Icma.az
close
up
RU
“Sənətkarı ələ salmaq aparıcılara sərf edir” Əməkdar artist gileyləndi

“Sənətkarı ələ salmaq aparıcılara sərf edir” Əməkdar artist gileyləndi

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Mən sosial formatda olan verilişlərə insanlara kömək olmaq üçün gedirdim. Çıxmırdım ki, orada kimlərinsə qeybətini edim, arxasıyca danışım, qırğın salım və bu yolla gündəmə gəlim. Mən ümumiyyətlə belə şeyləri qəbul edən insan deyiləm”.
Bizim.Media olay-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov qonaq olduğu “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib:
Sənətkar bildirib ki, aparıcılar sənətkarları efirə çağırıb, şəxsi həyatı ilə bağlı verilən sualları ilə tamaşaçıların gözündən salmağa çalışırlar:
“Gördüm ki, artıq o verilişlərdə mənim üstümə gəlirlər. Rəhman efirdə danışmır, onun həyatında belə şeylər var, bunu qabardaq biraz, görək nələr deyəcək. Nə deyəcəyəm? Aparıcı sual verir ki, siz iki dəfə evlənmisiniz. Hə, iki dəfə evlənmişəm, sensasiyaya bax sən. Rəhman Rəhmanov iki dəfə evli olub. Nə olsun? Ölkənin 50 faizi iki dəfə evli olub. Nə olsun, biz hamımız insanıq da... Bununla sözüm düz gəlməyib, ayrılıb başqası ilə evlənmişəm. İndi də xoşbəxt yaşayıram və bunu da hər yerdə deyirəm. Bu mövzunu sensasiyaya çevirmək lazım deyil. O mənim iç dünyamdır və öz işimdir.
Sənətimdən, işimdən danışın. Mənə yalnız evlənməyimlə bağlı suallar verirlər. Biz özümüz və aparıcılar sensasiya yaradırıq və xalqı belə tərbiyələndiririk. Bu isə lazım deyil. Bu gün bununla reytinq qazanmaq düzgün deyil. Ona görə o efirlərə getmirəm. Efirlərimizin səviyyəsi düşüb. Bir izləyici kimi də bəyənmirəm. Bəzi verilişlərə və onların aparıcılarına sərf edir ki, hansısa bir şəxsiyyəti ələ salsınlar, hansına bir sənətkarı insanların gözündən aşağı salsınlar. Amma bu, düzgün deyil. Mən azərbaycanın sənətkarıyam. Mən nə etmişəmsə Azərbaycan üçün etmişəm.
Sənət adamını bu cür alçatmaq, ələ salmaq nəyə lazımdır. Sən xalqın sənətkarını niyə alçaldırsan?”
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Noyabr 2024 18:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri