Icma.az
close
up
RU
“Sənin kreditini ödəyəcəyik, sən isə döyüşə gedəcəksən…”

“Sənin kreditini ödəyəcəyik, sən isə döyüşə gedəcəksən…”

Icma.az, Sia Az saytına istinadən bildirir.

Moskva polisi özbək miqrantı Ukraynada döyüşməyə məcbur etməyə çalışıb…

...Özbəkistanlı miqrant onu Ukraynada müharibəyə getməyə məcbur edən Rusiya polisinin zorakılığı barədə məlumat verib.

SİA-nın məlumatına görə, Yusif adlı özbək Moskvada işləyib və növbəti reyddən sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Miqrantın sözlərinə görə, polis bölməsində ona qarşı güc tətbiq edilib və o, Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edilib.

Mənə “sən müharibəyə gedəcəksən!”- dedilər. Cavab verdim ki, Özbəkistan vətəndaşıyam, ona görə də döyüşməyə getməyəcəyəm.

Qeyd etdiyimiz kimi, miqrant Moskvada işləyirmiş, sənədləri yoxlandıqdan sonra onu polis bölməsinə aparıblar.

Orada Yusifin iddia etdiyi kimi, ona təzyiq edərək döyüşə getməsini tələb ediblər: Mən dedim ki, bu münaqişədə iştirak etmək məcburiyyətində deyiləm. Sonra pasportumu götürdülər və bildilər ki, borcum var. Təklif etdilər: “Kreditini ödəyərik, sən də döyüşəsən”.

Bu zaman dizdən aşağı dəyənəklə iki dəfə vurdular və dedilər ki,...gedəcəksən!

Bundan sonra boynumdan tutub divara sıxdılar, razı olmayacağımı anladılar.

Onlara dedim ki, səfirliklə əlaqə saxlayıb oradan kömək alım. …Və 10 dəqiqədən sonra məni buraxdılar.

Əslində Yusif Özbəkistanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlasa da, onun sözlərinə görə, orada ona heç bir köməklik olmayıb

Qeyd edilməlidir ki, Yusif bankdan kredit götürüb və indi 400 min rubl qaytarmalıdır.

…Hüquq müdafiəçisi Valentina Çupikin sözlərinə görə, Rusiya hakimiyyəti indi miqrantların borclarından başqa bir təzyiq forması kimi istifadə edir və onları müharibəyə …Güman edirəm ki, onlar borclu məlumat bazası üzərində işləyirlər, çünki ruslar haqqında bunu eşidirəm. Onları borcluların məlumat bazası ilə yoxlayırlar və bu bəhanə ilə deyirlər: “Ya səni kredit fırıldaqçılığına görə həbs edirik, ya da müqavilə imzalayırsan”. Təbii ki, bu, insan hüquqlarının tamamilə pozulmasıdır…

Bu, Çupikinanın sözləridir.

…Yusif deyir ki, səfirliyə baş çəkdikdən sonra vəziyyət təkrarlanıb. Onu yenidən polis saxlayıb: sənədlərini yoxlayıb, borcunu biliblər. Daha sonra Daxili İşlər Nazirliyinin əməkdaşları yenidən orduda xidmət üçün müqavilə bağlamağı təklif ediblər. Özbək səfirliyə zəng vursa da, cavab verən olmayıb. Miqrant müvəqqəti olaraq vətəninə qayıtmaq qərarına gəlib.

Hazırda Özbəkistan səlahiyyətlilərindən kömək diləyən Yusif deyir ki, pul qazanmaq və krediti ödəmək üçün Rusiyaya qayıtmağa məcburdur.

Qorxur ki, onu yenidən müharibəyə cəlb etməyə çalışacaqlar. Özbəkistanda muzdluluq cinayət sayılır.

Miqrant Media layihəsinin jurnalistləri Özbəkistanın Rusiyadakı səfirliyi ilə əlaqə saxlamağa çalışıblar.

Amma cavab hələ alınmayıb.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Aprel 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri