Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Sənətşünaslıqda rəqəmsallaşdırma və süni intellekt

Sənətşünaslıqda rəqəmsallaşdırma və süni intellekt

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 2-də AMEA Memarlıq və İncəsənət İnstitutu “Sənətşünaslıqda rəqəmsallaşdırma və süni intellekt” mövzusunda dəyirmi masa keçirib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə çıxışında Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Gününün təsis edildiyini diqqətə çatdırıb. Professor bu əlamətdar günün ölkəmizdə geniş qeyd olunduğunu söyləyib. Direktor türk xalqlarının mədəniyyətinin sistemli şəkildə araşdırılması, təhlili və təsnifatının aparılması, habelə onların sənət tarixinin dövrləşdirilməsi problemlərinin nəzəri və metodoloji əsaslarının hazırlanması məqsədilə AMEA Rəyasət Heyətinin qərarı ilə Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbəsinin yaradıldığını bildirib.

Alim qeyd edib ki, türk mədəniyyəti və sənəti hər zaman aktuallıq kəsb etsə də, müasir dövrün çağırışları yeni istiqamətlərə üz tutmağı zəruri edir. Bu baxımdan cari ildə rəqəmsallaşdırma və süni intellekt problemlərinə üstünlük verilib. Digər sahələrdə olduğu kimi, incəsənətdə də süni intellekt yaradıcılıq prosesinin transformasiyasına, yeni ifadə formalarının yaranmasına və sənət anlayışının yenidən dəyərləndirilməsinə şərait yaradır. Süni intellektin incəsənətin müxtəlif sahələrinə təsiri isə fərqli aspektlərdə özünü büruzə verir və bu da mövzunun elmi baxımdan sistemli şəkildə araşdırılmasını zəruri edir.

Daha sonra institutun Türk sənəti tarixi və mədəni irsi şöbəsinin baş elmi işçisi professor Rəna Abdullayeva “Süni intellekt, informasiya mədəniyyəti və sənətşünaslıq” mövzusunda məruzə ilə çıxış edib. Professor qeyd edib ki, “informasiya cəmiyyəti” paradiqması cəmi bir nəsil ərzində formalaşıb. Yeni cəmiyyətin, yəni “üçüncü dalğa” sivilizasiyasının əsasını informasiya nəzəriyyəsi təşkil edib. Bu nəzəriyyə çərçivəsində bütün təbii, sosial və mədəni proseslər “mənbə-mesaj-qəbul edən” sxemi üzrə kommunikasiya aktı kimi nəzərdən keçirilir. İnformasiya nəzəriyyəsi informasiyanın yaranma proseslərini, siqnalların ötürülmə mexanizmlərini, kommunikativ mesajların qavranılması və onlara reaksiya verilmə xarakterini təsvir və izah edir. Buna görə də o, idarəetmə, iqtisadiyyat, hərbi sahə, humanitar və dəqiq elmlər, təhsil, mədəniyyət, incəsənət və media sahələrində praktik tətbiq oluna bilən universal nəzəriyyə kimi qəbul edilir.

Tədbirdə “İncəsənətdə süni intellektin tətbiqi problemləri”, “Qobustan Milli Tarixi-Bədii Qoruğunda rəqəmsallaşdırma və innovativ texnologiyaların muzey turizminə təsiri” və “Rəqəmsal musiqi platformaları və süni intellekt: əlçatanlıq və kəşfin yenidən formalaşması” mövzularında məruzələr dinlənilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Aprel 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri