Icma.az
close
up
RU
Səni şüşə divarın arxasından görmək... Berqmanın məşhur aktrisaya məktubu

Səni şüşə divarın arxasından görmək... Berqmanın məşhur aktrisaya məktubu

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Bu gün görkəmli İsveç rejissoru İnqmar Berqmanın doğum günüdür.

Kulis.az Samirə Əşrəfin onun haqqında yazısını təqdim edir.

Liv Ulman 16 dekabr 1939-cu ildə Tokio şəhərində norveç əsilli ailədə doğulub. Məktəbi bitirdikdən sonra sənədlərini Londondakı İncəsənət Dram məktəbinə verib. Oranı bitirdikdən sonra ailəsi ilə birlikdə Norveç şəhərinə köçür.

Aktrisanın ilk rolu 1957-ci ildə Stavanqere şəhərində fəaliyyət göstərən “Roqaland” teatrında olur. Tamaşa zamanı Livi səhnədə görən rejissor İnqmar Berqman aktrisa ilə tanış olur və onu “Persona” filminə dəvət edir. Həddindən artıq utancaq və sadə xasiyyətli Liv İnqmar Berqmanın bu təklifi ilə razılaşır.

Həmin vaxt Livin iyirmi beş Berqmanın isə qırx altı yaşı vardı.

“Persona” filminin çəkilişləri vaxtı onlar bir-birlərinə aşiq olurlar. Liv daha gənc olduğundan hislərini daha tez biruzə verir. Xatirələrində hər səhər göz yaşları içərisində ayılıb çəkilişə getdiyini deyən Ulman rejissorun da ona biganə qalmadığını qeyd edir: “Çəkiliş arası fasilələrdə mən həmişə bir kənara çəkilib kitab oxuyurdum. Hərdənbir fürsətdən istifadə edib onlara baxırdım və Berqmanın davamlı mənə baxdığını görürdüm. Bu xoşuma gəlirdi.”

Rejissor isə Livə yazdığı məktublarının birində məhəbbətini belə izhar edir: “Sevgili Liv, hər yerdə varsan. Pəncərədən süzülən işıqda, yataqda, stulda, hamamın qapısında… Səni şüşə divarın arxasından görmək mənə cəhnənnəm əzabı yaşadır. Mənimlə bir əlaqə yaratmağın üçün dua edirəm. Bütün qəlbim səni arzulayır. Qadınlığınla, şəfqətinlə qucaqla məni.”

“Persona” filminin çəkilişləri bitən kimi Liv Norveçə dönür. Onu bu addımı atmağa aradakı yaş fərqini və Berqmana daha çox bağlanma qorxusu vadar edir. Berqman isə firkiləşmədən bir neçə gün sonra Ulmanın ardınca Norveçə gedir. Onu tanıyan bir neçə yaxın adamdan və ən yaxın rəfiqəsi Bibi Andersondan Livi xəbər alıb, onun yaşadığı evə gəlir və aktrisaya məhəbbətini bildirib onunla birlikdə yaşamasını xahiş edir.

Lakin həmin vaxtı onlar hər ikisi ailəli idilər. Liv isə Berqmandan uşaq gözləyirdi. Aktrisa qeyri-münasibətini ərinə açıqlamağa ürək etmir. Bu barədə anası qədər sevdiyi qaynanasına məktub yazıb ərinin evini tərk edir.

Berqman onu ilk dəfə tanış olduqları Baltik dənizinin sahilində yerləşən Forye adasına gətirir. Orada isə Livi inanmayacağı bir sürpriz qarşlıayır. Berqman onların birgə yaşayacağı evi məhz həmin adada inşa etdirir. Onlar qanuni nikaha girməsələr də həmin gündən etibarən birlikdə yaşamağa başlayırlar.

Günün çox hissəsini öz otağında ssenarilərini yazmaqla, kitab oxumaqla keçirən Berqman Livə qarşı çox qısqanc və tələbkar olur. Evə heç kimi qonaq qəbul etməməyi və onun icazəsi olmadan harasa getməyi aktrisaya qadağan edir. Bir müddət sonra aktrisa analıq səadətini yaşayır. 1966-cı ildə onların Linn adlı qızları dünyaya gəlir. Lakin qızlarının olması belə onların ailəsindəki söz-söhbəti azaltmır. Əksinə rejissor hər gün daha çox qısqanc və dözülməz olmağa başlayır. O, Livi ətrafda olan hər kəsə qısqanır, onu evdən bayıra buraxmır, çəkilişlər zamanı isə aktrisaya olmazın əziyyətlər verməyə başlayır. Ulmanın sadə və həlim xasiyyəti ailəsində baş verənləri sakitliklə qarşılamağa məcbur edir. Lakin vəziyyət getdikcə dözülməz həddə çatır. İnqmar və Liv ayrılmağa qərar verirlər. Aktrisa qızının və özünün əşyalarını yığıb evi tərk edərək Norveçə ailəsinin yanına yola düşür. Və teatrda işə düzəlir.

Ara sıra aktrisaya məktub yazan İnqmar bir məktubunda belə yazır: “Liv, indi bu ayrılığın nə qədər lazımlı olduğunu anlayıram. Əks halda bir-birimizi oda atmış olacaqdıq. Və biz hələ də yaşamağı bacara bilərik. Daim fiziki və mənəvi ağrı duyuram. Sən məni başa düşürsən. Səni sevirəm. Mənim kiçik, sevgili dostum.”

Berqmanla ayrılığı həzm edə bilməyən aktrisa özünü bütünlüklə teatrdakı işinə həsr edir. Elə həmin ərəfədə Liv Hollivudda filmə çəkilmək üçün yaxşı təkliflər alır. Tezliklə Hollivuda gedən aktrisa gözlənilməz tamaşaçı sevgisi ilə rastlaşır. Ard-arda dörd filmə çəkilən Liv xeyli teleşouların, proqramların qonağı olur. Elə həmin dövrdə onun “Dəyişikliklər” adlı avtobioqrafik kitabı çap olunur. Aktrisa kitaba uşaqlıq, gənclik illərindən bəhs edən xatirələrini daxil edir. Həmçinin çəkildiyi filmlərdə baş verən maraqlı əhvalatları, İnqmarla olan bərabərlikləri zaman yaşananları da qeyd etməyi unutmur. Gündən-günə məşhurlaşan aktrisa tezliklə digər məşhur rejissolardan və Berqmandan iş təklifləri almağa başlayır.

Aktrisa ilə Berqmanın ailə həyatı müvəffəqiyyətsiz olsa da, onların dostluğu və işbirliyi uzunmüddətli olur. Belə ki, sonralar ona məşhurluq gətirən ən yaxşı rollarını İnqmar Berqmanın filmlərində yaradır. “Canavar vaxtı”, “Qorxu”, “Pıçıltı və qışqırıq”, “Payız sonatası”, “Sarabanda” kimi filmlərə çəkilən aktrisa 90-cı illərin əvvəlində özünü rejissor kimi də sınayır və altı film çəkir.

Heç vaxt ailə həyatı qurmayan aktrisanın adı həm də rus rejissoru Andrey Konçalovski ilə hallanır. Aktrisaya vurğun olan Konçalovski onun ardınca Norveçə gedir. Rejissorun hər hansısa iş təklifi edəcəyini gözləyən aktrisa onunla görüşüb işlədiyi teatrın kafesində nahar edir. Lakin Liv biləndə ki, Konçalovski ancaq onu görmək üçün Norveçə gəlib bundan xeyli mütəəssir olur. Liv rejissoru evinə qonaq dəvət edir. Onlar gecə səhərə qədər şərab içib söhbətləşirlər.

Aktrisa sonuncu dəfə 2013-cü ildə Georq Massın “İki həyat” filminə şəkilib. Liv Ulman hal-hazırda yetmiş yeddi yaşındadı. O, qızı və nəvələri ilə birgə Norveçdə yaşayır.

"Üzeyir Hacıbəyovun şəxsiyyəti mənim üçün qaranlıqdır" - Məqsədləri onu şərləyib tutdurmaq idi... “Azərbaycan kinooperatorları” kitabı nəşr olundu Bəstəkarlar İttifaqının yaranması günü münasibətilə konsert
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://kulis.az
archiveBu xəbər 14 İyul 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see252

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see201

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see179

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see177

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see171

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see166

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see164

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see156

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see153

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see152

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see146

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see145

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see145

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see145

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see144

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see142

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri