Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Sentyabr ayında Ermənistan mediasında qeydə alınan sülh əleyhinə çağırışlar

Sentyabr ayında Ermənistan mediasında qeydə alınan sülh əleyhinə çağırışlar

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sentyabr ayı da Ermənistanla Azərbaycan arasında gərginliyin artması ilə müşaiyət olundu. Gərginliyi artıran faktor sentyabrın 2-də Ermənistanda qondarma “Artsax Respublikasının müstəqilliyinin 32 illiyi”nin qeyd edilməsi oldu. Ermənistanın hərbi-siyasi rəhbərliyində təmsil olunan şəxslər, diaspor və lobbi qruplarının üzvləri qondarma “Artsax respublikanın əhalisinə” təbriklər göndərdilər. Qarabağ regionunun erməni sakinlərini Azərbaycana qarşı mübarizəni davam etdirməyə, “İkinci Qarabağ savaşına görə Azərbaycandan qisas almağa” çağırdılar.

Qeyd edilən prosesdə diqqət çəkən ciddi məqamlardan biri də “Artsaxa müstəqillik günü təbriki” göndərənlər sırasında Ermənistanın baş naziri Nikol Paşinyanın da görünməsi. Rəsmi Bakı Paşınyanın “Artsaxın müstəqilliyinin 32 illiyi təbriki”nin əvvəlki mövqeyi ilə “ziddiyyət” təşkil etdiyini bildirdi. Çünki, Ermənistanın baş naziri iyulun 25-də keçirdiyi brifinqdə Qarabağ regionunu Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bəyan etmişdi. Sentyabrın 2-də isə qondarma “DQR xalqını” müstəqillik günü münasibətilə təbrik etməklə “Azərbaycanın ərazi bütövlüyünü tanıması” barədə bəyanatını pozdu və sülh prosesinə ciddi zərbə vurdu. Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın bu çıxışını “Qarabağ bölgəsində separatçılığın təşviqinə xidmət” kimi qiymətləndirdi.

Ermənistan mediası bu məsələdə də Ermənistanın avantürist hərbi-siyasi rəhbərliyinin ruporu kimi çıxış etdi. Ölkə rəhbərliyinin açıqlamalarındakı təzadlar araşdırılmadı. Əksinə, qondarma Qarabağ regionunda separatizmi dəstəkləyən siyasi çağırışlara meydan verdilər.

Nikol Paşinyanın açıqlaması Qarabağda siyasi vəziyyətin gərginləşdiyi, qondarma “Artsax” respublikanın qondarma “prezidenti” Arayik Harutyunyanın istefa verməsi dövrünə təsadüf edir. Sentyabrın 9-da Qarabağdakı separatçı dəstə qondarma “prezident seçkisi” keçirdilər. Samvel Şahramanyan “yeni prezident seçildi”. Ermənistan mediası Azərbaycan ərazi bütövlüyü prinsipinə məhəl qoymadan qondarma seçkiləri təşviq etdilər.

Sentyabrın 19-da Xocavənd rayonunda - Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 58-ci km-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yük avtomobilləri tank əleyhinə minaya düşdü. Nəticədə agentliyin 2 əməkdaşı - Sadıxov Samir və Quliyev Fərhad həlak olublar. Bunun ardınca, hadisə yerinə gedən Azərbaycan DİN maşını da minaya düşərək partladı və 4 nəfər polis əməkdaşı həlak oldu.

Azərbaycan DTX bunu erməni silahlı qüvvələrinin təxribat əməli kimi dəyərləndirdi. Azərbaycan ordusu lokal antiterror əməliyyata başladı.

Ermənistan KİV-ləri bu faktları təhrif etdilər. Onu qəsdən quraşdırılmış oyun kimi qələmə verməyə çalışdılar. Antiterror tədbirlərini “Qarabağdakı erməni sakinlərin soyqırımı” kimi təqdim etməyə çalışdılar. Onlar hətta əməliyyat gedən ərazilərdə Azərbaycanın humanitar koridor yaratması, mülki əhalinin dinc ərazilərə hərəkəti üçün şərait yaratması barədə xəbərdaredici məlumatları da paylaşmadılar. Sanki mülki əhali arasında itkilərin olmasında maraqlı göründülər.

Sentyabrın 19-da keçirilən antiterror tədbirlərinin nəticəsi olaraq, Qarabağda separatçı rejim ləğv edildi. 27 sentyabrda qondarma rejim özünü buraxmış elan etdi. Amma Ermənistan mediası bu faktı qəbul etmək istəmir. Hələ də qondarma “Artsax Respublikası”nın qondarma “səhiyyə nazirindən” və digər “rəsmi şəxslərdən” müsahibələr alır. Qeyri-legitim şəxslərdən müsahibələr alıb paylaşmaqla təxribatlar törədirlər. Azərbaycanı ittiham edirlər ki, guya “Artsax Respublikasının ərazisini işğal edir”. Heç bir Ermənistan KİV-i Qarabağın beynəlxalq sənədlərlə tanınmış Azərbaycan ərazisi olması faktına toxunmadı.

Ermənistan baş nazirinin sözçüsü - baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan hökumətin “Humanitar Mərkəzi”nin brifinqi zamanı “Artsax” sözünü işlətdiyi üçün üzr istədi, Qarabağ ifadəsi ilə əvəzlədi. Amma erməni KİV hələ də “Artsax” deyirlər. Belə davranışları ilə sülh quruculuğu prosesinə töhvə verməkdən uzaq olduqlarını nümayiş etdirirlər.

2023-cü ilin sentyabr ayında keçirilmiş monitorinqlərin nəticələri də sübut etdi ki, Ermənistan mediası iki ölkə arasında sülhün yaradılması üçün deyil, əksinə, pozulması üçün çalışırlar. Belə davranış nə beynəlxalq normalara, nə də etik standartlara uyğun deyil.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.

Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Noyabr 2024 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see336

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see328

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see325

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see315

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see276

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see265

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see262

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see258

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see253

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see250

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see228

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see227

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see219

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see213

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see210

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see208

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see195

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see193

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see185

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri