Icma.az
close
up
RU
“Sənin bizimlə dərdin nədir, Rusiya?!”

“Sənin bizimlə dərdin nədir, Rusiya?!”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyada yaşayan azərbaycanlılara, doğma həmvətənlərimizə qarşı törədilən cinayətlərə göz yummaq, bu vandal hərəkətlərə susqun qalmaq heç şübhəsiz ki, mümkün deyil. Ona görə də bəzi məqamları vurğulamaq yerinə düşər.

Əvvəla;

Əmr kimdən gəlib? – Hansısa (sıradan) təxribatçıdan, sahə müvəkkilindən, müstəntiqdən, prokurordanmı? Xeyr, əlbət! Sifarişçi Putindir. Birmənalı və birbaşa Putin!

Yaxşı bəs dərdi nədir, Putinin?! Bizimlə, qırğızlarla, türkmənlərlə, özbəklərlə? – Məncə, bunu onun heç özü də bilmir.

Fəqət, hər kəsin bildiyi dəqiq şeylər var. Hansı ki, açıq formada deyilməlidir;

Rusiya heç zaman düzəlmədi və düzəlməyəcək!

İstəyirsən barmağını bala batır, ağzına qoy, yenə düzəlməyəcək. Qulağından dəyəcək, dəyməli olan sillənin daha gur, daha effektli çatlaması üçün bütün bəşəriyyət həmrəylik, səfərbərlik nümayiş etdirməsə - düzəlməyəcək! Düzəlməyəcək ki, düzəlməyəcək.

Rusiya – şovinist təfəkkürün doğulduğu, boya-başa çatdığı, çiçəkləndiyi bir məmləkətdir. Burada terror cinayət deyil, adətdir. Burada qəsbkarlıq beynəlxalq hüquq normalarının pozulması deyil, dədə-baba qaydasıdır. Burada kiməsə işgəncə vermək, kimisə gəlib evində öldürmək namərdlik deyil, qəhrəmanlıqdır.

Burada adam qətl edən fəxri-fərmanla, təyyarə vuran isə medalla təltif edilir. Özü də dərhal!

Rusiyanın indiyə qədər gəlib-keçmiş ən böyük, ən ali şücaət obrazı, mərdlik etalonu - skinhedlərdir! Yəni, başkəsənlər....Hərgah, hazırda bu ölkənin hüquq-mühafizə orqanları elə oyunlar çıxardır, elə vəhşiliklərə imza atır, elə yaramaqlıqlarla gündəmə gəlirlər ki, artıq həmin skinhedlərin elədikləri belə kölgədə qalmış durumdadır.

Rusiya dünyanın az qala 5-də birinə sahibdir. Amma yenə də gözləri doymur ki, doymur! Sağdan istila, soldan istila, mərkəzdən istila. Oradan problem-buradan problem.

Bitiblər, tükəniblər, sarsılıblar, amma yenə dayanmırlar!

Rusiya zaman-zaman hər pisliyi edib bizə. Tarixin bütün dönəmlərində.

20 yanvar faciəsi kimin “əsəri”i idi? – Təbii, onların. Qarabağda 30 il boyunca müşayiət olunan ədalətsizlik əsas kimin ucbatından idi? – Yenə də Rusiyanın. Təyyarəni kim vurdu? Ölkəmizdə casus şəbəkəsi qurmağa kim çalışdı? Kiberhücumları kim təşkil etdi? Üzdə, dildə tərəfdaş desə də sülhə ən böyük mane kim oldu?

Rusiya, Rusiya, yenə də Rusiya....

Adam zehnini qurdalayıb, təfəkkürünə axtarış verib bircə hadisə üzərindən belə deyə bilmir ki, bax, filan vaxt Rusiyadan bizə xeyir gəlib. Yoxdur belə fakt! Ancaq pislik və pislik! Bilirsinizmi niyə?! Çünki, bunların yaxşılıq anlayışı, yaxşılıq damarı, yaxşılıq qabiliyyəti, yaxşılıq fəlsəfəsi yoxdur. Çünki bunların xəmiri yamandan, qandan, ziddiyyətdən, provokasiyadan yoğrulub.

Çünki, öz millətindən, öz slavyan soyundan, öz dilindən və dinindən olan ukraynalılara qarşı ən ağır cinayətləri törədənlərdən, Buça kimi soyqırım aktını icra edənlərdən başqa bir şey gözləməyə dəyməz...

Ən repressiv sistemlər, ən qəddar diktatorlar belə amansızlığın bu həddinə qədər irəliləməyib...

Hətta Stalin də kimisə öz “qara siyahısına” salanda ilk öncə onun məhkəməsini keçirib, sonra güllələtdirirdi.

Amma Putin...bu dəfə bütün qırmızı xətləri keçdi və bəlkə də həyatının ən böyük səhvlərindən birini etdi.

Ona görə də cavab gecikməyəcək və ən sərt, kəskin formada veriləcək!

Başa düşdükləri dil nədirsə, hansıdırsa - həmin dildə!

***

Biz Rusiyaya lazım deyiliksə, Rusiya bizə dünəndən lazım deyil.

Hətta, biz Rusiyaya lazım olsaq belə, Rusiya bizə dəqiq lazım deyil.

P.S. Zatən “izqoy”lardan nə qədər uzaq dayansaq, bir o qədər yaxşıdır...

Elşən Musayev, Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 İyun 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri