Icma.az
close
up
RU
Azərbaycan və dünya mədəniyyətinin parlaq səhifəsi Aysel Kərim yazır

Azərbaycan və dünya mədəniyyətinin parlaq səhifəsi Aysel Kərim yazır

Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Üzeyir Hacıbəyli – 140

DAHİ ÜZEYİR HACIBƏYLİ İRSİNİN TƏBLİĞİ VƏ 18 SENTYABR MİLLİ MUSİQİ GÜNÜ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI ÖNƏMLİ İŞLƏR GÖRÜB

Azərbaycan professional musiqi sənətinin banisi, Şərqdə ilk operanı yaratmış dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin dünyaya gəldiyi tarix 1995-ci ildən ənənəvi olaraq Milli Musiqi Günü kimi qeyd edilir.

Tariximizin səssiz səhifələrinə ahəng gətirən o dahi şəxsiyyətin - Üzeyir Hacıbəylinin bu gün 140 illik yubileyidir. 140 il – zamanla səsləşən ömür.  Hər gün təzə səslənən bir ad. Bəstəkarlar ittifaqı bu səsin qoruyucusudur, rəngi dəyişməyən bayraq kimi daima ucalarda dalğalanmasına çalışır. 

Üzeyir bəy Azərbaycan mədəniyyəti tarixində opera, operetta, balet janrının bünövrəsini yaratmağa nail oldu. Gənc milli kadrlar hazırlamaq üçün musiqi məktəblərini, musiqi texnikumunu, Azərbaycan Dövlət Konservatoriyasını ərsəyə gətirdi. Bütün musiqi kollektivlərinin - Xalq çalğı alətləri notlu orkestrini, Dövlət xorunu, simli kvarteti, simfonik orkestri, mahnı və rəqs ansamblını, sazçı qızlar dəstəsini təşkil etdi. Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoyaraq, çox sayda bəstəkar və musiqişünaslar nəsli yetirdi. Tələbələrindən Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Cövdət Hacıyev, Niyazi, Əfrasiyab Bədəlbəyli, Şəmsi Bədəlbəyli, Soltan Hacıbəyov, Tofiq Quliyev, Süleyman Ələsgərov, Əşrəf Abbasov, Hacı Xanməmmədov, Səid Rüstəmov, Cahangir Cahangirov, Xanlar Məlikov, Məmməd Cavadov, Məmməd Saleh İsmayılov, Ədilə Hüseynzadə, Ağabacı Rzayeva, Şəfiqə Axundova, Hökumə Nəcəfova, Fatma Səmədova, Fatma Zeynalova, Əminə Eldarova və digərləri görkəmli bəstəkar və musiqişünas oldular. 

Dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli müxtəlif tarixlərdə Azərbaycanın Əməkdar incəsənət xadimi (1935), SSRİ Xalq artisti (1938) adına və başqa mükafatlara, təltiflərə layiq görülüb. Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) kimi mühüm vəzifələri ləyaqətlə daşıyıb. Üzeyir Hacıbəyli 300-dən çox xalq mahnısını nota köçürüb. Yaradıcılığında marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərlərinə rast gəlirik. Adını daim qürurla andığımız o dahi insan sadəcə musiqi bəstələməklə kifayətlənməyib, həm də xalq musiqisinin nəzəri əsaslarını gələcək nəsillərə çatdırmaq üçün müxtəlif vəsaitlər hazırlayıb. 1945-ci ildə nəşr edilmiş "Azərbaycan xalq musiqisinin əsasları" adlı elmi əsəri Üzeyir Hacıbəylinin musiqişünas-alim olaraq mükəmməl fəaliyyətinin parlaq bir bəhrəsidir   və  bu gün də ali mənbə kimi istifadə edilməkdədir.

Əlamətdar bir məqam xüsusi vurğulanmalıdır ki, Üzeyir bəyin doğum gününün musiqi bayramı kimi keçirilməsinin təməli Ümummilli Liderimiz, mədəniyyətimizin böyük himayədarı olan Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Daha sonra - dahi bəstəkarın 110 illik yubileyində isə bunu rəsmiləşdirib. Əbədiyaşar liderimiz Heydər Əliyev Üzeyir Hacıbəyli barəsində deyib: "Bir azərbaycanlı, Azərbaycanın Prezidenti kimi fəxr edirəm ki, Azərbaycan xalqı belə zəngin incəsənətə, peşəkar musiqiyə malikdir. Azərbaycan peşəkar musiqisinin əsasını böyük Üzeyir Hacıbəyli qoyub".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə dahi Üzeyir Hacıbəyli bəstəkar barəsində söz açarkən: "Üzeyir Hacıbəyli Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi ən görkəmli şəxsiyyətlərindən biridir” deyə vurğulayıb. Dövlətimizin başçısı cənab İlham Əliyev Üzeyir bəy irsinə, onun milli və bəşəri miqyasına, böyük önəminə daima ali münasibət nümayiş etdirib. Dahi bəstəkarın adının, irsinin yaşadılması, layiqincə uca tutulması ilə bağlı məsələlər hər zaman onun yüksək diqqətində olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2009-cu ildən etibarən Azərbaycanda Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil olunub. Bugünədək keçirilən festivalın konsertlərində görkəmli musiqiçilər, müxtəlif ölkələrdən bədii kollektivlər, solistlər, dirijorlar iştirak edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi "Üzeyir Hacıbəyli" Fəxri Medalı ilə təltif edilməsi də son dərəcə önəmli bir hadisə olaraq diqqət çəkir. Azərbaycan Bəstəkarlar İttifaqı Mehriban xanım Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlər göstərmiş dahi bəstəkar, müasir peşəkar musiqi sənətinin banisi, görkəmli musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasına verdiyi əvəzsiz töhfələrə görə fəxri medalın ilk nüsxəsini təqdim edib.

"Üzeyir irsi, həqiqətən, böyük bir dünyadır. Bu dünyanın əzəməti ondadır ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə edir, bizə kədərlənməyi və gülməyi öyrədir. Muğam dramaturgiyasının sirrlərini açır. Aşıq sənətinin qüdrətini dərk etməyə kömək edir" deyə hörmətli Mehriban xanım Əliyeva bu barədə bildirib. Nəzərə çatdıraq ki, məhz Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə 2005-ci ildə Üzeyir Hacıbəylinin 120 illik yubileyi münasibətilə birinci Muğam Müsabiqəsi keçirildi. 2008-ci ildə dahi bəstəkarın həyat və yaradıcılığına həsr olunan "Üzeyir dünyası" layihəsi işıq üzü gördü. Həmin nəşrə "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədii və publisistik əsərlər" kitabları, "Leyli və Məcnun", "Koroğlu" operaları və "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.

Bundan əlavə, 2009-cu ildən etibarən ənənəvi olaraq bir çox ölkələrdən dünya şöhrətli musiqiçiləri bir araya toplayan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təşkil edilib. 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 1945-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ağ-qara formatda çəkilmiş, Azərbaycan kino sənətinin əfsanəsi olan "Arşın mal alan" filmi bərpa edilərək rəngli versiyası hazırlanıb.

Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyeva layiq görüldüyü "Üzeyir Hacıbəyli" Fəxri Medalı münasibətilə Bəstəkarlar İttifaqının sədri Firəngiz  Əlizadəyə ünvanladığı təşəkkür məktubunda bildirir:
"Fəaliyyətində milli musiqi irsimizin və dünya musiqi mədəniyyətinin ən yaxşı ənənələrinin qorunub saxlanılması və yeniləşdirilməsi prinsiplərini əsas götürən Azərbaycan Bəstəkarlar İttifaqı Azərbaycan klassik professional musiqisinin banisi Üzeyir Hacıbəylinin zəngin irsinin qorunub saxlanılması, elmi cəhətdən öyrənilməsi, gələcək nəsillərə çatdırılması və dünyada təbliğində xüsusi rol oynayır.
Bu baxımdan İttifaq tərəfindən "Üzeyir Hacıbəyli" Fəxri Medalının təsis edilməsini yüksək qiymətləndirir, medalın ilk nüsxəsinin mənə təqdim edilməsi qərarına görə Sizə təşəkkürümü bildirir və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".

Məlumdur ki, 1995-ci ildən etibarən hər il 18 sentyabrda mədəniyyət ocaqlarımızda, o cümlədən, Azərbaycan Bəstəkarlar İttifaqında yüksək səviyyədə tədbirlər keçirilib. Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətinə diqqətlə nəzər yetirsək görərik ki, İttifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin rəhbərliyilə Milli Musiqi Günü ərəfəsində hər zaman xüsusi hazırlıqlar görülüb. Firəngiz xanımın nitqində, haqlı olaraq: "Mən xoşbəxtəm, ona görə ki, sənət yolunda Üzeyir Hacıbəyli və Dmitri Şostakoviç nəvəsiyəm" kimi bir fikrə rast gəlirik.

İttifaqın bu yöndəki fəaliyyətindən söhbət açarkən onun rəhbərliyi ilə təşkil olunan bir çox önəmli layihələrin, elmi-praktik konfransların, festivalların şahidi olmuşuq. Həmin tədbirlərdə Üzeyir bəyin öz əsərləri ilə yanaşı ona həsr olunan əsərlər də yer alıb. Elmi konfranslarda hər dəfə dahi bəstəkarın barəsində yeni-yeni faktlar ortaya qoyulub. “Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivallarından elmi məqalələr" kitabının adını da vurğulaya bilərik. Bu silsilə tədbirlərdə daim musiqi xadimləri ilə yanaşı gənc musiqiçilərə də yer verilib. 

İttifaqın Üzeyir Hacıbəyli adına Konsert Salonunda bu illər ərzində dahi bəstəkarın yaradıcılığına həsr olunan konfranslarda Azərbaycan musiqi tarixi silsiləsindən romans-qəzəl janrına həsr olunan tədbirlər də keçirilib. Firəngiz Əlizadənin mövzuya dair çıxışında olduqca maraqlı və dəyərli fikirlər yer alıb: "Azərbaycan , musiqi tarixində muğam, simfonik muğam, caz-muğam və romans-qəzəl kimi janrların vətənidir. Ədəbi qəzəl Şərq ədəbiyyatının ən geniş yayılmış janrıdır. Lakin musiqili qəzəlin ilk nümunəsini dünyaya məhz Üzeyir Hacıbəyli bəxş edib. Ədəbi qəzəl kimi, musiqili qəzəl də mürəkkəb lad və ritm qanunlarına söykənir. Təəssüf ki, son vaxtlar romans-qəzəl janrına nadir hallarda müraciət edirlər. Romans-qəzəl janrı 1940-cı ildə Üzeyir Hacıbəyli yaradıcılığının bəhrəsi olub. Dahi bəstəkar XII əsr Azərbaycan klassik poeziyasının dühası, mütəfəkkir şair Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar onun "Sənsiz" (1941) və "Sevgili canan" qəzəlləri əsasında eyniadlı iki romans yazıb. Həmin əsərlər musiqi üslubu baxımından orijinallığı və milli koloriti ilə seçilir. Sonralar Azərbaycanın bir çox bəstəkarları həmin janra müraciət ediblər".
Firəngiz xanım Əlizadənin redaksiyası altında ilk dəfə "Əsli və Kərəm" operasının partiturası işıq üzü görüb. O, "Əsli və Kərəm" operasının partiturasının ilk nəşrini Üzeyir Hacıbəylinin 125 illik yubileyinə böyük töhfə kimi dəyərləndirib və kitabın redaktoru kimi qələmə aldığı yazıda bu fikirlərə yer verib:

"Təqdim etdiyimiz partitura Üzeyir Hacıbəylinin məşhur "Əsli və Kərəm" operasının ilk nəşridir. Əsərin xalq arasında böyük uğur və əsl tamaşaçı sevgisi qazanmasına baxmayaraq, onun nə klaviri, nə də partiturası bu günə qədər çap olunmamış, yalnız ayrı-ayrı parçaları müxtəlif vaxtlarda işıq üzü görmüşdür. Nəhayət, Heydər Əliyev Fondunun təşəbbüsü ilə gerçəkləşən "Üzeyir dünyası" layihəsi çərçivəsində musiqi tariximizin önəmli səhifəsinə çevrilmiş "Əsli və Kərəm" operasının da nəşri üçün gözəl bir imkan yarandı.

“Əsli və Kərəm" Üzeyir bəyi klassik opera zirvəsinə - "Koroğlu"ya aparan yolda çox vacib bir mərhələni təşkil etdi. Əgər "Leyli və Məcnun" əsasən zəngin şifahi milli musiqi irsinin dahiyanə səhnə inikası idisə, "Əsli və Kərəm" də artıq bəstəkar təxəyyülünün məhsulu olan yazılı musiqi səhifələri üstünlük təşkil edirdi. Beləliklə, məhz bu əsərlə Üzeyir Hacıbəylinin opera yaradıcılığında şifahi, yəni muğam improvizələri ilə yazılı bəstəkar musiqisi arasında yeni nisbət yarandı və "Əsli və Kərəm" bəstəkarın opera yolunun təkamülündə zəruri halqaya çevrildi.

Yarandığı 1912-ci ildən etibarən, müxtəlif redaktə (özü də bu redaktələr əsasən orkestr fraqmentlərinə aid olub) və quruluşlarda səhnəyə qoyulmuş bir operanın yeganə düzgün və müəllif qayəsinə uyğun variantını ərsəyə gətirməyin üzərimizə necə böyük bir məsuliyyət qoyması, zənnimcə, heç kimdə şübhə doğurmaz. Operanı nəşrə hazırlayarkən rastlaşdığımız ən başlıca çətinlik - qarşımızda əsərin musiqi materialının vahid küll halında olmaması idi. Müxtəlif mənbələrdən əldə edilən orkestr fraqmentlərini, xor partiyalarını, muğam parçalarını bir araya gətirib, libretto əsasında operanı həqiqətən yenidən yığmaq lazım gəldi. "Üzeyir dünyası" layihəsinin beynəlxalq miqyasını nəzərə alaraq, əsas məqsədimiz "Əsli və Kərəm"in partiturasını bütün dünyada qəbul olunmuş akademik nəşrlər səviyyəsində hazırlamaq idi. Bunun üçün isə operadakı musiqi materialının, o cümlədən, muğam şöbələrinin dəqiq göstərilməsi tələb olunurdu. Bu işdə operanın uzun tarixə malik ifaçılıq təcrübəsi köməyimizə gəldi.

Bəzi məqamlarda yaranmış mübahisə və çətinliklər işimizə mane ola bilmədi və indi "Əsli və Kərəm" operasının ilk tarixi nəşri qarşınızdadır. Şübhəsiz ki, Azərbaycanın musiqi ictimaiyyətini bu münasibətlə təbrik etmək olar.

Dahi Üzeyir bəyin ölməz irsi və ruhu qarşısında bir müqəddəs borcumuzu da beləcə yerinə yetirdik".

Bilirik ki, Üzeyir Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri olub. Ondan sonra Səid Rüstəmov, ardınca Qara Qarayev, daha sonra Tofiq

Quliyev quruma sədrlik edib. Hazırkı sədr isə Firəngiz xanım Əlizadədir. Firəngiz xanım özündən öncəki ənənələri qoruyaraq inkişaf etdirməkdədir. İttifaqda dahi bəstəkarın abidəsinin olması, portretinin asılması və qurumun Konsert Salonunun Üzeyir Hacıbəylinin adını daşıması xüsusilə əlamətdardır.

***
İnsanın ucalığı dərin zəkası, əməli, mənəvi dünyası ilə ölçülər. Yüksək amallarla yaşamaq, xalqa ürəkdən xidmət etmək, şəxsi mənafeyini önə çəkməmək hər insana nəsib ola biləcək cəhətlər deyil. Uca Tanrı və taleyi Üzeyir bəyə mənalı, ləyaqətli ömür qismət etmişdi. Fiziki mövcudluğu tamamlansa belə ruhən bizimlə olduğunu silinməz izlərindən duyuruq. İnanırıq ki, əsrlər keçsə də yaddaşlarda, qəlblərdə yaşayacaq. Belə şəxsiyyətlər dünyaya nadir hallarda  bəxş olunur. Onun kimi dahinin azərbaycanlı olması bizim üçün ilahi bir hədiyyədir. Azərbaycan mədəniyyətinə misilsiz xidmət edən Üzeyir Hacıbəyli, əlbəttə ki, təkcə doğulduğu və əbədiyyətə qovuşduğu gün yox, daima xatırlanmalı, ehtiramla anılmalıdır. Həmçinin məzarı yalnız xüsusi günlərdə deyil ilin müxtəlif zamanında ziyarət olunmalıdır. 

Sözsüz ki, vəfa borcumuz sadəcə bununla tamamlana bilməz. Öhdəmizdə hələ saysız-hesabsız görüləcək işlər var. Onun həyat və yaradıcılığı barəsində bir neçə məqalə müəllifi olsam da, bilirəm ki, bunlar o böyüklüyün önündə cüzi işlərdir. Üzeyir Hacıbəyli ənənələrinin davamçısı kimi onun sənət irsinə  sadiq qalacağıma dair söz verib, and içirəm, parlaq ruhu qarşısında dərin ehtiramla baş əyirəm!

Musiqi insan qəlbini fəth edən, daxili aləmə təsir göstərən ecaskar gücdür. Dünyadakı millətlər fərqli dildə danışsa da musiqi insanları bir yerə toplamağı bacaran universal dildir. Duyğuları fərqli üsulla çatdıran hiss xəzinəsi, hiss dəryasıdır. Ən əsası böyük mədəniyyətdir. Biz azərbaycanlıları bu mədəniyyətə qovuşduran dahinin ruhu şad olsun! Üzeyir Hacıbəyli sayəsində doğulan peşəkar Musiqi-bəstəkarlıq sənətin əbədi yaşasın və bu gözəl bayramın mübarək olsun, Azərbaycan!

Aysel Kərim  Gənclər mükafatçısı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://adalet.az
archiveBu xəbər 18 Sentyabr 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see194

Putin İradə Zeynalovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib

01 Noyabr 2025 12:50see184

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see160

Gömrük Komitəsinin vəzifəli şəxsi sahibkara qarşı qanunsuzluq edir? ŞİKAYƏT

01 Noyabr 2025 13:32see149

Yeni sərmayə institutu...

01 Noyabr 2025 10:39see140

Beyninizin hansı yarımkürəsi dominantdır? Özünüzü sınayın

01 Noyabr 2025 07:07see139

Nazir Kürdəmirdə sıra baxışı keçirdi, 163 nəfər seçildi Video

01 Noyabr 2025 13:26see139

Rusiyada barmağı keyiyən qadında nadir xəstəlik aşkarlandı

01 Noyabr 2025 07:03see131

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see128

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see128

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see126

12 manata “monqol əti” Azərbaycan bazarında ayaq açıb yürüyür VİDEO

01 Noyabr 2025 10:51see125

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see124

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see124

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see124

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see124

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see122

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see120

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see119

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri