Icma.az
close
up
RU
Şenol Günəş: Türkiyə millisi bu nəticədən dərs çıxarmalıdır

Şenol Günəş: Türkiyə millisi bu nəticədən dərs çıxarmalıdır

Icma.az bildirir, Modern.az portalına istinadən.

Türkiyə millisinin Paraqvaya 0:1 hesabı ilə məğlub olaraq 2026-cı ilin Dünya Çempionatı ilə vidalaşması qardaş ölkədə böyük üsüntü ilə qarşılanıb.
Modern.az xəbər verir ki, milli komandanın keçmiş baş məşqçisi Şenol Günəş də məsəlyə münasibət bildirib.
Günəş bildirib ki, komandanın məsul şəxsi baş məşqçi Vincenzo Montelladır və cavabları da o verməlidir.

TRT Spor-a danışan Şenol Güneş deyib:

“Ümidlərimiz çox böyük, hədəfimiz yüksək idi. Kağız üzərində hətta 1/4 finala qədər gedə biləcəyimizi düşünürdük. Oyun və qol vəziyyətləri baxımından üstün idik, yaxşı görünürdük, amma nəticə ala bilmədik. Futbolçuların fərdi keyfiyyəti baxımından da üstün tərəf biz idik”.

Paraqvayın müdafiə futbolu oynayacağını gözlədiklərini bildirən mütəxəssis əlavə edib:

“Rəqib ilk zərbəsində qol vurdu. Onsuz da onların müdafiə olunacağını gözləyirdik. Yaxşı qapanırlar və sürətli əks-hücumlar qururlar. İlk qolda rəqibə çox boşluq verdik və zərbə vurmasına imkan yaratdıq”.

O, Türkiyə millisinin oyununda keyfiyyət çatışmazlığının hiss olunduğunu vurğulayıb:

“Futbolçularımızın istedadına uyğun nəticə gətirəcək hərəkətlər olmadı. Cinahlarda müəyyən üstünlüklər əldə etdik, amma qolu tapa bilmədik. On nəfər qaldıqları halda belə, rəqib hücuma çıxanda yenə səhvlər etdik. Bu cür keyfiyyət çatışmazlığı Dünya Kuboku səviyyəsində dərhal görünür”.

Montella haqqında danışarkən isə Şenol Güneş bunları deyib:

“Vincenzo Montella əlindən gələnin ən yaxşısını etməyə çalışır. Məsul şəxs odur və cavabları da o verəcək. Biz rəqiblərdən zəif deyildik, amma onlardan daha yaxşı futbol oynamadıq. Heyətdə 11 fərqli oyunçu olsa belə, çox şeyin dəyişəcəyini düşünmürəm. Həm məşqçi, həm də futbolçular bu nəticədən dərs çıxarmalıdırlar.

Futbolçuların nə qədər üzgün olduqlarını bilirəm, amma artıq ediləcək bir şey yoxdur. Günahkar axtarmaq yox, nəticədən nəticə çıxarmaq, yeni fikirlərlə daha doğru yolu tapmaq lazımdır”.
Xatırladaq ki, Şenol Güneşin rəhbərliyi altında Türkiyə millisi 2002-ci ilin Dünya Çempionatında 3-cü yeri tutaraq tarixinin ən böyük uğurlarından birini qazanmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 İyun 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri