Icma.az
close
up
RU
SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT Aysel KƏRİM yazır

SƏNƏTƏ VƏ MƏNƏVİYYATA XİDMƏT Aysel KƏRİM yazır

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ÜZEYİR HACIBƏYLİ İRSİNİN TƏBLİĞİNDƏ BƏSTƏKARLAR İTTİFAQININ ROLU 
Mədəniyyət tariximizin elə işıqlı səhifələri var ki, orada zamanın qarşısında yenilməyən dühalar və onların bünövrəsini qoyduğu müqəddəs ənənələr dayanır. Şərqdə ilk operanın, ilk musiqili komediyanın və peşəkar musiqi təhsilinin təməlini qoyan Üzeyir Hacıbəyli təkcə musiqimizin dühası kimi deyil, bir millətin mənəvi intibahını yönləndirən mütəfəkkir kimi tariximizə həkk olunub. Onun yaradıcılığı sadəcə dövrünün hadisəsi kimi qalmayıb, zamanın sınağından keçərək gələcək nəsillərin estetik dünyasını formalaşdıran canlı məktəbə çevrilib. Bu irs bizi tərbiyə edən, daxili dünyamızı zənginləşdirən, muğam dramaturgiyasının dərin qatlarına varmağı və aşıq sənətinin qüdrətini dərk etməyi öyrədən mənəvi xəzinədir.

Bu canlı məktəbin qorunması və gələcək nəsillərə bütöv halda çatdırılması isə Üzeyir bəyin təməlini qoyduğu Azərbaycan Bəstəkarlar İttifaqının, bu quruma rəhbərlik edən mənəvi varislərin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərinin bəhrəsidir.

Milli poliqrafiyamızın və elmi düşüncəmizin ən yüksək standartlarına cavab verən genişmiqyaslı təşəbbüslər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və qayğısı sayəsində gerçəkləşib. 

Bu mənəvi dirçəliş yolunda xüsusi yer tutan "Üzeyir dünyası" layihəsi milli mədəniyyətimizin əsl dönüş nöqtəsinə çevrildi. Fondun dəstəyi ilə ərsəyə gələn bu fundamental nəşr silsiləsi dahi bəstəkarın irsini ilk dəfə bu qədər ətraflı, sistemli və akademik səviyyədə ictimaiyyətə təqdim etdi.

2008-ci ildə işıq üzü görən "Üzeyir dünyası" toplusu bəstəkarın həyat yolunu bütün təfərrüatı ilə əks etdirən "Ömür salnaməsi", onun zəngin irsini elmi müstəvidə ümumiləşdirən "Üzeyir Hacıbəyli ensiklopediyası" və puplisistik təfəkkürünü işıqlandıran "Bədii və publisistik əsərlər" kitabları daxil edildi. Bununla yanaşı, layihə çərçivəsində "Leyli və Məcnun" və "Koroğlu" operalarının, eləcə də  "O olmasın, bu olsun" və  "Arşın mal alan" musiqili komediyalarının klavirləri, librettoları və CD-ləri yüksək poliqrafik keyfiyyətlə yenidən çap olunaraq musiqi aləminə bəxş olundu.

1912-ci ildə premyerası böyük əks-səda doğuran və Üzeyir bəyi klassik opera zirvəsinə - "Koroğlu" ya aparan yolda vacib mərhələ olan "Əsli və Kərəm" muğam operası, süjetinin bəzi xüsusiyyətlərinə görə ötən əsrin 80-ci illərindən etibarən uzun müddət teatr repertuarlarından kənarda qalmışdı. İllər keçdikcə əsərin not materialları köhnələrək pərakəndə düşmüş, müəyyən hissələri itirilmişdi. Layihənin məsul redaktoru, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyi ilə başlanan mürəkkəb bərpa prosesinə ölkənin tanınmış musiqiçiləri, təcrübəli ifaçılar və dirijorlar cəlb olundu. Səhifə-səhifə, zərrə-zərrə toplanan notlar, orkestr partituraları, xor partiyaları və muğam epizodları yenidən quruldu, latın qrafikasına keçirildi və Heydər Əliyev Fondunun dəstəyi ilə ilk dəfə akademizm səviyyəsində bitkin partitura şəklində çap edildi.

Firəngiz xanım Əlizadə redaktoru olduğu bu möhtəşəm nəşr haqqında öz fikirlərini belə ifadə edib:

"Təqdim etdiyimiz partitura Üzeyir Hacıbəylinin məşhur "Əsli və Kərəm" operasının ilk nəşridir... "Üzeyir dünyası" layihəsinin beynəlxalq miqyasını nəzərə alaraq, əsas məqsədimiz "Əsli və Kərəm"in partiturasını bütün dünyada qəbul olunmuş akademik nəşrlər səviyyəsində hazırlamaq idi."

Bərpadan sonra operanın Bəstəkarlar İttifaqının layihəsi olan "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı (bədii rəhbər – Firəngiz Əlizadə) çərçivəsində Bakıda "Şirvanşahlar Sarayı" kompleksində və Şəkinin ecazkar açıq hava məkanlarında nümayiş olunması böyük maraqla qarşılandı. "İpək Yolu" festivalının proqramında Üzeyir bəyin əsərlərinin təqdim olunması daha sonra ənənə halını aldı.

Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən böyük sənətkarların estafeti ilə addımlayır: Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev, Tofiq Quliyev və Firəngiz Əlizadə. İttifaqın binasında dahi bəstəkarın abidəsinin ucalması, portretinin asılması və Konsert Salonunun məhz Üzeyir Hacıbəylinin adını daşıması bu müqəddəs irsə sədaqətin göstəricisidir. 

"Üzeyir dünyası" layihəsinin ərsəyə gəlməsində və bəstəkarın irsinin öyrənilməsində Bəstəkarlar İttifaqının üzvü olan musiqişünas alimlərin töhfəsi misilsizdir. Akademik Zemfira Səfərovanın silsilə monoqrafiyaları, sənətşünaslıq doktoru Fərəh Əliyevanın "Üzeyir Hacıbəyli – şəxsiyyət və cəmiyyət", sənətşünaslıq doktoru Kamillə Dadaşzadənin "Yüksəliş: Üzeyir Hacıbəyli və aşıq sənəti",  sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəttah Xalıqzadənin "Üzeyir Hacıbəyli və folklor" tədqiqatları, Ü. Hacıbəylinin Ev-Muzeyinin direktoru Sərdar Fərəcovun "Üzeyir ışığında" nəşri və İttifaq tərəfindən buraxılan beynəlxalq festival konfranslarının elmi məqalələr kitabları bu zəngin xəzinənin elmi sütunlarını təşkil edir.

Dahi sənətkarın irsinə ehtiramın göstəricisi olaraq Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli" Fəxri Medalının ilk nüsxəsi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təqdim olundu. Mehriban xanım Əliyeva medalı qəbul edərkən vurğulamışdı:

"Üzeyir irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir. Muğam dramaturgiyasının sirrlərini açır. Aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir."

Mehriban xanım Əliyeva Firəngiz Əlizadəyə ünvanladığı təşəkkür məktubunda Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli irsinin qorunması, elmi cəhətdən öyrənilməsi və dünyada təbliğindəki müstəsna rolunu yüksək qiymətləndirmişdi.

Tarixi faktlar və aparılan elmi təhlillər bir daha sübut edir ki, Üzeyir Hacıbəyli irsi təkcə müəyyən bir dövrün salnaməsi deyil, milli musiqi mədəniyyətimizin aparıcı xəttini təşkil edən möhkəm bünövrədir. Sənətdə həqiqi dəyər ölçüsü illərin ardında qalan izlərlə müəyyən olunur - bu zəngin irs hər yeni təhlildə və hər yeni nəslin təfəkküründə yenidən doğulan əbədi bir sərvətdir.

Biz ulu ustadımız Üzeyir Hacıbəylini tarixin uca işığında, onun bizə əmanət etdiyi ölməz əsərlərində öyrəndik. Lakin bu gün şanslıyıq ki, o möhtəşəm məktəbin, sənət fədailiyinin və mənəvi ucalığın canlı mücəssəməsini - əyani şəkildə öyrənə biləcəyimiz müasir ustadımızı, Xalq artisti, professor Firəngiz Əlizadəni görürük. Firəngiz xanımın varlığı, onun hər bir notda, hər bir kəlmədə bərq vuran tükənməz enerjisi və sənətə olan sonsuz sevgisi Üzeyir bəy ocağının canlı məşəlidir. Dahi ustadların nəfəsini üzərində daşıyan bu mənəvi məbəddə çalışmaq, Üzeyir bəy dünyasının işığını cəmiyyətimizə çatdırmaq bizim üçün sözün əsl mənasında ilahi bir lütfdür. Milli Musiqi Günündə bir daha dərk edirik ki, milli musiqimiz bizim varlığımız, kimliyimiz və əbədi qürurumuzdur. Nə xoş ki, bu canlı dastan yazılmaqda davam edir və biz Ulu Ustadın nurunu addım-addım sabaha daşıyırıq.

Ruhumuzu ucaldan musiqimizin sədası, bu müqəddəs ocağın işığı və böyük sənətkarlarımızın əbədi mirası ölkəmizin üzərində həmişə bərraq bir səma kimi parlasın! 

Üzeyir bəyin 141 illik əbədi yaşarlığı və bu il 18-ci dəfə dünyanı Bakıda eyni ahəngə kökləyən Beynəlxalq Musiqi Festivalı bir daha sübut edir ki, zaman onun səsini qocaltmır, əksinə, hər ötən il bu dahi ruhun sədası xalqımızın mənəvi xəzinəsinin ən uca zirvəsində daha əzəmətlə əks-səda verir. Və nə qədər ki, bu torpaqda ustad nəfəsinin hərarəti var, dahi sənətkarın bəşəri irsi əbədiyyət qübbəsində zəfər marşı kimi səslənəcəkdir!

Aysel KƏRİM
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü və mətbuat katibi

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://adalet.az
archiveBu xəbər 13 Sentyabr 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri