Icma.az
close
up
RU
Bir manat əvəzinə üç manat ödəyəcəyik

Bir manat əvəzinə üç manat ödəyəcəyik

Icma.az, News24 saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək.

Bu isə o deməkdir ki, "Dərnəgül"dən "Əhmədli"yə və əks istiqamətdə gedən sərnişinlər çətinliklə üzləşəcək. Belə ki, "Əhmədli" istiqamətindən gələn sərnişinlər "28 May"da düşməli olacaqlar. Onlar piyada, avtobus və ya taksi ilə "Nizami"yə getməli, sonra həmin stansiyadan "Dərnəgül" istiqamətinə doğru hərəkətə davam etməlidirlər. "Dərnəgül"dən gələn sərnişinlər də eyni çətinliklə üzləşəcəklər. Təbii ki, bütün bunlar sərnişinlər üçün vaxt itkisi ilə yanaşı əlavə xərclərə də səbəb olacaq.

Qeyd edək ki, metrodan gündəlik orta hesabla 500 min nəfər istifadə edir. Bunun da təqribən 300 mini “Dərnəgül” istiqamətində hərəkət edir. Sözügedən istiqamətdə qatarların hərəkətində tətbiq olunacaq məhdudiyyətdən sonra isə sərnişinlər gündəlik 1 manat yox, 3 manat ödəməli (ay ərzində əlavə 60 manat) olacaq. Bu da ay ərzində 18 milyon, qeyd olunan tunelin inşası üçün nəzərdə tutulan 8 ay ərzində isə 144 milyon manat edir.

Söz yox ki, burada qazanan yenə “Bakı Metropoliteni” və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olacaq. Metrodan istifadə edən 100 minlərlə vətəndaşa isə üzləşdiyi həm maddi, həm də mənəvi çətinliklər qalacaq.

Bu qərar əhalinin metrodan istifadəsinin yaxşılaşdırılması, sıxlığın aradan qaldırılması üçün nəzərdə tutulmuş olsa da, əlavə xərcləri nəzərə aldıqda son nəticədə vətəndaşların hüququ pozulmuş olmurmu? Olmazmı ki, əhalinin əlavə xərcə düşməsinin qarşısı almaq məqsədiylə “Bakı Metropoliteni” və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi sözügedən istiqamətdə pulsuz avtobuslar ayırsın?

Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran deputat Razi Nurullayev bildirdi ki, “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşası vətəndaşların rahatlığı üçündür:

“Bu bir dövlət layihəsidir. Səbəb isə vətəndaşların rahatlığını təmin etmək, Bakı şəhərində sıxlığın aradan qaldırılmasıdır. İnşaat 2025-2030-cu illər layihəsi çərçivəsində həyata keçiriləcək. Bu cür layihələr həyata keçirilən zaman istər Azərbaycan olsun, istərsə də başqa dünya ölkələri təbii ki, müəyyən məhdudlaşdırıcı addımlar atılır. Sərnişinlər müəyyən zaman müddətində həmin rahatlıqdan məhrum olurlar. Amma bu rahatlıqdan və yaxud metro stansiyasından istifadə etməməsi səbəbindən onlara kompensasiya verilməsi dünya təcrübəsində mümkün deyil. Ona görə də yəqin ki, hökumət bunu nəzərdən keçirməyəcək”.

Razi Nurullayevin fikrincə, daha yaxşı olardı ki, pensiyaçılara və tələbələrə daimi belə güzəştlər olunsun:

“İstənilən halda mən onun tərəfdarıyam ki, Azərbaycanda pensiyaçılar, tələbələr və müxtəlif həssas kateqoriyalarla bağlı müəyyən güzəştlər tətbiq edilsin. Onlara xüsusi kartlar verilsin və bu da dövlət büdcəsindən ödənilsin. Bu təcrübə əksər ölkələrdə mövcuddur. Lakin ümumilikdə bütün vətəndaşlara bu cür güzəştlərin tətbiq edilməsi mexanizmi yoxdur. Ona görə də düşünmürəm ki, belə bir məsələ nəzərdə tutula bilər və yaxud hökumət belə bir addım atar”.

İqtisadçı ekspert Rəşad Həsənov da bildirdi ki, istər dünya, istərsə də Azərbaycan təcrübəsində qeyd olunan istiqamətdə hər hansı bir güzəşt yoxdur:

“Əgər dövlətin hərəkəti və ya hərəkətsizliyi səbəbdən vətəndaşa, biznesə hər hansı bir zərər dəyirsə, qanunvericiliklə bu zərərin kompensasiyası hökumətin və onun ayrı-ayrı strukturlarının yerli özünüidarəetmə orqanlarının öhdəliyinə daxildir. Lakin bu, Azərbaycanda demək olar ki, praktikada çox da sınanmamış mexanizmlərdən biridir. Hətta əhaliyə xidmət edən qurumların vətəndaşa dəymiş ziyanın ödənilməsi halları belə yoxdur".

Ekspert onu da qeyd etdi ki, hətta dünya ölkələrində vətəndaşa hər hansı bir səbəbdən dəymiş zərər kompensasiya edilsə də bizdə bu baş vermir:

“Dünya təcrübəsində elektrik enerjisinin, qaz təchizatının və digər kommunal xidmətlərin təşkilini həyata keçirən şirkətlər yaranmış problem zamanı dəymiş zərərin kompensasiya məsuliyyəti daşıdıqları halda Azərbaycanda bu baş vermir. Lakin istənilən halda sözügedən proses maksimum sürətlə idarə olunmalı, müvafiq xidmətlər yenidən çevik şəkildə tətbiq olunmalıdır ki, bu, uzunmüddətli fəsadlara, insanların həyatında və şəhərin gündəlik ab-havasında qalıcı təsirlərə gətirib çıxarmasın”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://news24.az
archiveBu xəbər 11 Aprel 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri