabsız şirkətlər var. Dövlət tərəfindən yeni bir ədəbiyyat fondu yaradılmalı, həmin şirkətlər dövlətə ödədikləri verginin bir faizini o fonda köçürməlidir. Səhv etmirəmsə, bu sistem qonşu Gürcüstanda mövcuddur və eşitdiyimə görə, ildə ən azı üç yüz nəfərin əsərlərinin xaricdə çap olunmasını təmin edir. Yəni, buna bənzər nəsə bizdə də yaratmaq olar. Həm də çox effektli nəticələr verər. Çətini işə girişməkdir. Yoxsa, mənasız yerə hər şeydə qələm adamlarını günahlandırmaq nəyə lazım…

Süleyman Abdulla

Əlbəttə! Buna qədər də təqaüdə çıxanların bir çoxu istedadı oldu-olmadı öz cızmaqaraları ilə təşkil olunan ədəbi tədbirlərdə iştirak edirlər. Hətta ədəbiyyatı təbliğ adı altında xarici səfərlərdə də iştirak edirlər, halbuki nə bir ədəbi yaradıcılıq nümunəsi, nə də bir ədəbi uğuru var. Mən 100-lərlə beləsini tanıyıram, qəzet nəşr edirlər, jurnal buraxırlar, öz ətraflarında ədəbi mühit də yaradıblar. Nazirlik əməkdaşının dediyi problem, artıq 20-25 il bundan əvvəl başlayıb və bəzi məqamlarda, hətta gücə çevrilib. Onlar ədəbi mühitə təsir edə bilir, müəyyən imtiyazlar əldə etməyə nail olurlar. Nazirliyin işi ədəbi canini onlardan təmizləmək, layiq olan əsərlərin təbliğinə və həqiqi yaradıcı insanların şəraitinin yaxşılaşmasına diqqət ayırmalıdır. Onsuz da ölkədə yaradıcılıqdan xəbəri olmayanlar kifayət qədər çoxdur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 04 Dekabr 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri