Icma.az
close
up
RU
Süni intellekt və jurnalistika

Süni intellekt və jurnalistika

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Texnologiyanın inqilab etdiyi indiki dövrdə aktual mövzulardan biri də süni intellektin ən müxtəlif sahələrə, xüsusilə də işçi qüvvəsinə təsiridir. Zaman keçdikcə daha da təkmilləşən süni intellektin müxtəlif fəaliyyət sahələrinə hər nə qədər çox müsbət töhfəsi olsa da, bir sıra peşələri tədricən sıradan çıxaracağı əsas müzakirə mövzularındandır. Bir çox ekspertlər bu məsələlərdən danışarkən süni intellektin jurnalistika sahəsinə də ciddi təsir göstərəcəyini vurğulayırlar.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, jurnalist Hacıbəy Heydərli süni intellektin jurnalistikanın bəzi qollarını sıradan çıxara biləcəyi fikrindədir: "Düşünürəm ki, süni intellektin inkişafı birbaşa medianın fəaliyyətinə təsir edən amillərdəndir. Süni intellekt media ilə birbaşa əlaqəlidir. Yeni yaranan sosial şəbəkələr, proqramlar onu deməyə əsas verir ki, artıq insanların yeni informasiya əldə etmək imkanları sürətlə genişlənir. Süni intellekt vasitəsilə şablon məlumatlar əldə etmək və o məlumatlara çıxış imkanı qazanmaq daha asanlaşır. Bu da təbii ki, medianın işinə birbaşa təsir göstərir. Amma süni intellektin medianı sıradan çıxarması kimi ehtimal ola bilməz. Əksinə, bu, mediaya müsbət təsir göstərə və dəstək ola bilər. Bildiyimiz kimi, son dövrlər süni intellekt vasitəsilə dezinformasiyalar, feyk nyuslar, saxta videolar hazırlanır ki, bu da dünyada peşəkar medianın nüfuzunu artırır və media subyektlərinə daha çox inam yaradır. Təbii ki, burada ən vacib amillərdən biri media savadlılığıdır. Artıq oxucunun qarşısına hər hansı yeni bir məlumat çıxanda onu mütləq həqiqət kimi qəbul etməməli, həmin məlumatlara şübhəçi yanaşmalıdır. Süni intellektin inkişafı ilə bu kimi hallar mediaya ayaq açır. Amma süni intellektin jurnalistikanın bəzi şablon və texniki hissələrini sıradan çıxarması mümkündür. Məsələn, xəbərin sayta yerləşdirilməsi, infoqrafika hazırlanması, məlumatların toplanması, redaktə, korrektə kimi məsələlərə süni intellekt dəstək ola bilər ki, bu da mediada bu sahələrin sıradan çıxması ehtimalını artırır".

Mətbuat Şurası İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünasın fikrincə, süni intellektin jurnalistika sahəsinə təsiri müzakirəyə açıq olan məsələdir: "Jurnalistika yaradıcı peşə hesab olunur. Burada birbaşa müəllifin öz şəxsi yanaşması, analizləri və çıxardığı nəticələr var. Düzdür, süni intellekt müxtəlif həllərdən istifadə edərək müxtəlif xəbərləri, mənbələri araşdırıb, vahid qərara gəlib nəticə çıxara bilir, amma istənilən halda, süni intellektin dayandığı nöqtə də jurnalistlərin yazdığı xəbərlərdir. Jurnalistlər peşəkar şəkildə öz unikal xəbərlərini istehsal etməsələr, medianı məzmunla təmin etməsələr, süni intellekt həmin məzmunlardan istifadə edib nəticə çıxara, insan yaradıcılığını vahid mənbə kimi götürə bilməyəcək. Sözsüz ki, süni intellektin jurnalistikanın müxtəlif sahələrində təsirləri olacaq. Sıradan çıxaracağı birinci sahə tərcümə jurnalistikasıdır. Artıq gələcəkdə redaksiyalarda tərcüməçilər fəaliyyət göstərməyəcək. Çünki süni intellekt çox yaxşı tərcümə qabiliyyətinə sahibdir, hazırda sadəcə linki süni intellektə göndərməklə həmin xəbərin tərcüməsini əldə etmək mümkündür. İkinci məsələ isə korrektədir. Artıq süni intellekt bir çox dillərin qrammatik qaydalarını çox yaxşı mənimsəyib və bu səbəbdən korrektə işini də görməyi bacarır. Buna görə də korrektorların işi təhlükə altındadır. "Kopyala, yapışdır" məntiqi ilə çalışan jurnalistlər də öz işlərini itirəcəklər. Məsələn, hər hansı şirkətdən press-reliz gəlir və həmin press-relizi sayta yerləşdirməyi, onun əsasında xəbər yazmağı süni intellekt rahatlıqla görə bilir. Bu da o deməkdir ki, gələcəkdə bu sahədə çalışanlar da öz işlərini itirəcəklər. Burada işlərini itirməyən şəxslər süni intellektlə yaxşı işləməyi bacaranlar və öz fərdi yanaşmasını ortaya qoyan, unikal məqalələr yaradan jurnalistlər olacaqlar. Süni intellekt hadisələri insanlar səviyyəsində dəyərləndirib nəticələr çıxara bilmir, burada müxtəlif aspektlər, emosional yanaşmalar, insan zəkasının ortaya qoyduğu məhsullar var. Ona görə də sadaladığımız sahələr istisna olmaqla, jurnalistika əslində, süni intellektin vasitəsilə inkişafa doğru gedəcək. Xüsusən də dezinformasiyaların aşkara çıxarılması, saxta xəbərlərin, yalan məlumatların ortaya qoyulması daha da rahatlaşacaq. Xəbərlərin avtomatik yazılması dəbə düşəcək. Artıq bir redaksiyada bir neçə jurnalist və yaxud redaktor saxlamağa ehtiyac olmayacaq. Süni intellektin köməyi ilə bunu bir-iki nəfər özü rahatlıqla həll edə biləcək. Əslində daha effektiv, daha yaradıcı iş prosesi ortaya çıxacaq. Təbii ki, süni intellektin müəllif hüquqları məsələsinə də diqqət etmək lazımdır. Bu, bütün dünyada müzakirə olunan məsələdir. Süni intellekt insan yaradıcılığına və yaxud jurnalistlərin yazdığı fərdi məqalələrə istinad etdiyinə görə həmin insanların fikirlərini götürür. Burada təbii ki, müəllif hüquqları məsələsi ortaya çıxır, bu da qanunvericilik bazası ilə qorunmalıdır. Hazırda beynəlxalq jurnalist təşkilatları bunun üzərində müxtəlif çalışmalar aparırlar ki, məhz süni intellektin müəllif hüquqlarına əməl etməsinə diqqət ayırsınlar və yaxud süni intellektlə yaradılan məzmuna saytlarda istinad olunsun. Bu mövzunun etik tərəfləri işlənilir və gələcəkdə tətbiq olunacaq".

Mətbuat Şurası sədrinin müavini, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu media sahəsində texnoloji inqilabın jurnalistikanın gələcəyini köklü şəkildə dəyişməkdə olduğunu bildirib: "Müasir texnologiyaların sürətlə inkişaf etməsi jurnalistika sahəsində də köklü dəyişikliklərə səbəb olub. Xüsusilə, süni intellektin  beynəlxalq jurnalistikada istifadəsi informasiya istehsalı, yayımı və istehlakı prosesini yeni bir mərhələyə daşıyıb. Müasir günümüzdə süni intellektdən beynəlxalq jurnalistikada bir çox sahədə istifadə olunur. Xəbər agentlikləri avtomatlaşdırılmış sistemlərdən istifadə edərək maliyyə, idman və hava proqnozu kimi sahələrdə qısa zamanda məqalələr hazırlayırlar. "Associated Press" (AP) və "Bloomberg" kimi nüfuzlu media qurumları süni intellekt vasitəsilə avtomatik xəbər yazan sistemlərdən istifadə edir. Bundan başqa, fakt-yoxlama və dezinformasiyanın aşkarlanması süni intellektin vacib funksiyalarından biridir. Müasir media məkanında dezinformasiyanın yayılma sürətinin artması jurnalistikanı ciddi çağırışlarla qarşı-qarşıya qoyub. "Google Fact Check Tools" və digər fakt-yoxlama alətləri süni intellekt vasitəsilə yanlış informasiyaların mənbəsini araşdırır və oxuculara etibarlı məlumat təqdim etməyə kömək edir".

V.Zifəroğlunun sözlərinə görə, süni intellektin beynəlxalq jurnalistikadakı rolu sadəcə kontent istehsalı ilə məhdudlaşmır, o, eyni zamanda media monitorinqini effektiv şəkildə həyata keçirməyə də imkan yaradır: "Jurnalistlər süni intellekt alətlərindən istifadə edərək ictimai rəyi analiz edir, sosial medianı izləyir və qlobal hadisələrin gedişatını öncədən proqnozlaşdıra bilirlər. Süni intellekt həm də auditoriyanın maraqlarına görə fərdiləşdirilmiş xəbər yayımına imkan yaradan alqoritmlərlə təchiz olunub. "Google News" və "Apple News" kimi platformalar oxucuların xəbər oxuma seçimlərinə əsaslanaraq onlar üçün ən aktual və maraqlı xəbərləri sərgiləyir. Buna baxmayaraq, süni intellektin jurnalistikada istifadəsi bir sıra etik və praktiki problemlər yarada bilir. Onlardan biri obyektivlik məsələsidir. Süni intellekt alqoritmləri insan tərəfindən proqramlaşdırıldığı üçün onlar da qərəzli ola bilər və bəzi informasiyaları şüurlu şəkildə səhv analiz edə bilər. Bu isə informasiya manipulyasiyaları üçün geniş imkanlar yaradır".

Müsahibimiz bildirib ki, jurnalistikanın əsas özəlliklərindən biri olan araşdırma və tənqidi düşüncə süni intellekt tərəfindən tam icra edilə bilmir: "Süni intellekt məlumatları sıralaya və əmələ gətirə bilsə də, orijinal araşdırmalar aparmaq, jurnalist etikası çərçivəsində obyektiv yanaşma təmin etmək kimi əsas bacarıqlara sahib deyil. Şübhəsiz ki, bu dəyişikliyə uyğunlaşmaq və jurnalistikanın davamlılığını təmin etmək üçün həm fərdi jurnalistlər, həm də media quruluşları yeni yanaşmaları qəbul etməlidirlər. Bu gün VR (Virtual Reality) və AR (Augmented Reality) texnologiyaları istifadəçilərə hadisələri "yerindəcə" yaşamaq imkanı verir, immersiv jurnalistikanı inkişaf etdirir. İstəsək də-istəməsək də, sosial media jurnalistikada həm mənbə, həm də platforma kimi çıxış edir. Əsas xəbər hadisələri tez-tez sosial mediada başlayır. Jurnalistlər mürəkkəb sosial, iqtisadi və siyasi problemləri anlamaq üçün böyük data bazalarını analiz edirlər, məlumatların daha aydın çatdırılması üçün interaktiv qrafiklərdən və vizual elementlərdən yararlanırlar. Təbii ki, bütün bu dəyişikliklərə hazır olmaq çox önəmlidir. Jurnalistlər süni intellekt alətlərindən, məlumat analitikası proqramlarından və avtomatlaşdırma texnologiyalarından istifadə etməyi öyrənməlidirlər. Media təşkilatları texnoloji startaplarla əməkdaşlıq qurmalı, innovativ alətləri öz iş axınlarına inteqrasiya etməlidirlər. Bir də təbii ki, davamlı təhsil. Jurnalistlər üçün texnoloji yeniliklərə dair davamlı təhsil proqramları təşkil olunmalıdır. Bu proqramlar həm akademik qurumlar, həm də media təşkilatları tərəfindən dəstəklənə bilər. Nəzərə almaq lazımdır ki, mediada texnoloji yeniliklər jurnalistləri monoton işlərdən azad edərək, daha yaradıcı və dərin analitik işlərə fokuslanmağa imkan verəcək. Eyni zamanda, jurnalistikanın həqiqəti axtarmaq və cəmiyyətə təsir göstərmək mahiyyəti dəyişməyəcək. Bu səbəbdən, yeni texnologiyalara uyğunlaşmaqla yanaşı, ənənəvi jurnalistikanın əsas prinsipləri də qorunmalıdır. Süni intellekt beynəlxalq jurnalistikanı dəyişdirir və daha səmərəli, sürətli xəbər yayımına imkan yarıdır. Lakin bu texnologiyanın etik istifadəsi və insan jurnalistlərin rolu mühüm olaraq qalır. Gələcəkdə jurnalistika sahəsində süni intellekt və insan əməyi bir-birini tamamlayan ünsürlər olaraq varlıqlarını qoruyacaqlar. Jurnalistikanın mahiyyəti tənqidi düşüncə və etik prinsiplər üzərində qurulduğu üçün süni intellekt insan jurnalistləri tam əvəz etmək əvəzinə, onların işini asanlaşdıran bir vasitə olaraq qalacaq".

Ləman İLKİN

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:48
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramazan ayının başlanması ilə bağlı fətva verilib – bilməli olduğunuz məqamlar

27 Fevral 2025 13:45see259

Fənərbaxça bütün matçlarda əcnəbi hakimlər tələb edib

27 Fevral 2025 01:05see226

Filippində YANĞIN 8 ölü

27 Fevral 2025 16:40see175

Qazaxda 15 yaşlı qızı ZORLA QAÇIRDILAR ÖZƏL

27 Fevral 2025 21:51see161

Qızları ən gözəl, oğlanları isə yaraşıqlı olan yeganə BÜRC

28 Fevral 2025 01:00see152

Rusiya ABŞ a təklif: İşğal qənimətlərinə şərik edir

27 Fevral 2025 01:52see135

Rusiyada Putinin qərarlarına kim daha çox təsir edə bilir? Budanov

27 Fevral 2025 16:37see128

ADU da Xocalı faciəsinə həsr olunan anım tədbiri keçirildi

27 Fevral 2025 02:16see127

Kloze Mahir Emreli barədə: Ona dedim ki, hamı kimi özünü sübut edə bilər

27 Fevral 2025 12:17see123

Naxçıvan və Xaçmaza yeni qazılar təyin edilib

27 Fevral 2025 16:28see122

ABŞ NATO dakı tərəfdaşlarına vəsait ayrılması üçün şərtini açıqlayıb

26 Fevral 2025 18:33see122

Media Trampın Zelenskinin Vaşinqton səfərini ləğv etdiyini iddia edir

27 Fevral 2025 20:12see121

Bağırsaq xərçənginin insanın üzündə görünən əlaməti

27 Fevral 2025 16:13see120

Bu şəxslərə səyahət qadağası QOYULDU

27 Fevral 2025 16:58see120

Misirlə Körfəz ərəb ölkələri elektrik şəbəkələrini birləşdirirlər

27 Fevral 2025 19:55see118

Lukaşenkodan Ukrayna açıqlaması: “Rusiya heç vaxt buna razı olmayacaq”

27 Fevral 2025 20:16see114

Rusiya ABŞ görüşü başa çatdı: Danışıqlar 6 saatdan çox davam edib

27 Fevral 2025 18:22see114

Rusiya Ukrayna hərbi aerodromlarının infrastrukturuna zərbələr endirdi

27 Fevral 2025 16:47see113

“TikTok”un yeni trendi Dubay Şokoladını unutdurur: Mələk saçı şokoladları

27 Fevral 2025 08:32see112

Deputat: Qərbi Azərbaycan həqiqətlərini əks etdirən materiallar dərsliklərə daxil edilməlidir

27 Fevral 2025 17:20see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri